Son Paylaşım

Azərbaycanda iqtisadi böyümə - Birinci hissə

Bir ölkənin iqtisadiyyatının inkişaf tempi ölkədə yaşayan bütün canlıların həyat tərzinə və baş verən bütün proseslərə təsir etməkdədir. Yəni, əslində bir ölkənin rifah səviyyəsi ilə bağlı analizlər aparmaq istəyiriksə ölkənin iqtisadi hesabatlarına və gələcək praqnozlarına baxmaq kifayət edir. 

Təəssüflər olsun ki,  Azərbaycanın iqtisadiyyatı ilə bağlı ciddi hesabatlar və gələcək praqnozları özündə birləşdirən mənbələr yoxdur. Çox yaxşı olardı ki, ölkədə olan iqtisadi ekspertlər bazarı analiz etsinlər, araşdırma aparsınlar və bununla bağlı tez-tez məqalələr paylaşsınlar. Bu proses həmçinin ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərəcək. 

Ümumi vəziyyətin nə yerdə olduğunu anlaya bilmək üçün fərqli qaynaqlara baxacağıq və onlardan nəticələr çıxarmağa çalışacağıq.

Azərbaycanda iqtisadi böyümə - Birinci hissə - Cavid Abasov

Lakin, əvvəlcə məni bu mövzuda narahat edən ən vacib nüanslardan birini qeyd etmək istəyirəm. Düşünün bütün ölkənin biznes mühitinə, siyasi mühitinə, mədəni mühitinə və ümumilikdə rifah səviyyəsinə təsir edən 'İqtisadiyyatın böyümə analizi və praqnozlaşdırılması' mövzusunda TV və radiolarda ekspertlər tərəfindən demək olar ki, çıxışlar görməməkdəyik. İnsanları nələr gözləyir, biznesləri nələr gözləyir, nələrə diqqət etmək lazımdır kimi vacib məsələləri açıqlayan ekspert tərəflərin olmaması sanki küt bıçaq effekti yaradır. Ölkədə görsənən hərəkətlilik küt bıçaq kimi kəsirmiş effekti göstərsə də əslində kəsmir və yaxud çox zəif kəsir. Bu problem belə görürəm ki, çox az insanları narahat edir. Bu yaxınlarda oxuduğum 'Why nations fail' kitabında əslində bütün proseslər yaxşı analiz edilib. Nə üçün hansı qitələr, hansı ölkələr, hansı millətlər yaxşı inkişaf edib və hansı qitələr, dövlətlər, millətlər geridə qalıb. Kitabda da qeyd edildiyi kimi bizim kimi ölkələr gecə-gündüz, və normada olandan 2 dəfə daha effektiv işləyəcəyi halda belə iqtisadi baxımdan yaxın gələcəkdə inkişaf etmiş ölkələrə çatmaq ehtimalı kiçikdir. Amma görsənən odur ki, heç nəinki 2x çox işləmək, heç ölkədə 1x iş normasını (məşğulluq gücü) düzgün tənzimləyə bilmirik.

Bir ölkənin əsas iqtisadi inkişafının göstəriciləri iqtisadi amillər, siyasi və inzibati amillər, hüquqi amillər, sosial-mədəni amillər və s. kimi sıralana bilinər. Hər biri ayrı ayrılıqda dərin mövzu olan bu mövzuya toxunmaq yox əsasən iqtisadi amillərə toxunmaq istərdim.

Nəticələr budur ki, 2019-cu ildə qlobal hesabatlarda Azərbaycanda mal və xidmət üzərindən 19 milyard ixrac, 14 milyard isə idxal olmuşdur. Bu isə ölkənin qlobal hesabatlarda 5 milyard müsbət ticarət balansı olduğunu göstərməkdədir. 19 milyardın böyük hissəsi (75-80%) neft-qaz məhsullarıdır. Lakin yenə də hesabatda qeyd olunanlar tam real rəqəmlər deyil. Çünki ölkəyə daxil olan malın müəyyən hissəsi qeyri-rəsmi yollarla daxil olmaqdadır ki, bu da öz əksini hesabatlarda tapmır. Yəni əslində bizdə 15 milyard idxal yox daha çox olmalıdır. Hesabatlara aşağıdakı göstərilən əsaslı linklərdən baxa bilərsiniz.

https://globaledge.msu.edu/countries/azerbaijan/tradestats 

https://wits.worldbank.org/CountryProfile/en/AZE

https://oec.world/en/profile/country/aze

Azərbaycan iqtisadiyyatın qarışıqlıq göstəricisinə görə problemli ölkələr arasında yer almaqdadır. 2019 hesabatına görə iqtisadi qarışıqlıq göstəricisi -0,39 olan Azərbaycan siyahıda 94-cü yerdə gəlməkdədir. Düzdür düşünürəm siyahı son 2 il ərzində biraz da olsa dəyişib. Lakin ümumi görüntü isə təəssüflər olsun ki, hələ də belədir.

https://oec.world/en/rankings/eci/hs6/hs96

Düşünün Azərbaycana investisiya etmək istəyən şəxs və şirkətlər bu cədvəli gördükdən sonra öz sərmayələrini və enerjilərini Azərbaycana qoymağa razı olarlarmı? 

Yeni çıxmış hesabatlar onu göstərir ki, 2021-ci ilin birinci rübündə ölkəyə 1,4 milyard USD yatırım olunub ki, bunun böyük hissəsi yəni 90%-i neft və qaz sektoruna olmuşdur.

https://fed.az/az/maliyye/azerbaycan-iqtisadiyyatina-xarici-investisiya-qoyulusu-35-azalib-109019

https://report.az/maliyye-xeberleri/azerbaycan-iqtisadiyyatina-xarici-investisiya-qoyulusu-3-5-azalib/

https://redaktor.az/news/economy/136039-azerbaycana-birbasa-xarici-investisiyalar-artib

Azərbaycana qeyri-neft sektoruna xarici investisiyanın olmasının qarşısını alan iqtisadi qarışıqlıq faktorunu formalaşdıran bir çox amillər vardır. Bu amillər qısa zamanda öz müsbət həllini tapmalııdr. Bundan əlavə təəssüflər olsun ki, ölkədə sahibkarlara, investorlara süni yaradılan problemlər də vardır ki, iş adamlarını, xarici investorları ən çox narahat edən də elə bu faktorlardır.

Əlavə olaraq bir maraqlı məlumatı da sizinlə bölüşmək istəyirəm.

Azərbaycanda 2024-cü ildə orta aylıq əməkhaqqı 816,1 manata çatdırılacaq ki, real artım tempi 1,1% təşkil edəcək.

Bu barədə 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə deyilir.

Qeyd olunub ki, 2021-ci ildə ölkədə orta aylıq əməkhaqqı 727,3 manat (real artım tempi 0,5%), 2022-ci ildə – 757,1 manat (1,2%), 2023-cü ildə isə 785,9 manat (1%) olacağı gözlənilir. Mənbə Marja: https://bit.ly/3qh0lAd 

Ölkədə sürətli gedən infiliyasiya qarşısında əmək haqqının 4 ildə belə zəif artımı qorxuducu görünür. Bu isə praqnozdur və baş tutmaya da bilər.

Növbəti yazılarda bu mövzunun davamının gəlməsini istəyirsinizsə şərh yazaraq bildirməyinizi rica edirəm. Hər kəsə uğurlar.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok