Son Paylaşım

Nələr baş verir və 2022-ci ildən nələr gözləyirəm - Cavid Abasov

Bu bloq saytı mənim dəftərim kimidir. 2015-ci ilin əvvəlindən (7 ildir) burada biznes, motivasiya, öz şəxsi və iş həyatım və s. mövzularda yazılar paylaşıram. Uzun müddətdir ki, bloqumun səhifələrini boş saxlamışdım. 2022-ci il artıq daxil oldu və həzin caz musiqi sədaları altında növbəti yadıgar qalacaq bir yazını paylaşıram. 

Nələr baş verir nə üçün sosial mediadan, networking tədbirlərdən, radio və TV çıxışlardan bu qədər uzaq dayanmışam. Nə üçün 2015-2020-ci illərdə fəal, sosiallaşmaqda çox aktiv olan bir şəxs hazırda bunun tam əksini edir. Bu prosesə yayı dartma prosesi deyə bilərik. "Yayı nə qədər dartsan ox bir o qədər uzağa gedər." deyimini yəqin ki, eşitmisiniz. Mən hazırda bu prosesi tamamlamaq üzrəyəm. İndi daha yaxşı işlər çıxarmaq zamanıdır. Enerji və zaman çox aparmayan amma bir əvvəlkindən daha çox faydalı olan fəaliyyətlərlə geri dönüşüm üçün zəmin yaratmışam.

Hər zaman sürətli olmaq, sürətli qərarlar vermək və fürsətləri daha tez görüb onlardan yararlanmaq niyyətində olmuşam. 2020-2021-ci il mənə bir  fürsət verdi və düşünürəm bundan yararlanmasaydım çox şeylər itirərdim. Qısa zamanda Türkiyədə şirkət yaratdıq, rəsmiləşdirdik və onun adı altında ilk markamızı yaratdıq. Aromaks markası artıq bir çox ölkələrdə satılmaqda və sürətli şəkildə məhsul çeşidini artırmaqda, marka kimliyini möhkəmlətməkdə və 10-larla ölkələrdən tələb görməkdədir. Bu prosesi daha sürətli edə bilmək və daha köklü hala gətirmək üçün mən 2022-ci ildən etibarən Türkiyəyə köçürəm. Bəli yaxın gələcəkdə Türkiyədə olacağam və oradan isə Avropaya köçmək niyyətindəyəm. İnşallah ki, hər şey planlaşdırılan kimi gedər. Aromaks marka olaraq böyük dəyərlərə sahibdir və bundan sonrakı proseslərdə daha da sürətli inkişafı baş tutarsa yaxın 2 ildə indiki dəyərinin 10-20 misli qədər böyümə potensialındadır. Bununla paralel olaraq 2-ci sürətli dəyər artıracaq bir markanın da təməlləri atılmaqdadır. Bu markanın alt dəyərlərinin yaradılması, marka standartlarının yaradılması və s. prosesləri yəqin ki, bir müddət vaxt alacaqdır. 

Nələr baş verir və 2022-ci ildən nələr gözləyirəm - Cavid Abasov

Bu fəaliyyətlərdən əlavə olaraq bildiyiniz kimi ölkədə biznes plan söyləndikdə ilk ağla Cavid Abasov gəlməkdədir. Bu nəticəni əldə edə bilmək üçün 100-dən çox biznes plan yazılıb və 100-lərlə yazı, bloq yazılıb, çıxışlar, müsahibələr verilib. Cavid Abasovun biznes plan mövzusundakı markalaşması üçün kifayət qədər böyük enerji, zaman və büdcələr istifadə olunub. Elə buna görə də həyatımdakı biznes plan mövzusunu tam passivləşdirməyəcəyəm. Bununla bağlı çox dərininə və əsaslı formada təlim paketi üzərində işləmişəm. Elə bir təlim ki, bu təlim fonunda şəxslər bütün boşluqlarını görsünlər, ideyanı tapsınlar, analiz etsinlər, biznes planı işləsinlər və investorlara çıxış yolları əldə etsinlər. Yəni bir sözlə bu təlimə 1 qoyub 100 götürsünlər. Paralel olaraq isə vaxtımı az aparacaq amma maraqlı ola biləcək biznes planların yazılmasında və yaxud konsultaasiyasında onlayn iştirak edəcəyəm.

Bu proseslərdən əlavə olaraq özüm üçün artıq 2022-ci il planını hazır etmişəm. Uzun zamandır təfəkkür etdiyim və nəticə çıxardığım bir məsələ mənim üçün artıq dəqiqdir. Həyat sürətlə gedir və edə bilmədiklərimizə görə peşman oluruq. Bunun üçün də həyat tərzimə də kiçik düzəlişlər etməyi planlaşdırmışam. İndi daha çox gəzmək, daha life-style tərzində yaşamaq, geyinmək və daha çox öyrənmək niyyətindəyəm. Bunun üçün öyrənəcəyim, oxuyacağım kitab, video listləri hazırdır. Əlavə olaraq paralel metaverse, NFC, rəqəmsal və startup dünyasnı araşdırmaq və bu sahənin imkanlarını və potensialını dərininə öyrənmək niyyətindəyəm.

2022-ci ildə hər kəsə uğurlar. İpin ucunu buraxmayın dostlar, əks halda həyat bizi öz istədiyi yerə aparacaq. Daha möhtəşəm, daha xoşbəxt və sağlam günlərə çıxmağımız diləyilə. :) 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok