Son Paylaşım

Son zamanlarda diqqətimi çəkən 20 önəmli qeyd - Cavid Abasov

Artıq 1 ay olar ki, sosial mediadan maksimum az istifadə edirəm. Əvvəllər sosial mediaya günlük ortalama 2 saat zaman itirirdimsə indi ortalama 30 dəqiqəyə düşüb (Youtube xaric). Bunun əvəzində isə daha çox faydalı videolar izləməyə və kitab oxumağa başlamışam.

Son zamanlarda diqqətimi çəkən 20 önəmli qeyd - Cavid Abasov

İzlədiyim videoların linklərini toplamışam. Kimsə istəsə rəyə + qoysa göndərərəm.
Videolardan və kitablardan bəzi qeydləri sizinlə də paylaşıram.
1. Əmək müqəddəsdir, mütləq geri qayıdacaq.
2. İş həyatında şans deyilən şey əslində doğru zamanda doğru insanları tanımaq və doğru yerdə olmaqdır. Deməli düzgün analiz etsək bu şansları özümüz də yaradarıq.
3. Lazımsız xərclərdən qaçın. O xərci davamlı inandığınız işə sərmayəyə çevirin. Nə qədər çox sərmayən varsa o qədər güclü olarsan.
4. İş zamanı ən başdakı hədəf daha çox pul qazanmaq olarsa işin içinə hiylə daxil olar.
5. Satışınızı fərqli bazarlara bölərək riskinizi azaldın.
6. Ən aşağı nöqtəsində işləmədiyin işin ən yuxarısında dayana bilməzsən.
7. Təcrübə heç yerdə satılmır. Qarşılığını ödəyərək öyrənməliyik.
8. Qısa yoldan çox qazanmaq müəyyən şanslara və ehtimallara bağlıdır. Nə olursa olsun çox işləmək lazımdır.
9. İş həyatında əlaqələr vacibdir. Düzgün əlaqələriniz güclüdürsə lazım olana daha tez çatarsınız.
10. Yaxşı sahibkar ola bilmək üçün yaxşı müşahidəçi olmaq lazımdır.
11. Hansı sektorda fəaliyyət göstərirsənsə o sektorun inkişafı üçün də əlindən gələni etməlisən.
12. Bildiyiniz işi görün. Dayanmadan daha yaxşısını edin. Nəticə qısa zamanda gələcək.
13. Əgər bir şeyi həqiqətən axtarırsansa dünyanın hansı hissəsinə gedirsən get onu tapacaqsan.
14. Əlaqələriniz fədakarlığa dayanırsa, sizə geri dönən qarşılığı da o qədər effektiv olacaq.
15. Kibir insanlara əsl dostlarını və o dostların bizlər üçün niyə dəyərli olduğunu unutduran xəstəlikdir.
16. Zamanınızı effektiv və öz zamanına dəyər verən insanlarla keçirərsinizsə, uğurlu nəticə əldə etmə ehtimalınız o qədər artar.
17. Sevgi, bacarıq və bilik paylaşmaq bank hesabları kimi deyil. İstifadə olunduqca azalmır, əksinə daha da çoxalır.
18. Bu həyatda ya tozu dumana qatarsan ya da tozu dumanı udarsan.
19. Bacarıqsız insan yoxdur, məsuliyyətsiz insan var.
20. 10.000 saat qanunu. Gördüyün işə ən azı 10.000 saat vaxt ayıracaqsan. Həqiqi nəticəsi o zaman gələcək.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok