Bir işin ipini tuta bilmək, o sahəni öyrənmək, onu bir nöqtəyə gətirə bilmək bizdən çox ciddi resurslar aparır. Minimum enerji sərf edərək maksimum nəticəni əldə edə bilmək həyatımızın bir çox nöqtəsində vacib olduğu qədər bu proses biznes üçün də vaciblərdəndir. Biznesdə gedişata, biznes növünə və olduğumuz mühitə görə taktiki gedişlər var və biz öz xüsusiyyətimizə uyğun olanı seçib onu ən doğru şəkildə tətbiq etməliyik.
Bu mövzu o qədər açıq anlaşılan və aydındır ki, bu mövzu ilə bağlı çox yazıb məsələni qəlizləşdirmək niyyətində deyiləm. Həyat anların toplamıdır. Anları isə formalaşdıran bizim enerjimiz və zamanımızıdır. Bu iki varlıq heç bir şəkildə yenidən geri qayıtmır. Həmin anda olan enerji və zaman xərcləndisə və yalnış hədəf üçün xərcləndisə bir daha geri dönməyəcək. Elə buna görə də həm zaman həm də enerji müqəddəsdir. Onlardan muğayat olmaq lazımdır. Kimə, nəyə, harada, nə qədər enerji və zaman sərf etməyimiz bizim növbəti addımlarımızı formalaşdırır.
3 ildən sonrakı 1 günlük enerjiniz indinin bir günlük enerjisi ilə eyni olmayacaq. Bunu bir misal ilə göstərmək istəyərdim.
Yeni bir telefon alırsınız. Enerjiyə qoyursunuz. 100% göstərir və yeni olduğu üçün 24 saat sizə tab gətirir. 1 ildən sonra eyni telefonu enerjiyə qoyursunuz və yenə 100 % göstərir lakin sizə 14-16 saat tab gətirir. İnsanın da enerjisi yaş dolduqca aşılanır və tükənir.