Son Paylaşım

İnvestisiya cəlb edərkən tələsmək. Biznes plan yazılan müddətdə diqqət edilməsi məqam

Şirkətlər, şəxslər öz ideyalarına, yeni layihələrinə və yeni yatırım etmək istədikləri sahəyə sürətli şəkildə investisiya cəlb etmək istəyərlər. Bunun bəzi səbəbləri var. Tez bir zamanda pul qazanmaq istəyi, sahədə geniş bir açıq kəşf etmək və yaxud kəşf edilən sahəyə başqalarından daha tez daxil olmaq istəyi. Əlbəttə layihəni reallaşdırmaq istəyən şəxslər üçün tam zamanında gələn investisiya kimi faydalı ikinci bir varlıq ola bilməz . Lakin sürətli investisiya cəlb edərkən gözdən qaçan bəzi məqamlar var ki, bunlara toxunmaq yerində olar. Təşəbbüskar tərəf bəzən çox tələsərək qərarlar verir və tez bir zamanda investisiya cəlb etmək istəyir. Bu da gələcəkdə və yaxud elə proseslər zamanı təşəbbüskar (ideya, layihə müəllifi) üçün böyük problemlərə çevrilə bilir.

İnvestisiya cəlb edərkən tələsmək. Biznes plan yazılan müddətdə diqqət edilməsi məqam

1. Layihəni düzgün analiz etməmək

Layihə müəllifləri bəzən öz layihələrini analiz etmədən, dəyərini çıxartmadan və yaxın gələcək potensialını görmədən investorlarla danışaraq onlara layihədən müəyyən büdcə qarşılığında pay təklif edirlər. Lakin işlər sürətli formada böyüdükcə və ikinci mərhələyə keçdikdə yenidən daha böyük investisiya tələb olunur ki, artıq təşəbbüskar bu investisiyanı cəlb edərkən çətinliklər çəkir.  Bu çətinliyin olmaması üçün ideya müəllifi ilk öncə müəyyən formada bazarı test etməli, bazarın potensial dəyərini və həcmini öyrənməli və Beta versiyadan sonra uyğun pay qarşılığında investisiya cəlb etməyə çalışmalıdır. İnvestor əlbəttə daha çoxuna sahib olmaq üçün təkliflər edəcək. Burada diqqət etməli və tələsmədən düzgün investisiya zamanını gözləmək lazımdır.

2. Düzgün investor seçməmək

İdeya, layihə müəllifləri bəzən o qədər tələsirlər ki, düzgün investorla yola çıxmırlar. Zamanın getdiyini və fürsətlərin itirildiyini düşünən təşəbbüskar qısa zamanda qarşısına çıxan 2,3 investordan birini seçərək işə başlayır və gedişatda bunun düzgün investor, partnyor olmadığını görür. Bu isə təşəbbüskarı motivasiyadan, layihəni isə sürətdən saxlayır. Bu nüansın baş verməməsi üçün təşəbbüskar vaxtını gözləməli, investoru düzgün analiz etməli və düzgün qərar verməlidir.

3. Düzgün danışıqların aparılmaması

Bu faktor da təşəbbüskarlarla investorlar arasında ən çox mübahisə olunan və problem yaradan mövzulardandır. Bu problem təşəbbüskarın layihəni düzgün analiz etməməsi, biznes planı düzgün yazmaması və tələsərək qərar verməsi sonucu ərsəyə gəlməkdədir. Bu halda təşəbbüskar investora müəyyən müddətdə büdcənin qayıdacağını, müəyyən qədər qazanacağını və müxtəlif bazarlara daxil olacağını söyləsə də bunlar baş tutmadıqca investorun işə qarşı marağı kəskin dəyişəməyə və problemlər çıxmağa başlayır. Lakin öncədən bazar düzgün analiz olsa idi və düzgün məlumat verilsə idi bəlkə də belə bir problemlər ortaya çıxmayacaqdı.

4. Mərhələlərin düzgün aşkarlanmaması

Növbəti mərhələlər və atılacaq addımlar düzgün və dəqiq aşkarlanmadığı təqdirdə əldə olunan investisiyanın da istifadə planı düzgün olmayacaqdır. Bu büdcə səriştəsiz və nəzərdə tutulmayan istiqamətlərdə istifadə olunduqdan sonra həqiqətdə gərəkli olan istiqamətlə büdcələr çatmayacaq. Belə olan halda ya investordan yenidən büdcə cəlb olunması üçün müraciət olunacaq ya da başqa resurslara baxılacaqdır. Bu isə investorda işə qarşı neqativ düşüncəyə, təşəbbüskarda motivasiya azalmasına və layihədə isə sürət azalmasına səbəb olacaq. Təşəbbüskar yaxşı olar ki, layihənin mərhələlərini düzgün planlasın və qarşıdakı mərhələlərdə onu nə gözlədiyini öncədən təxmin edə bilsin. Bunun üçün birinci və ikinci dərəcəli araşdırmalar, mütəxəssislərlə müzakirələr və bazarda təcrübəsi olanlardan dəstək almaq ən yaxşı çıxış yolları ola bilər.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok