Son Paylaşım

"Qara qu quşu" nəzəriyyəsi nədir?

1967-ci ildə Hollandiyalılar Avstraliyada ilk dəfə qara qu quşu gördükdən sonra imkansız hadisə kimi görünən bu vəziyyəti bütün dünyaya car çəkmişdilər. Bir ədəd qara qu quşu, yüz illərdir milyonlarca insanın inandığı ‘qu quşu sadecə ağ rəngdə olar’ reallığını dəyişmişdi. Bu nəzəriyyə 2007-ci ildə Livan əsilli Amerikalı professor Nassim Nicholas Taleb tərəfindən iqtisadi sferaya da qazandırıldı və hətta kitab belə yazıldı.
Bütün dünya siyasi və iqtisadçılarının qəbul elədiyi və son 15-20 ildə həyatımıza çox daxil olan ‘qara qu quşu‘ nəzəriyyəsi nədir?

"Qara qu quşu" nəzəriyyəsi nədir?

Bu nəzəriyyənin əsas 3 xüsusiyyəti var.
1. Tarix, elm, maliyyə və texnologiyada əsas təsir edicilərin normal olaraq bilinənlərin deyil gözlənilməyən, təxmin belə edilməyən faktorların olması.
2. Baş verənlərin ehtimalının elmi metodologiyalarla belə hesablana bilməməsi.
3. İnsanları baş verənlərə qarşı qeyri-müəyyənliyə aparan mövhum olması.
Heç bir hesablamalara dayanmayan və nəticəni çox fərqli məcralara apardığı bu teoriya hər zaman insanlıq tarixində olub və olacaq. Yəni istənilən qədər planlama, analiz və hesabatlar olsa da bəzi qara qu quşu hadisələrinin ehtimal olunmasının mümkünsüz olduğunu söyləyən bu teoriya insan övladının nə qədər güclü varlıq olmasına baxmayaraq cılız olduğunu göstərməkdədir.

İnternetin tapılması, bitcoin-in yaranması, 2008 böhranı, Birinci və ikinci dünya müharibəsi, SSRI-nın dağılması və bəlkə də Covid 19-un özü belə qara qu quşu hesab olunur və heç kimin, insanlığın gözləmədiyi anda yaranıb dünya gedişatına təsir edə biliblər.

Bu teoriya onu göstərir ki, heç bir ehtimal olunmayan hadisələr hələ çox olacaq və hər bir hadisə insanlıq, böyük iqtisadiyyatlar və s. istəməsə bəşəriyyət tarixində yeni cığırlar, yeni cərəyanlar yaradacaq.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok