Uzun müddətdir şəxslər və şirkətlər üçün yazılan biznes planlarda birbaşa iştirak etdiyimdən dövlət qurumları, özəl qurumlardan və s. investisiyaların cəlb olunma proseslərini dərininə öyrənmək imkanım olub. Ölkədə kifayət qədər yaxşı işlər görən, görmə potenasialı olan, fəaliyyətə başlamaq istəyən insanlar şəxslər vardır ki, haradan başlayacaqlarını bilmirlər. Elə buna görə də dövlət və yaxud özəl qurumlar tərəfindən potensial investisiya imkanlarını bloqlar və yaxın gələcəkdə vloqlar halına salıram ki, şəxslər faydalana bilsinlər.
İnvestisiya cəlb etmək üçün müraciət istiqmətlərindən biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Fondun işləmə məxanizmləri haqqında məlumatları sizlərlə paylaşıram.
Fondun investisiya fəaliyyəti
3.1. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri “İnvestisiya
fondları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq
İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya
səhmdar kimi iştirak etməkdir.
3.2. Layihənin investisiya formasında maliyyələşdirilməsi hüquqi şəxsin
nizamnamə kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına
formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir.
3.3. Bu zaman Fond ilə həmin hüquqi şəxs arasında forması Şura
tərəfindən təsdiq edilən müqavilə imzalanır. Müqavilədə layihənin icrası ilə
bağlı maliyyə-təsərrüfat tədbirləri, layihənin nəticələri, layihənin idarə
edilməsi və monitorinq mexanizmləri və layihənin reallaşması ilə əlaqədar digər
tədbirlər əks olunur.
3.4. Hüquqi şəxsin fəaliyyətinə nəzarət Fondun səhmdar və payçı kimi
malik olduğu hüquqlara əsasən həyata keçirilir.
3.5. İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə
kapitalındakı iştirak payı, o cümlədən səhmlərini almaqla müddətli investisiya
qoyuluşu aşağıda qeyd edilən prinsiplərə əsaslanır:
3.5.1. Fondun İKT sahəsində fəaliyyət göstərən və ya yeni təsis edilən
kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə
qərarı iştirak payı təklif edilən hüquqi şəxslərin fəaliyyətinin kommersiya
səmərəliliyini əks etdirən biznes-planlarının təhlili və onların
təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində
malik olduğu təcrübə və əldə etdiyi nailiyyətlərin nəzərə alınması əsasında
qəbul edilir;
3.5.2. Fond investisiya qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında
üstün iştirak payına malik olmamalıdır;
3.5.3. kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya
üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi müddət bitdikdə, Fond əldə etdiyi
iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı
iştirakına xitam verir.
3.6. Fond investisiya fəaliyyəti ilə əlaqədar aşağıdakıları həyata
keçirir:
3.6.1. xarici investorları ölkənin İKT sahəsinə dəvət etmək istiqamətində
tədbirlər görür;
3.6.2. birgə müəssisələrin yaradılması məqsədi ilə xarici investorların
yerli hüquqi şəxslərlə iş birliyi qurmasına yardım edir;
3.6.3. İKT sahəsinə investisiya qoymaq üçün layihələri müəyyən edir,
onların sənaye və maliyyə ekspertizasını keçirir;
3.6.4. Fond üçün investisiya qoyuluşu obyekti ola biləcək innovativ
layihələri olan perspektivli hüquqi şəxsləri seçir;
3.6.5. perspektivli investisiya layihələri olan hüquqi şəxslərə
investisiya müqavilələrinin hazırlanmasında konsaltinq xidməti göstərir;
3.6.6. investisiyaların həyata keçirilməsi üçün investorların
konsorsiumunu formalaşdırır;
3.6.7. Fondun vəsaitlərinin investisiyası çərçivəsində müstəqil və ya
investorlar konsorsiumunun tərkibində əməliyyatlar aparır;
3.6.8. Fondun investisiya portfelini idarə edir.
3.7. Fondun vəsaitləri İKT sahəsində aşağıda qeyd olunan istiqamətlər
üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olunur:
3.7.1. tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılması;
3.7.2. innovativ layihələrin yaradılması;
3.7.3. yeni texniki sınaq qurğularının yaradılması;
3.7.4. yeni nümunəvi texnikanın yaradılması və istehsalı;
3.7.5. yeni texnologiyaların yaradılması;
3.7.6. proqram təminatı vasitələrinin yaradılması;
3.7.7. informasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində
yeni xidmətlərin yaradılması;
3.7.8. elmi tədqiqat işlərinin istehsalata tətbiqi, onların
kommersiyalaşdırılması.
Müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin təqdim edilməsi
4.1. Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması
müvəkkil kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri
hesabına həyata keçirilir.
4.2. Şura tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş müvəkkil kredit
təşkilatı güzəştli kreditlərin verilməsində iştirak edə bilər.
4.3. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə
şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Cari il üzrə hər bir müvəkkil bank
üçün kredit xətti onun sifarişi əsasında müəyyən edilir. Kredit vəsaitləri
layihənin icra tələbindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə
verilir. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında
bağlanılacaq müqavilədə digər məcburi şərtlərin olmasını tələb edə bilər.
4.4. Kredit vəsaiti bu Qaydaların 5.7-ci və 5.9-cu bəndlərinə uyğun
olaraq verilir. Kredit vəsaiti yalnız tam istifadə olunduqdan sonra müvəkkil
kredit təşkilatı tərəfindən kredit xəttinin istifadə və ya yeni kredit xəttinin
açılması üçün müraciət edilir.
4.5. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi aşağıdakı
qaydalara əsasən həyata keçirilir:
4.5.1. müvəkkil kredit təşkilatlarının Fonddan cəlb etdikləri vəsaitlərin
ümumi məbləğinin qalığı onların nizamnamə kapitallarının 150 faizinədək ola
bilər;
4.5.2. müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə
əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən
gec olmayaraq Fonda ödəməlidirlər;
4.5.3. müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların
sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq
subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə
ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit
təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq
yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində
öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün
qanunvericiliyə uyğun tədbirlər görür;
4.5.4. müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq
subyektlərindən qanunvericiliklə və Şura tərəfindən müəyyən olunmuş şərtlərdən
başqa digər şərtlərin (əlavə faizlərin ödənilməsi və s.) tələb olunması barədə
şikayətlərə Şura tərəfindən baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə
Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandırır və ya
müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə edilməsi
5.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun
vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
5.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq
subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər.
Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara
müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir.
Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes
maraqlarına və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib
olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq
investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair
Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. İnvestisiya
layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit
təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina
məktubu təqdim edilir.
5.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına
maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və
kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim
etdiyi layihələrin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
5.4. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin
olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına
rəsmi məlumat verir. Müvəkkil kredit təşkilatı müraciətlərin təmin olunması
haqqında Fondun müsbət qərarını aldıqdan sonra kreditlərin sahibkarlara
ayrılması haqqında son qərarı verir.
5.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra
müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə
Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil
kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit
təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank
günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə
Fonda və sahibkarlıq subyektinə məlumat verir.
5.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya
layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit
təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank
günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın
forması Fond tərəfindən müəyyənləşdirilir.
5.7. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə
güzəştli kredit vəsaiti verilir:
5.7.1. 10 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
5.7.2. 50 001 manatdan 500 000 manatadək - ortahəcmli kreditlər;
5.7.3. 500 001 manatdan 5 000 000 manatadək - böyükhəcmli kreditlər.
5.8. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı
güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5
000000 manatdan artıq ola bilməz.
5.9. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən
edilir:
5.9.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
5.9.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
5.9.3. böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.
5.10. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.
5.11. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi
illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən
artıq olmamalıdır.
5.12. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla digər mənbələrdən
cəlb olunan vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə
tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 5.10-cu və 5.11-ci bəndləri
tətbiq edilir.
5.13. Kreditlərdən istifadə üzrə güzəşt müddəti kredit verilmiş hər bir
sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun
hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin
ilk yarısını əhatə edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz
borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.
Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri
güzəşt müddəti barədə Fonda məlumat verməlidir.
Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması
6.1. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya
əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec
olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları
tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi 30 (otuz) bank
günündən çox gecikdirilərsə, Şura müvəkkil kredit təşkilatına yeni vəsaitlərin
ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən
imtina edir.
6.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin
müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları
tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan
Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu
təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində
müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və
Fonda məlumat verir.
6.3. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması
və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı
öhdəliklərdən azad etmir.