Dünyada
əksər yeni başlayan biznesin bir müddətdən sonra fəaliyyətini dayandırmasının
əsas səbəblərindən biri də onların uğursuz işlərlə məşğul olması deyil,
başa-baş nöqtəsinin öncədən təyin edilməməsi və planlamanın olmaması ilə
bağlıdır.
Sadə dillə izah edim. Düşünün bir biznes
fəaliyyətə başlayır və heç bir planlama və müsbətə hansı ayda çıxacağı ilə
bağlı bir tezisi yoxdur. İlkin mərhələdə investisiyasını edir və hər ay da
müxtəlif xərclərlə fəaliyyət göstərir. Əgər satış və maliyyə planı olarsa biznes
hesablaya biləcək ki, 9-cu ayda xərclər və gəlirlər başa-baş olacaq, ondan
sonrakı aylarda biznes artıq qazanca çıxmağa başlayacaq və misal üçün 32 aydan
sonra qoyulan investisiyanı biznes geri qaytaracaqdır.
Lakin bu olmadığı təqdirdə 9-cu aya çatmamış partnyorlar arasında problemlər yaşanmağa başlayır, sahibkar işə inanmamağa başlayır, tədirginliklər yaranır, səhv biznesə investisiya olunduğu düşünülür və s. kimi detallar artıq imkan vermir ki, biznes fəaliyyətini davam etdirsin.