Son Paylaşım

Ölkə, şirkət, sahibkar və əməkdaşlar

Müasir bizneslərin dəyər anlayışı dəyişməyə başlayıb. Artıq dünyanın ilk sıralarında dayanan bizneslər güclü istehsal potensialına və avadanlıqlara malik şirkətlər deyil. Artıq uzun zamandır inkişaf etmiş ölkələrdə biznes sitemləri iş görənlərə və beyinlərə fokuslanmaqdadır. Çünki artıq istehsal gücü olmadan, böyük ilkin sərmayələrə gərək qalmadan uğurlu bizneslər qurula bilinir və qısa zamanda dünyanı fəth edirlər. 

Artıq insanlar yeni texnologiyaları tətbiq edərək  0-dan dünya üçün, öz ölkələri üçün həll yolları təklif edir, ərsəyə gətirir və bu biznesləri milyardlıq dəyərlərə çevirə bilirlər. On minlərlə insanlar sadecə kontent yaratmaqla böyük pullar qazanırlar, 10 minlərlə şirkətlər başqa istehsalın gücündən istifadə edərək markalarını yaradır və 10-larla başqa ölkələrə satış edirlər. Bunların hər birinin kökündə insanların beyin gücü dayanmaqdadır. Nə üçün inkişaf etmiş ölkələrdə insanlar belə füsünkar işlər ərsəyə gətirdikləri halda Azərbaycanda bu mümkün olmur və proseslər çox zəif gedir?


Ölkə, şirkət, sahibkar və əməkdaşlar - Cavid Abasov



Əslində mənim düşündüyüm bunun bir çox səbələri vardır ki, bunları sizlərlə 2 başlıq altında bölüşürəm.

Şirkət xarici problemlər

1. Bazarın kiçik olması. Təxmin edirəm ölkədə olan 90% şirkət kiçik və orta qrupa daxil olmaqdadır. Bazar kiçik olduğu üçün şirkətlər lazım olan gəliri əldə edə bilmirlər və əməkdaşa gərəkli olan büdcəni təmin edə bilmirlər. Bu da əməkdaşdan çox iş, yaradıcı yanaşma tələb etməyə maneə olan amillərdəndir.

2. Birinci punkta olan problemi həll etmək üçün şirkətlər xarici bazarlara çıxmalıdırlar. Xarici bazarlara çıxa bilmədikləri və davamlı olaraq yerli bazarla bağlı addımlar atıldığı üçün, yaradıcı və həqiqətən potensiallı gəncləri özlərində saxlaya bilmirlər. Bu gənclər xarici bazarlara köçürlər, yəni beyin köçü edirlər.

3. İkinci punktda olan problemi aradan qaldırmaq üçün isə dövlət dəstəkləri gərəklidir. Bu həm təlimlər, konsultasiyalar həm də xarici bazarlara çıxması üçün dövlət tərəfindən dəstəkləri özündə ehtiva edir. bu proses belə ölkədə çalışan yüz minlərlə gəncdə öz işinə qarşı xüsusi maraq yaradacaqdır. Çünki ölkəyə, şirkətə və iqtisadiyyata inam artacaqdır.

4. Ölkədə olan adam başına düşən gəlirliliyin aşağı olması, iqtisadiyyatın isə hələki yeni cücərməsi 10 ilərdir əməkdaşların motivasiyasına təsir edən əsas amilərdəndin. Bu düşünən və bizneslərin böyüməsini təmin edən beyinlərin yetişməsinə bir başa maneə olan faktordur.

5. Ölkədə şirkətlərin özəlləşdirilməsi prosesinin olması. Yaxın 5 il bundan öncəyə qədər məmurlar daha çox idilər bizneslərdə. Bütün böyüyən şirkətin arxasında isə bir müddət sonra bir məmur tapılırdı. İndi isə təəssüf olsun ki, böyük əksəriyyət şirkətlər bir neçə şirkət tərəfindən özəlləşdirilir və bütün düşünən şəxslər ora toparlanılır. Büdcə sıxıntısı yox, böyümək sıxıntısı yox və xüsusi qoyulmuş hədəflər yox. Bu prosedur bir müddətdən sonra güclü analiz edə bilən insanları belə passivləşdirməyə başlayır.

6. Beyinlərə yatırımlar. Mühəndislər, kimyagərlər, öz sahəsinin professioanllarını yətişdirməlidir dövlət. Bu istiqamətdə lazımdırsa öncəki illərə nisbətən 2,3 dəfə daha çox büdcə ayırmalıdırlar və bu büdcə davamlı böyüməlidir.  Lakin elə mənim tanıdığım onlarla öz ixtiralarını etmiş mühəndislər və kimyagərlər indi hardasa 1000-1500 manata çalışırlar.

Şirkət daxili problemlər

1. Şirkətlər ənənəvi biznes üslublarından çıxa bilmirlər.  Kiçik və orta şirkətlər ənənəvi biznes üslublarından çıxa bilmirlər. Nəticədə yeniliklək, yeni texnologiyaları tətbiq edə bilmir və əməkdaşın istədiyi iş mühitini formalaşdıra bilmirlər. Bu isə getdikcə motivasiya enişinə səbəb olmaqdadır.

2. Təlimlərin, təşviqlərin və motivasiya proqramlarının olmaması. Şirkətlərin 10-larla başqa problemlərinin olması sahibkarlara imkan vermir ki, öz işçilərinə lazım olan qədər diqqət ayırsınlar və onların inkişafı ilə məşğul olsunlar. Əlbəttə bunu edən şirkətlər var ölkədə. Lakin bu çox az saydadır. 

3. Uzun müddətli planların olmaması. Şirkətlərin əksəriyyətində planlar 6 aylıq və yaxud 1 illikdir. Bu çalışanlarda qıcıq yaradan durumdur. Çünki çalışanlar düşünürlər ki, şirkət onlarla bağlı uzun müddətli planlar qurmur və bu da onların bütün potensiallarını işə qoymamalarına gətirib çıxarır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok