Son Paylaşım

Post pandemiya və Azərbaycandakı sahibkarlıq

Pandemiyanın biznes mühitinə gətirdiyi dəyişikliklər və yeniliklər nələrdir?

Pandemiyanın bines mühitinə təsirini bir nümunə ilə göstərəcək olsaq okeanda qasırğanı nümunə kimi gətirə bilərik. Bu okeanda müxtəlif gəmilər düşünün, yelkəni olan, olmayan, və yaxud dözümlü yelkənə malik olan, sızıntısı olan, gövdəsinin möhkəmliyinə görə fərqli olanlar və s.

Heç kimin ağlına gəlməsə də anidən ortaya çıxan qasırğa zamanı hansı gəmilər möhkəm gövdəyə malik idilərsə və yaxud təchizatları yaxşı idisə onlar bu qasırğanı keçə bildilər. Ancaq hər bir halda bütün bizneslər əziyyətli zamandan keçdi. Sadecə bəziləri olan problemləri tənzimlədi və bəzi hallarda yaxşılaşdırdı, lakin bəziləri isə ümumiyyətlə ayaq uydura bilmədi.


Post pandemiya və Azərbaycandakı sahibkarlıq



Lakin, bu pandemiya biznes mühitlərə çox ciddi dəyişikliklər gətirdi və şirkətlər bu yeniliklərə ayaq uydurmaq məcburiyyətindədirlər. 

  • Rəqəmsallaşma sürətlə inkişaf edir. Bu isə özlüyündə satış kanallarını daha çox rəqəmsala daşıyır.
  • Qlobal bazarlara çıxmaq imkanları daha da sürətləndi.
  • İşçi-Şirkət əlaqələri dəyişir. İndi şirkətlər daha həssas avranmalıdırlar öz çalışanları ilə.
  • Müştəri-şirkət münasibətləri dəyişir. Müştərilər daha həssasdırlar, qərar vermə proseslərində kifayət qədər dəyişikliklər yaranıb.
  • Asan əldə oluna bilinən bizneslərdə rəqabət çətinləşir. Ümumiyyətlə mən hər zaman qeyd edirəm, asanlıqla kopyalana bilinəcək işdən çəkinmək lazımdır.

Pandemiya dövrü alıcı vərdişlərində hansı dəyişiklikləri yaratdı və biznes sahibləri həmin dəyişikliklərə uyğun hansı addımları atmalıdır?

Azərbaycanda pandemiyanın uzun müddət çəkməsi və üzərinə müharibənin olması ümumi əhalidə bəzi xüsusiyyətlər formalaşdırdı və sualda da qeyd olunduğu kimi alıcı vərdişlərində yeniliklər yarandı.


  • Artıq müştərilər daha çox qənaət etməyə başlayıblar. Hətta araşdırmalarda var ki, yaxın 20 il ərzində insanlar bu qədər qənaətə diqqət etməmişdirlər. Nəinki digər elə ərzaq sketorunda olan şirkətlərin də digər illərə nisbətən satışlarında azalmalar var. 
  • İnsanlar hələ də evdən çıxmaq istəmirlər. Hələ də kifayət qədər insan tam adaptasiyaya uyğunlaşa bilməyib. Marketlərdən, satış nöqtələrindən, restoranlardan çəkinir. Bu isə istər istəməz yenə də bizneslərə təsir göstərir.
  • Yaxşı hallardan biri odur ki, rəqəmsal üzərindən alışların sayı kifayət qədər artıb və artıq müştərilərin böyük əksəriyyətində bu pandemiyadan təsir alaraq onlayn alış etmək təcrübəsi formalaşıb.
  • Qərarvermə proseslərində dəyişikliklər yaranıb. İnsanlar əvvəllər daha rahta qazanc əldə edir və onu xərcləyərkən daha rahat xərləyirdirlər. Bu müddət ərzində qazanc modeli də dəyişdiyi üçün insanlarda xərcləmə modelləri də dəyişib.
  • Müştərilər artıq daha həssasdırlar.
  • Şirkətlər müştərilərlə münasibətləri inkişaf etidməlidirlər. Bunun ən sadə yolu araşdırmalara daha çox üstünlük verməlidirlər, CRM sistemlərini inkişaf etdirməlidirlər və müştəri məmnuniyyət sistemlərini möhkəmlətməlidirlər.

  

Pandemiya dövründə yeni biznes qurmaq tövsiyyə edilirmi? İstər pandemiya, istərsə də, post-pandemiya dövründə biznes qurarkən nələri nəzərə almaq lazımdır?

Hər bir halda yeni biznes imkanları hər zaman var. Bəli daha ehtiyatlı davranmaq lazımdır və yaxud lazım idi.  Lakin sahibkar əgər bizneslə məşğul olursa bundan öncəki problemlərini, boşluqlarını aradan qaldırmalı və prosesləri stabilləşdirməlidir. Yeni biznes qurmaq istəyən insanlar isə bundan öncəki ənənəvi bizneslərə yeni nəfəs gətirərək və yaxud ölkədə olmayan istehsal və yaxud satış ahələrinə enerji və büdcə yatırımı edərək işlər qura bilərlər. Rəqabətli bizneslərə girməyi heç kəsə tövsiyyə etmirəm.

Ümumiyyətlə isə araşdırsaq Azərbaycanda minlərlə qurula bilinəcək yeni sahələr, yeni istehsal xətləri, yeni satış xətləri var ki, hələ indiyə qədər bu sahələrə diqqət ayrılmayıb.

Pandemiya dövründə bazar dəyərini, gəlirlərini dəfələrlə artıran şirkətlər buna necə nail ola bildilər?

Bəzi şirkətlər bunu düşünülmüş etsələr də bəzi şirkətləri pandemiyanın gətirdiyi fürsətlər böyük dəyərlərə apardı. Əsasən çatıdrma şirkətləri, düzgün çatdırma sistemini qurmuş restoranlar, tibb sektoruda, texnologiya sektorunda olan şirkətlərə pandemiya özü bir hədiyyə oldu. Onlar sadecə bazarın fürsətindən istifadə edib daha çox satış edərək daha çox böyüməyə getdilər və gəlirlərini, dəyərlərini artırdılar. Bəzi şirkətlər stabilliyini saxladı. 

Azərbaycanda pandemiya dövründən qazanclı çıxan şirkətlər oldumu və buna necə nail ola bildilər?

Ümumilikdə şirkətləri təsirlərə görə kateqoriyalaşdırsaq. 4 yerə ayıra bilərik.

  • Pandemiyanın onlara fürsət olduğu bizneslər,
  • Stabil qala bilən bizneslər və zəif təsirlənən bizneslər,
  • Çox təsirlənən bizneslər,
  • Sonlanan bizneslər.

Gəlin bu sualda əsas məsələyə toxunaq. Necə etməliyik ki, dəyər artıraq və satışlarımızla bağlı riskləri minimumlaşdıraq.

  • Mütləq şirkətimizlə bağlı olan boşluqları doldurmalıyıq. Maliyyə, satış, marketinq, idarəetmə və s.
  • Qlobal bazarlara çıxdığımız andan etibarən dəyər artırmağımız sürətli olacaqdır. Satışları isə artırmaq potensialımız daha da sürətlənəcəkdir.
  • Rəqəmsalı, yeni satış xətlərini, yeni marketinq alətlərini yaxından izləməliyik. Bu olacağı halda yeni bazarlara inteqrasiyamız daha da sürətlənəcəkdir.
  • Öz olduğumuz sektoru daha yaxşı analiz etməliyik. Bizim təcrübəmizin olduğu sahələrdə yeniliklər axtarıb oralara yatırımlar etməliyik.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok