Son Paylaşım

Kiçik və orta sahibakarlığın inkişafı üçün atılması gərəkən addımlar - Cavid Abasov (AzTV)

Bizneslərin işləmə modelləri davamlı olaraq dəyişir və sürətli formada texologiyanın da dəstəyi ilə inkişaf edir. Çox fərqli və yaradıcı sektorlar artıq biznes halına gəlir və uzun illər pul qazandırmayan sahələr belə indi qazanclar verməyə başlayır. Texnologiyanın inkişafı və qloballaşma sayəsində şəxslər nəinki öz bizneslərini sürətli qura bilir hətta qısa zamanda qlobal beynəlxalq biznesə çevrilə bilirlər.

Kiçik və orta sahibakarlığın inkişafı üçün atılması gərəkən addımlar - Cavid Abasov (AzTV)


Ölkədə kiçik və orta sahibkarlığın ikişafı üçün iki tərəfli daha ciddi addımlar atılmalıdır və bu proses çox sürətli baş verməlidir. Çünki nə qədər çox sürətli və produktiv addımlar atılarsa dünya biznes cərəyanlarına o qədər qoşula biləcəyik.
Son illərdə Azərbaycanda da kiçik və orta sahibkarlığa gənclərin xüsusi diqqəti və marağı yaranıb. Gənclərə dövlət və xüsusi digər sahibkarlar tərəfindən dəstəklər olunmalıdır.
-        Ölkədə Kiçik və orta sahibkarlığa dəstək proqramına yenidən baxılamlıdır. Çünki yeni dönəm, yeni biznes anlayışları formalaşır və sürətli formada kiçik sahibkarlığın inkişafı üçün inkişaf proqramları tərtib olunmalıdır,
-        Mentorlar, konsultasiya qurumları yaradılmalıdır və onlar bir başa yüzlərlə sahibkarla işləyərək dəstək göstərməli və sahibkarlar arasında körpü rolunu oynamalıdırlar.
-        Seminarlar yaradılmalıdır, forumlar keçirilməlidir. Tez tez sərgilər edilməlidir. Lakin təəssüf olsun ki, son zamandalar bunun minimum saya olduğunu görürəm.
-        Əsas məsələ yatırım qurumları yaradılmalıdır.  İnvestisiya edə biləcək özəl və dövlət təşkilatları formalaşmalıdır. Çünki investisiya olmadan sahibkarlığın inkişafından söz gedə bilməz.
-        Bizneslərin böyüməsi üçün şəraitlər yaradılmalıdır. Ofis tapılmasında, işçilərin yetişdirilməsində, maliyyə hesabatlarının düzgün aparlılmasında, mərhələlərin düzgün analiz edilməsində  yol göstərilməlidir.
-        Beynəlxalq bazarlara çıxmaq artıq əvvəlki kimi çətin deyil. Artıq çox rahatlıqla iki tərəf video konfranslar vasitəsilə danışıqlar aparır və ilkin sözləşmələrdən sonra iş birlikləri edirlər. Bu mövzularda beynəlxalq ekspertlər cəlb etmək lazımdır.
Kiçik və orta sahibkarlar, təəssüf olsun ki biznesin funksionla qaydalarına bələd deyillər. İdarəetmə sistemləri yaratmırlar, müştəri bazası yaratmırlar, sənədləşmə üçün proqram, layihələrin idarəedilməsi proqramı yaratmırlar, düzgün formada marketinq addımları atmır ki, bu da onlara növbəti 5 ildə edə biləcəklərindən qat qat aşağı nəticələr gəitir. 

Bu artıq qəbul olunmuş faktordur ki, ölkə iqtisadiyyatları kiçik və orta sahibkarlığın inkişafı ilə daha da möhkəmlənir və dünya miqyasında ciddi addımlar atmaq üçün şərait yaradır. Buna görə də

Video üçün linkə tıklaya bilərsiniz. 18:30-cu saniyən sonra izləyə bilərsiniz.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok