Bəzi filmlərdə, kitablarda və hətta uğurlu nəticələr sərgiləmiş insanların seminarlarında bu cümləni eşidə bilirik. “Nəticə üçün savadlı olmaqdan daha çox əzmkar olmaq lazımdır.” Lakin burada əzmkarlıq deyildiyi zaman nəyin nəzərdə tutulduğunu punktlarla açıqlamaqda fayda vardır. O zaman iş həyatında əzmkarlıq dedikdə nələr nəzərdə tutulur?
1.
Satışı tam bitirmək, işi tam bitirmək və qətiyyən
hansısa qıraq amillərdən təsirlənməmək.
2.
Nəticəyə fokuslanmaq, nəticəyə gedən alternativ
yolları davamlı formada təqib etmək. Nəticəyə çata bilmək üçün yeni alternativ
həll yolları aşkarlamaq.
3.
Səbr etmək və hədəflər üzərindən hərəkət etmək.
4.
Analitika üzərindən qərarlar vermək və onu həyata keçirmək.
Kortəbii qərarlar işi sadecə uçuruma aparacaq. Kortəbii qərar verib yenidən-yenidən
başlamaq əzmkarlıq deyil.
5.
Stresi, daxili
duyğuları idarə edə bilmək və iş ilə şəxsi həyat arasında disiplin yarada bilmək.
6.
Sağlıqlı yaşamaq və eyni zamanda komandanız,
investorunuz, özünüz, müştəriniz, ailəniz və s. qarşısında məsuliyyət götürə
bilmək bacarığı.
7.
Əzmkarlığın kökündə duran əsas faktorlardan biri də
cəsarətli olmaq və özünüzə güvənməkdir. Cəsarətli atılan addımlar əzmkarlığın bəhrəsini
sürətləndirir. Əks halda yarı yolda qalma ehtimalı çoxdur.
8.
Davamlı bir işi etməklə bərabər davamlı öyrənmək,
davamlı nəticələr çıxarmaq və davamlı təcrübələrdən keçirmək də ən vaciblərdəndir.
Əgər iş dünyasında görülən işlərdən nəticələr çıxarılmasa gözləmədiyiniz böyük itkilərlə
qarşılaşarsınız.
Əzmkar olmaq iş həyatı üçün çox önəmli olduğu qədər eyni zamanda təhlükəlidir.
Düzgün dəyərləndirmələr, düzgün planlamalar və yuxarıda sadalanan 8 punkt olmadığı
təqdirdə əzmkarlığın verəcəyi nəticə hədəfləndiyi kimi yox, gözlənilənin tam əksi
ola bilər.