Son Paylaşım

Çox maraqlı bir keys - Axmaq Sturbucks mağazası

Çox maraqlı bir keys - Axmaq Sturbucks mağazası

İnsanlar bir məhsulu alarkən təəccüblənmək istəyirlər, həyəcanlanmaq istəyirlər və onların xatirələrində qala biləcək məhsullara yönəlilər.

Çox maraqlı bir keys - Axmaq Sturbucks mağazası

2014-cü ildə Amerikada kiçik və orta sahibkarlığa guyakı konsultasiya edən və onlara yaxşı ideyalar vermək üzərinə qurulan "Nathan for you" deyə veriliş gedirdi. Amma əslində aparacı kömək etməklə bərabər maksimum maraqlı və gülməli vəziyyətlər ortaya çıxarmaq istəyirdi.

Deməli bir gün bu yoldaş kofeşop işlədən birinə verilişdə konsultasiya edir. Nəticədə öz araşdırmaları və analizlərindən yola çıxaraq sahibkara buranın adını dəyişmək lazım olduğunu və insanları cəlb etmək üçün "Dumb Sturbucks" yəni "Axmaq Starbacks" qoymağı təklif edir. Logo, interyer və exteryer dizaynlar aşağı-yuxarı eyni idi. Sadecə kofelərin qarşısında Dumb sözü var idi. Misal üçün Dumb cappuccino kimi. Hüquqşünasla danışır, araşdırmalar edir və nəticədə Amerikada marka müəllif haqqları ilə bağlı boşluğun olduğunu aşkarlayır.

Lakin kofeşop işlədən adam bu riskləri gözə ala bilməyib və bu işin axırı yoxdur deyərək ideya müəllifini yarı yolda qoyur. Nathan isə qərara gəlir ki, özü bu ideyanı reallaşdırsın. Birə-bir dizaynda Sturbucks-a oxşar bir kofeşop açır və adını qoyur "Dumb Sturbucks".

Bir neçə gün insanlar hələ fərqində olmurlar məsələnin. Nathanın daha çıxarmadığı oyunlar qalmır. Lakin 2 gün müştəri demək olar ki, çox az daxil olur mağazaya. 3-cü gün isə mağazasının qapısı adamla dolu olur və bütün kanallara, qazet və jurnallara və s. mövzu çıxır. Beləliklə Sturbucks özü belə saxtasını çox ciddiyə almağa başlayır. Nathan 3-4 gün sonra ikinci mağazanın da açılacağını söyləsə də Amerika Səhiyyə Nazirliyi səhiyyə sertifikatının olmadığı üçün mağazanı bağlayır. Sonunda isə hər kəs bilir ki, bu oyunlar bir veriliş aparıcısının qurduğu planlar və ssenari üzərindəndir.

Hər zaman demişəm, içi biz qarışıq hər bir kəs təəccüblənmək istəyir. İnsanlar təəccübləndikcə o məhsula, xidmətə maraq artamağa başlayır və tələb təklifi üstələməyə doğru gedir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok