2022 ilini geridə qoyuruq artıq. Göz qırpımında 1 il də bizim həyatımızdan keçdi və geriyə baxdıqda özümüzə hesabat veririk. Bu keçdiyimiz ildə biz nə əldə etdik? Hansı nəticələri əldə etdik və yaxud hansı planladığımız hədəflərə çata bilmədik? Son 4-5 ildə binzes mühitinin içərisində qovrulmaqdayam. Bu illər ərzində çox əziyyətli və zəhmətli yollardan keçmədim desəm yalan olar. Lakin komanda olaraq yaxşı nəticələr əldə etdiyimizi də danmamalıyam. Daha yaxşı ola bilərdimi, bəli ola bilərdi. Amma dayanmaq olmaz və 2023-cü il üçün hazırlıqlara başlamışıq artıq.
Özümə hesabat verdiyim zaman bizi hədəflərdən saxlayan əsas amillərin nə olduğunu fikirləşirəm və qənaətə gəldiyim 4 mövzunu sizlərlə paylaşıram.
1. Özümüzü bizə həqiqətən də gərəkli olan sahədə və istiqamətdə inkşaf etdirmirik. Misal üçün yaxşı dəri məhsullardan ibarət bir marka yaratmaq istəyirsənsə bu sahəni əlinin içi kimi bilməlisən. Həm nəzəri biliklərin, həm təcrübən səni bu sahə ilə bütövləşdirməlidir. Bunun üçün 100-lərlə videolar izləməli, kitablar oxumalı və bu sahənin şəxsləri ilə müzakirələr aparmalısan.
2. Bəli və Xeyr kəlimələrini lazım olan yerlərdə istifadə etmirik. Bəzən iş həyatımızda və şəxsi həyatımızda dediyimiz bəli və xeyrlər bizi uzun müddətli inkişafdan saxlayır və bəzən daha atır. Çəkindiyimizdən və yaxud hər hansısa bir səbəbdən xeyr demək lazım gərəkən yerdə bəli deyirik və bu da bizim özümüzə, işimizə qarşı peşəkar olmamağımızın səbəbidir.
3. Zaman və enerjinin nə qədər vacib və müqəddəs olduğunun fərqində deyilik. Zamanımızı və enerjimizi lazımsız işlərə xərcləyirik. Bəzən bir proses bizə pul qazandırsa belə o işə ayırdığımız zaman və enerji boşa xərclənmiş ola bilər. Çünki siz daima daha az zaman və enerji xərcləyərək necə daha yaxşı nəticə əldə etməyin planını qurmalısınız. Siz düşünün ki əmlak satışı ilə məşğul olursunuz. Siz il ərzində 500 müştəri ilə görüşüb 150 kirayə mənzil də verə bilərisiniz və bunun qarşılığında illik 80-90 min azn pul qazana bilrəsiniz. Və yaxud ildə 30-40 nəfər çox büdcəsi olan şəxslə də görüşə bilər 4-5 nəfərə çox bahalı mənzil sata bilərsiniz və 150-180 min pul qazana bilərsiniz.
4. Özümüzü, ətrafımızı və baş verənləri kifayət qədər analiz etmirik və buna zaman ayırmırıq. Biz ümumiyyətlə analizdən qaçmağı, baş yormağı xoşlamarıq. Çünki beyin özünün yorulmasını istəmir və elə buna görədir ki, hər zaman ən asana qaçmağa çalışır və insanı yönləndirir. Lakin ətrafımızı, işimizi, baş verənləri analiz etməliyik. Biz harada, kiminlə iş görməliyik. Kimə və necə daha sürətli satmalıyıq mövularını düşünməliyik. Pul qazanmaq üçün ən yaxşı kompazisiyaları qurmağın yollarını analiz etməliyik. Bunu davamlı və hətta vaxtımızın çoxunu buna sərf etməliyik.
Bu 4 başlığa diqqət etsək 2023-ü ildə öncəki illərdən daha faydalı və effektiv nəticələr bizi gözləyir.