Son Paylaşım

Brian Tracy-nin "Daxili İntizamın Gücü" kitabı - Qısaltma / Uğurun 7 addımı

Bu yazıda Brian Tracy-nin "Daxili İntizamın Gücü" kitabından məqsədə çatmaq üçün yeddi addım metodunu sizinlə bölüşəcəyəm. Məqsədə çatmaq üçün müxtəlif mürəkkəb metodların olduğunu biz bilirik. Bu metodlardan çoxunu həm mənim yazılarımda həm də Youtube videolarında, digər blog yazılarında və yaxud müxtəlif biznes  kitablarında görmüsünüz.

Bu yazıda qeyd edəcəyim yeddi metod vasitəsi ilə qısa zaman ərzində təsəvvür belə edə bilməyəcəyiniz müvəffəqiyyətlər əldə edəcəksiniz.

 

Brian Tracy-nin "Daxili İntizamın Gücü" - Qısaltma / Uğurun 7 addımı



 

Addım 1. Nə istədiyinizi dəqiq müəyyən edin.  

Spesifik olun nə qədər çox pul deyə ümumi anlayış yox, konkret nə qədər qazanmaq istədiyinizi müəyyən edin.

 

Addım 2. Bunu kağız üzərinə qeyd edin. 

Kağız üzərində yazılmayan məqsəd siqaret tüstüsü kimidir, havaya uçub yox olacaq.

 

Addım 3. Məqsədiniz üçün vaxt təyin edin. 

Məqsədinizin nə vaxta reallaşacağını düşünün və dəqiq məlumatları kağıza qeyd edin. Məqsəd çox böyükdürsə, sizi ona aparacaq daha kiçik məqsədlərdən başlayın. Bu məqsədlər təkan verici rolunu oynayacaq. Bu məqsədlərin toplusu sizə sonda əsas məqsədə çatmağa imkan yaradacaq

 

Addım 4. Məqsədinizə nail olmaq üçün edə biləcəyiniz hər şeyi sadalayın. 

Henry Fordun dediyi kimi: " Kiçik addımlara bölünərsə, ən ağlasığmaz məqsədlərə belə nail olmaq olar".

 

Addım 5. Edəcəklərinizin siyahısını tutun və bu listəni bacardığınız qədər ardıcıllıqla həyata keçirin. 

Yəniki nəyi birinci, nəyi ikinci və nəyi üçüncü həyata keçirəcəksiniz.

 

Addım 6. Dərhal planınız üzərinə işləməyə başlayın. 

Vaxt itirməyin! Qətiyyən bəhanələr axtarmayın!

 

Addım 7. Hər gün əsas məqsədiniz uğrunda bir iş görün. 

Bu sizin uğurunuzu təmin edəcək həll edici addımdır. İlin 365 günündən düzgün istifadə edin. İlin sonunda hədəfinizə nə qədər yaxınlaşdığınızı bəlkədə çatdığınızı görəcəksiniz.

 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok