Son Paylaşım

Necə investisiya cəlb edək? Sahibkarlığın İnkişafı Fondu - 2021

Uzun müddətdir şəxslər və şirkətlər üçün yazılan biznes planlarda birbaşa iştirak etdiyimdən dövlət qurumları, özəl qurumlardan və s. investisiyaların cəlb olunma proseslərini dərininə öyrənmək imkanım olub. Ölkədə kifayət qədər yaxşı işlər görən, görmə potenasialı olan, fəaliyyətə başlamaq istəyən insanlar şəxslər vardır ki, haradan başlayacaqlarını bilmirlər. Elə buna görə də dövlət və yaxud özəl qurumlar tərəfindən potensial investisiya imkanlarını bloqlar və yaxın gələcəkdə vloqlar halına salıram ki, şəxslər faydalana bilsinlər.


Necə investisiya cəlb edək? Sahibkarlığın İnkişafı Fondu - 2021


Bu investisiyalardan ən öndə gələni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində olan Sahibkarlığın İnkişafı Fondudur.

Fondun vəsaitlərinin istifadəsi istiqamətləri

-  startap layihələrin dəstəklənməsi;

-  aqroparkların yaradılması;

-  ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;

-  logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;

-  müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;

-  ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçk və orta ölçülü) yaradılması;

-  quşçuluğun inkişafı (quşçuluqda dərin emal sahələrinin yaradılması);

-  qarışıq yem istehsalı müəssisələrinin yaradılması;

-  müasir istixana komplekslərinin yaradılması;

-  intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam və. s) və tingçilik təsərrüfatlarının yaradılması;

-  texniki bitkiçilik və qərzəkli meyvə istehsalı və emalı müəssisələrinin yaradılması;

-  müasir çörək istehsalı müəssisələrinin yaradılması;

-  müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;

-  informasiya texnologiyalarının və turizmin inkişafı (turizm marşrutları boyunca infrastrukturun inkişafı, mövsümiliyi azaldan, eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);

-  digər sahələrdə (yüngül, kimya, maşınqayırma, qida və s.) müəssisələrin yaradılması;

-  idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;

-  kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı.

 

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun iş mexanizmi:

  •  Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi qaydada müraciət edirlər.
  • Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər.
  • Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
  • Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
  • Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.
  • Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
  • Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Fondun yazılı tələbinə əsasən, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür.

  

Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

 

- 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;

- 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;

- 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;

- ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;

- böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok