Mcdonald's filmində bir səhnə var. Baş rolda olan aktyor təsadüfən Amerikanın ucsuz bucaqsız yollarında səfərdə olarkən bir restoranla qarşılaşır. Yol kənarında fast food verilən bu restoranda sistem o qədər mükəmməl qurulmuşduki, uzun zaman gözləməyə, ofisiant çağırmağa və onu gözləməyə zaman itirmək gərəkli deyildi. Yaxınlaşırsan və sifariş verirsən 5,6 saniyə sonra sənə sifarişin verilir. Bu proses baş qəhrəmanı şoka salmışdı. Çünki o bütün gün yollarda olan biri kimi restoranlarda zaman ve enerji itirirdi. O, bu yeniliyin fərqində idi, onun başında lampa yanmışdı və o inanırdı ki, bu yenilik tətbiq edilsə nəinki Amerikada hətta dünyada bu marka yayılacaq və dünyanın bütün ölkələrində olacaq. O düz fikirləşirdi. Lakin restoran sahibləri isə yeniliyi sistemləşdirən olsalarda bunu yaymaqdan, bu yeniliyi genişləndirməkdən qorxurdular. Ona görə də baş qəhrəman bu markaya sona qədər yiyə durdu və düzdür düzgün olmayan yollarla da olsa markaya sonda sahib çıxdı və Mcdonald's -ı dünya markası etdi.
Əslində hər şey çox bəsit idi. Bu restoran sistemi ilə ciddi problem həll olunurdu, yenilikçilik var idi və həqiqətən də ciddi tələbat var idi. Sadəcə düzgün olanı etmək lazım idi.
İndi gələk bizim Azərbaycan sahibkarlığında olan problemlərdən birinə. Yeniliyə açıq olmamaq. Sahibkar sözdə olsa da əməldə yeniliyə açıq deyil. Bəzən isə yenilik etsə də onu sona qədər apara bilmir. Bunun bir çox səbəbləri var.
1. Ən vacibi filmdə də olduğu kimi yeniliklərdən qorxuruq. Yeni qapılar açmaq istəmirik. Oturuşmuş səhmanımızı riskə atmaq istəmirik.
2. Sahibkar çox məlumatsızdır. İnnovasiyalar, yeniliklər və trendlər haqqında az məlumat əldə edir. Dünya bazarını çox az izləyir.
3. Motivasiyanın olmaması. Bazarda bir rutin gedişat var. Sahibkar sabahını düşünür və necə növbəti ayı qazancla baglayacağının dərdini çəkir.
4. Uzun müddətli planlar demək olarkı, çox az sahibkarda var. Bu da sahibkarı ele gündəlik işlərə fokus edir. Biznes planın olmaması və məqsədlərin olmaması sahibkarı uçuruma aparır.
5. Ümumilikdə bazarda istər böyük şirkətlərdə, istər kiçik şirkətlərdə mütəxəssislərlə işləməmə problemi var. Hem rəqəmsal marketinq, rəqəmsal satış, yeni tendensiyaları tutmaq, məhsul inkişaf menecerləri, biznes inkişaf menecerləri ilə işləmə sindromu var. Şirkət rəhbərləri bu istiqamətdə büdcə ayırmağı özlərinə risk kimi qiymətləndirirlər. Bu da yeniliklərə açılmamağın göstəricilərindən biridir.
Sahibkar yeniliklərə açıq olmalıdır, risk etmə potensialı olmalıdır və ən vacib yaxşı analiz etmək qabiliyyətinə malik olmalıdır.