Son Paylaşım

Daha effektiv, daha gümrah iş həyatı

Əmin olduğum bir şey var, əgər kasıb ailədə dünyaya gəlmisinizsə, sizə dayaq dura biləcək ətrafınız yoxdursa və babanızdan sizə miras qalmayacaqsa zəhmət olmasa durun, gedin, görüşlər keçirin, dayanmadan işləyin və əziyyət çəkin.

Ətrafda baş verənləri dərk elədikcə, iş mühitini və biznes mühitini anlamağa başladıqca, hədəflərimiz artır və yeni iş imkanları yaranmağa başlayır. Biz isə istər qazanc əldə etmək və istərsə də bəzən təkliflərin verdiyi şirinlikləri cazibəli görərək bir çox işlərə girir və bir müddətdən sonra enerji çatışmamazlığından əziyyət çəkirik. Zaman və təcrübələr yenidən burada bizə müəllimlik edir və biz artıq nəyin doğru nəyin yalnış olduğunu analiz edə bilirik.

Daha effektiv daha gümrah iş həyatı - Cavid Abasov


Çox sevindirici haldır ki, işim gərəyi çox sahibkarla, peşəkar şəxslərlə və uğurlu idarəedicilərlə görüşmək imkanım olur və mənə hər zaman maraqlı olan bəzi qaranlıq məsələləri o dostlarla müzakiə edirəm. Məni ən çox narahat edən məsələ budur ki, necə etmək olar ki, davamlı produktivliyi saxlayaraq hər gün təxmini eyni enerjini tənzimləyə biləsən və qeyd olunan tapşırıqları, işləri uğurla yerinə yetirəsən. Eşitdiyim, oxuduğum, təcrübəsini etdiyim bir çox taktiki gedişləri sizinlə də paylaşacağam.

1. Planlılıq - Bu qaçılmazdır dostlar. Sabaha, yeni həftəyə hansı işləri görəcəyinizi, kimlərlə görüəcəyinizi, kimlərlə video call edəcəyinizi və fəaliyyətlərə nə qədər vaxt itirəcəyinizi öz kalendarınızda qeyd edin. yəni növbəti həftə nə işlərlə məşğul olacağınız bəlli olsun.

2. Günlük səhər maksimum sizi pozitiv edən məsələlərə fokus olun. İdman edin, duş qəbul edin, maşında sizi əyləndirən və motivasiya verən mahnıya qulaq asın və səhər orqanik qidalanın. Bunların hər birini etsəniz işinizi və günlük produktivliyinizi 1-ə 5 artıra bilərsiniz.

3. Bax bu deyəcəyim əladır. Səhərlər mailinizə göz gəzdirin. Yemək yeyərkən cavablandırmalarınızı edin və yaxud idman zamanı whatsapp və mesencerə gələn sualları yazıları cavablandırın.

4. Göy üzünə, ağaclara, dənizə və s. ətrafınızda təbiətlə bağlı nə varsa baxın və dünyanın nə qədər gözəl olduğunu və sizin bu dünyada çox vacib biri olduğunuza əmin olun. Şükr edin.

5. Fərqli məkanlarda tez-tez olun. Yəni yerinizi tez-tez dəyişin. Misal üçün əgər günün birinci yarısı ofisdə işləyirsinizsə ikinci yarsında kofeşopda ola bilər və yaxud hansısa restoranda ola bilərsiniz. Oradan bütün işləri davam etdirə bilərsiniz. Bunun verdiyi produktivlik isə tam başqadır.

6. Motivasiyalı və təcrübəli dostlarınızla tez-tez görüşün və videocall-lar edin. Danışın keçirdiyiniz hissləri onlara başa salın və bu proseslərin necə baş verəcəyini onunla məsləhətləşin.

7. Yeni geyimlərdən, aksesuarlardan çox istifadə edin. Bu sizin günlük enerjinizi artıracaq və sizi gümrah saxlayacaq. Hər gün bir fərqli geyim geyinməkdən çəkinməyin və bunu həyat fəlsəfəsinə çevirin.

8. Satış edin. Çox satış edin və çalışın ki, işinizlə bağlı sizə günlük qazanc gətirəcək işlərdə satışlar edin və satışı bağlayın. Satış edəcəyəm deyə vaxtınızı effektiv olmyan işlərə ayırmayın. Yəni saatlarnan görüşlər keçirmək və s. düşünün ki, hansı yollardan sitifadə etsəniz həm özünüzü, həm də məhsulunuzu, xidmətinizi və yaxud dostunuzun xidmət və məhsulunu bir yolla sata bilərsiniz. Çox böyük motivasiyadır və bu sizə digər işlərinizdə də möhkəm olmağı təmin edir.

9. Özünüzə gündə 2,3 dəfə meyvə şirəsi və yaxud hər hansısa meyvənin özünü hədiyyə edin. Eyni zamanda quru meyvələrdən çox qidalanın.

10. Sürətli, effektiv və keyfiyyətli işləmək üçün bacarıqlarınızın limitini aşmağa çalışın. Hər gün daha çox, daha effektiv və daha keyfiyyətli işləmək üçün yeni imkanlar yaradın özünüzə.

Həyata bir dəfə gəlir və bu həyatdan zövq almaq üçün əlindən gələni etməlidir insan. Hər şey bizim üçün yaradılıb və və bizə lazım olanı istifadə edə bilməyimiz üçün süni sərhədlər yaradılıbsa bunları aşmağın yollarını da biz tapmalıyıq. 

Əmin olduğum bir şey var, əgər kasıb ailədə dünyaya gəlmisinizsə, sizə dayaq dura biləcək ətrafınız yoxdursa və babanızdan sizə miras qalmayacaqsa zəhmət olmasa durun və gedin görüşlər keçirin, dayanmadan işləyin və əziyyət çəkin.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok