Son Paylaşım

Davamlı motivasiyada qalmaq üçün 4 məsləhət - Cavid Abasov

Nəticəyə gedən yol çətindir. Çətin yolları keçmək üçün isə davamlı əzm lazımdır. Əzm isə motivasiyanın kölgəsində irəliləyir. Yəni nə qədər çox motivasiya o qədər çox əzm və onun qarşılığında nəticə.

Bəs nə üçün davamlı motivasiyada qala bilmirik?

Bəzən motivasiya kitabları oxuyuruq, bəzən kinolardakı hansısa bir epizod bizə yüksək motivasiya bəxş edir və yaxud dostlarımızla danışdığımız bəzi nüanslar bizə yüksək enerji ötürür və bir müddətdən sonra bu keçib gedirsə deməli ya nəyisə səhv edirik və yaxud işin mahiyyətini anlamamışıq. 

Motivasiyada qalmaq üçün 4 məsləhət - Cavid Abasov


Özümün də üzərində çalışdığım və düşünürəm ki, çox şəxslərdə işə yarayacaq bəzi punktları sizinlə paylaşmaq istəyirəm.

Endorfin hormonunun bol olduğu fəaliyyətlərə üstünlük.

İnsan bədəni nə zaman, hansı fəaliyyətlər zamanı endorfin hormonu bol ifraz edirsə bu fəaliyyətlərə gün ərzində və həftə ərzində bol üstünlük vermək lazımdır. Bu əsasən idman zamanı və çox hərəkətdə olduğun zaman baş verir. Onun üçün gün ərzində nə qədər çox hərəkətdəyiksə bədənimiz o qədər çox endorfin ifraz edəcək və nəticədə motivasiyaya bir başa təsir göstərəcək. Hər gün idman etmək, çox yerimək və s. kimi çox hərəkətli fəaliyyətlər olmalıdır. Üzgüçülük, fitnes, qaçışa üstünlük vermək və bu idmanları həyat fəlsəfəsinə salmaq lazımdır.

Müsbət və sizə dəyər qatan fəaliyyətlərə üstünlük

Özümüzə dəyər qatdıqca özümüzə qarşı inamımız daha da artmağa başlayır və daha faydalı olmağa başlayırıq. Misal üçün hər gün kitab oxumaq və yaxud faydalı bir kitabı bitirmək. Meyvə ilə qidalanmaq və yaxud hər gün meyvə şirəsi qəbul etmək. Yeni bir bacarıq öyrənmək, yeni yerlər kəşf etmək və s. Bir sözlə sizə dəyər qatan, müsbət enerji verən prosesləri aşkarlayın və onları davamlı tətbiq edin. Bu insana davamlı hədəflərə köklənmiş formada qalmağa yardımçı olur. Misal üçün mənim bu xüsusiyyətlərimdən biri bloq yazısı yazmaqdır. 6-7 ildir ki, bu prosesi dayandırmıram. Hətta daha da inkişaf etdirərək effektiv vloqlara başlamaq istəyirəm. Eyni zamanda yeni vərdişlərim, səhər idmanı, davamlı kitab oxumaq və gündəlik meyvə şirəsi qəbuludur. Yaxın zamanlarda bunların yanına sağlam qidalanma, gündəlik 15.000 addım yürüyüş, səhər qaçışı, səfərlərə çıxmağı da əlavə etmək istəyirəm.

Planlılıq və günə uğurlu başlamaq

Ən vacib nüanslardan biri də sabah və yaxud növbəti həftə nə edəcəyimizi yaxşı bilməkdir. Bu varsa deməli artıq bir addım öndəyik. Hədəflərimizə doğru getdiyimizdən əminik və motivasiya da yüksək həddədir. Bir də günə yaxşı başlamaq lazımdır. Heç bir şeyin bizim motivasiyamızı, kefimizi korlamasına izn verməməli və səhər tezdən şəhərin böyük əksəriyyətinin hələ yuxuda olan vaxtından işlərimizə fokuslanmalıyıq.

Qazancınızdan özünüzə hədiyyələr edin

Əgər əziyyətiniz qarşılığında yaxşı qazanc əldə etmisinizsə ondan özünüzə hədiyyələr edin. Yaxşı əyləncə, geyim, aksesuar, səyahət və s. kimi hədiyyələr, yəni özünüzə etdiyiniz paylar sizə daha da çox əzmkar olmağa və daha da çox motivasiyalı olmağa kömək edəcək. 

Həyatın hər anının sürətlə getdiyini nəzərə alaraq hər günümüzdən
daha çox fayda əldə etməyimiz diləyilə.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok