Son Paylaşım

Qarabağın azadlığı Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Qarabağın azad olunması Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin edəcəyi hər kəsə bəllidir. Torpaqların azad olunması prosesi nəinki azərbaycanlılara mənəvi rahatlıq verəcək, eyni zamanda ölkədə bizneslərin canlanmasını, iqtisadiyyatın inkişafının sürətlənməsini və Azərbaycan iqtisadiyyatına inamın artmasına şərait yaradacaq.


Qarabağın azadlığı ölkə iqtisadiyyatına nə vəd edir?



Bunun nəticəsində.

1. Tikinti sektorunda ciddi inkişaf,

2. Bayramların, şad günlərin, toyların artması,

3. Yüngül senayedə ciddi inkişaf, (Qida, geyim və s.)

4. Ölkəyə daxili və xarici investisiyanın artması,

5. Sahibkarlarda daha inamlı addımlar atmaq istəyi,

6. Ölkə xaricində yaşayan vətəndaşların ölkəyə baş çəkməsi,

7. Daxili turizmin inkişafı və s.

Qarabağın azad olunmasından sonrakı 2-3 ildə ölkədə ciddi inkişaf baş tutacaq. Bu inkişaf prosesinin sistemliliyini və davamlılığını təmin etmək üçün bəzi lazım olan fəaliyyətlər öncədən bərpa olunmalıdır. Bu fəaliyyətlər isə bunlardır.

1. İqtisadiyyat nazirliyinin yeni investisiya təşviq təkliflərini indidən hazırlamalı,

2. Sektorlar üzrə sahibkarlara işləri sürətli inkişaf etdirmələri üçün yeni təkliflərin hazırlanması,

3. KOB və Sahibkarlığın inkişaf fondunun indidən təklifləri hazırlaması,

4. İqtisadçı ekspertlərin davamlı olaraq sosial mediadan, TV və radiodan sahibkarları məlumatlandırması və yaxın gələcək üçün təxminlərini söyləmələri.

Azərbaycan əsgəri tarix yazır. Bu tarix yaxın gələcəyin parlaq Azərbaycanını da özü ilə gətirir. İnshallah daha ayıq başla, daha təmiz vicdanla və daha yüksək motivasiya ilə gələcəyə doğru addımlar atırıq.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok