30 Oktyabr 2021-ci il tarixində ELSA qlobal hüquq tələbə təşkilatının Azərbaycan qolu olan ELSA Azerbaijan tərəfindən keçirilən tədbirdə tələbələrlə görüş baş tutdu.
Bu görüş zamanı 2 saatlıq müddətdə maksimum faydalı olmağa və maksimum faydalı məlumatlar paylaşmağa çalışdım. Ana mövzu Marketinq və Hüquq mənim mövzum isə 'Marketinqin iş həyatındakı rolu. Haradan başlamalıyıq?' idi.
Son 5 ildə əldə etdiyim nailiyyətlərdən, bunlara çatma yolundan, iş həyatımızda necə marketinq alətlərini istifadə edə bilərik mövzusundan danışdım.