Son Paylaşım

İnvestorlar kimə yatırım edirlər?

Texnologiya inkişaf etdikcə və biznes dəyərləri müasirləşdikcə rəqabət də genişləməkdədir. Hər kəsin bir və yaxud bir neçə özünə görə maraqlı ideyası var. Lakin insanlar ideyalarını reallaşdırmaq üçün maddiyat tərəfini və gələcəklərini siğortalamaq məqsədi ilə davamlı olaraq investor axtarışındadırlar. İnvestorlar isə ideyadan, işin mahiyyətindən əlavə sərmayə edərkən işin müəllifini yaxşı analiz etmək istəyirlər. İndiyə qədər görüşdüyüm şəxslərdən, biznes planlardan, investorlarla görüşlərdən çıxardığım nəticə budur ki, işə yatırım edən şəxs ideya sahibində əsas bu prinsipləri axtarır.


İnvestorlar kimə yatırım edirlər? - Cavid Abasov


Dəyərlərinə sadiq olması.

Ən vacib faktorlardan biri və hətta deyərdim ki, birincisi ideya müəllifinin şəxsi keyffiyyətləri, dəyərlərinə nə qədər sahib çıxa bilməsidir. İş ideyası sahibinin hədəfləri, məqsədlərinin nə olması, dostlarına, ailəsinə və iş partnyorlarına qarşı yanaşması, günlük çıxan çətinliklərə və ümumi problemlərə qarşı yanaşması və s. kim insanı bütövləşdirən dəyərlərin toplamı investorlarda ən çox maraq doğuran tərəfdir.

Analiz qabiliyyətinin yüksək olması,

Biznes yüksək analiz qabiliyyəti tələb edən bir işdir. Burada maliyyə, marektinq, bazara daxil olmaq, rəqiblərlə rəqabət aparma, qiymət siyasəti, məhsul siyasəti, müştərilərlə və partnyorlarla işləyə bilmək kimi 100-lərlə prosesi iş adamı yaxşı analiz edə bilməlidir və bu analizlər nəticəsində təkliflər çıxarmalı və yaxud addımlar atmalıdır. Bu xüsisiyyəti investorlar diqqətlə analiz edirlər.

İradəsinin möhkəm olması,  

Bir iş adamının iradəsi dəmir kimi olmalıdır. Çətinliklər, maddiyyatla bağlı sıxıntılar, çətin vəziyyətdə qərar verə bilmə, rəqiblərdən və müştərilərdən gələn təhditlərə qarşı dözümlü ola bilmək, komanda ilə işləyə bilmək və bütün prosesləri öz nəzarətində saxlaya bilmək üçün iş adamına elə dəmir kimi iradə gərəklidir. Belə olmasa investorla da çox yol qət edə bilməz.

Dəlisov və çevik hərəkətə keçən,

Dəlisovluq biraz təhlükəli səslənsə də iş adamında dəlisovluq olmalıdır. Risk etmək, sürətli analizlər edib, qərar verib və hərəkətə keçmək, səhv etməkdən qorxmamaq kimi xüsusiyyətlər ideya müəllifini investor yanında olan diqqətini daha da yüksəyə qaldırır. İnvestor bilməlidir ki, güvəndiyim insan məsuliyyət daşıya bilir və qərarlar zamanı daha düzgün, sürətli və yerində qərar verə bilir. O halda bir müddətdən sonra investor da proseslərə əvvəlki kimi müdaxilə etməyəcək və işin gedişatının tənzimlənməsini qıraqdan izləyəcəkdir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok