Həyatın ipini buraxdığımız zaman, hədəflərimizi toparlaya bilmədiyimiz və əsasən də plansız olduğumuz zamanlarda bəzən fərqində olmadan özümüzə kifayət qədər çətinlik törədirik və zərər vururuq. Həyat isə öz axarında gedir.
Bunu hər yerdə görürəm. Cəmiyyətdə, işdə, ətrafımızda. İnsanlar itirməkdən qorxurlar. Böyük əksəriyyət insanlar nəsə itirmək qorxusundadırlar. Yəni insanlar düşünürlər ki, bu gün 2000/3000/5000 AZN qazanc əldə edirəm və bir gün bunu itirsəm hər şey bir birinə qarışacaq və mən bir daha bunu toparlaya bilməyəcəyəm və yaxud mənə xoş olan vərdişələri itirsəm mən bir daha yeni və daha faydalı vərdişlər tapa biləyəcəyəm, həyatdan zövq ala bilməyəcəyəm.
Elə bu hisslər böyük düşünməyə, risk etməyə və daha yaxşı məqsədlər üçün çalışmağa imkan yaratmır. İnsanı konfort zonasından kənara çıxmağa qoymur. Həyat isə tam fərqli addım gözləyir insandan. Bir şey əldə etmək istəyirsənsə, məqsədlərin varsa, böyük işlər görmək və yaxud daha yaxşı nəticələr əldə etmək istəyirsənsə risk edəcəksən, nələrindənsə keçəcəksən. Mütləq ki, keçməlisən. Əks halda yerində firlanan çarxın içərisində irəli getdiyini düşünəcəksən, lakin hərəkət etsən də elə yerində addımlayacaqsan.
İnsanlar işzis qalmaqdan qorxurlar. Bu ciddi sindromdur. Elə buna görə də öz müqəddəs enerji və zamanlarını əslində heç istəmədikləri yerə yatırırlar. Bunu etmək məcburiyyətini özlərində hiss edirlər. Çünki ehtiyacları var, gəlir gəlməlidir və ehtiyaclar qarşılanmalıdır. Elə bu proses də insanlarda ciddi işsizlik sindromu yaradır. Əslində isə biz bilirik ki, vacib olan çox və dayanmadan işləmək deyil. Düzgün yerdə, düzgün zamanda və düzgün enerji yatıraraq işləməkdir. Əgər 1 nəfər ayın hər gününü işləyir və əvəzində 2000 AZN qazanırsa və kimsə sadecə ay ərzində 5-6 gün çalışaraq bunun 2 qatını əldə edirsə demək ki, işsiz qalmaqdan qorxmamalıyıq, əksinə enerjimizi və zamanımızı düzgün yerə yatırmamağımızdan qorxmalıyıq.
Mən demirəm ki, daha yaxşısını edəcəyəm deyə özümüzü oda-közə ataq. Bu proses də ağıllı olmalıdır.
Daha yaxşı nəticə üçün nə etmək lazımdır?
- Özümüzə, təfəkkür etməyə daha çox zaman ayırmalıyıq.
- Daha çox yox daha effektiv işləməyin metodu üzərində işləməliyik.
- Öz bundan sonrakı və oradan ciddi gəlirlər əldə edə biləcəyimiz sahənin nə olduğunu aşkarlamalıyıq,
- Bu sahə ilə bağlı daha çox oxumalı, daha çox öyrənməli və daha çox tətbiqlər etməliyik və mütləq ki, o bundan sonrakı işimizi də ona uyğun tapmalıyıq.
- Hədəfləri təyin etməliyik və bu doğrultuda addım atmalıyıq.
Hədəflərimizin arxası ilə getdiyimizi anladıqda bütün qorxulara sinə gələcəyimizin fərqində oluruq. Çünki artıq insan kiçik pullar itirməkdən, enerji və zaman itirməkdən narahat olmamağa başlayır fəaliyyətlərinin boşuna getmədiyinin fərqində olur. Çünki bu təfəkkürdə olan insan hara getdiyinin fərqindədir.