Son Paylaşım

Böhran dönəmində və böhrandan sonrakı mərhələdə bizneslər - Müsahibə - Cavid Abasov

Pandemiya Azərbaycan biznes mühitində hansı boşluqları üzə çıxardı?

Bilirsiniz, ümumiyyətlə pandemiya bunu göstərdiki Azərbaycan biznes mühiti 360 dərəcə hələ də hazırlıqlı deyil. Bizneslərin çox cuzi hissəsi özünü toparlaya bildi, böyük əksəriyyəti isə pandemiyanın təsirlərindən demək olar ki, idarəetməni itirdilər. Uzun illərlə hansısa sistemlərini inkişaf etmək əvəzinə hələ bizə lazım deyil söyləyən biznesmenlər və biznes sahibləri elə sistemləri bu günlər üçün tənzimləmək lazım olduğlarının fərqinə vardılar.

Pandemiya dönəmində bizneslər - Müsahibə - Cavid Abasov.jpg



O ki qaldı pandemiya dönəminin biznes mühitində çıxardığı boşluqlara bunu deyə bilrəm ki, ilk öncə bizneslərin maliyyə modelləri tam hazır deyildi və belə hallarda maliyyə sistemlərini necə tənzimləyəcəklərini uzun müddət bilmədilər, bizneslərin əksərində elastiklik yoxdur və satış tərəfini necə tənzimləyəcəklərini bilmədirlər. Digər bir problem isə bundan öncə olan boşluqların aradan qaldlrılması üçün edilməsi gərəkən cəhdlərdir ki, çox bizneslər heç cəhd etmirlər bu vaxt boşluğundan istifadə edərək o probelmlərini aradan qaldırsınlar.

İdarəetmədə lider şəxslərin olmaması, menecmentin düzgün tənzimlənməməsi biznes planla hansı əks konturlar yaradır?

Liderlər hər bir şəraitdə qısa zamanda bazarı analiz edə bilən, komandanı başına yığan və dünyada baş verən tendensiyaları analiz edərək həll yolları çıxarmağa çalışan şəxslərdir. Şirkətlərin idarəetməsində klassik menecmentə önəm verən idarəedicilər təəssüflər olsun ki, qurucu sistem yaratmaq əvəzinə dağıdıcı sistem formalaşdırmışdılar. Bu isə bəzi bizneslərin ümumiyyətlə biznes plansız, sistemsiz və müasir biznes alətlərindən uzaq sistemlərlə işləməsinə gətirib çıxarmışdı. Biznes yaxşı mənada mübarizə aparmaq, strateji düşünmək və ciddi strateji addımlar atmağı sevir. Biznes plansız isə strateji addımlar atmaq, hədəflərə gedib çatmaq sadecə şans əsəri baş tutur. Başa düşə bilmədiyim bir nüans var. Nə üçün şirkətlərin vizyonları yoxdur, nə üçün şirkətlərin idarə etmə sistemləri müasir metodikalarla tənzimlənməyib, nə üçün ERP, CRM, daxili sənədləşmə və s. sistemlər şirkətlərdə yoxdur, Nə üçün idarəetmədə liderlərin olmamasına görə bizneslər əziyyət çəkməlidir və bir biznes üçün vacib olan marketinq alətləri, büdcələri qırağa atılmalıdır və marketinqə ən axırıncı fəaliyyət kimi baxılmalıdır? Axı bunun üçün çox da uzağa getmək lazım deyil və artıq bütün dünyanın qəbul elədiyi sistemləri tətbiq etməyin zamanıdır.

Köhnə nəsil və yeni nəsil idarəçilərin böhrana hazırlığında hansı fərqlər görünür?
Buna köhnə təfəkürlü və yeni təfəkkürlü idarəedicilər desək yanılmarıq. Köhnə təfəkkür idaəredicilərin çoxunu maraqlandıran bir mənalı olaraq şirkətin satışlarıdır. Satışa bir başa təsir edən faktorlar onlar üçün maraqlı olsa da, dolaylı yollarla satışa təsir edə biləək faktorlar onlar üçün o qədər də gözə görünən olmur. Müasir satış kanallarını, müasir biznes dəyərlərini çox da qəbul edə bilmirlər. Elə buna görə də illər öncə hazırlamalı lazım olduqları rəqəmsal satış kanallarını,  daxili və xarici idarəetmə sistemlərini, Bütün resursları düzgün formada idarə edəcək ERP sistemlərini, müştərilərlə əlaqələri ikinci plana atmışdılar. İnanırsınız ki, Azərbaycanda 1000-lərlə şirkətlər illərdir ki, satışlar edirlər. Amma gəlin onlarla maraqlandığımız zaman çoxunun müştərilərlə əlaqələrin idarətmə sistemi olan CRM dediyim sistemləri yoxdur. Fərqində deyillər ki, bu müştərilərin bazaları istədikləri kimi onlarda olsa idi, indi çox uğurlu kommunikasiya quraraq marketinq xərclərini azalda bilərdirlər.
Yeni nəsil idarəedicilər köhnə nəsil idarəedicilərə nisbətən daha qısa zamanda pandemiya dönəminə adaptasiya ola bildilər. Çünki ən vacib nüans bu dövr müasir yanaşmaları istədi və yeni dövrün başladığını göstərdi.
Çox vacib nüanslar görürük bu gün şirkətlərlə görüşdüyümüz zaman. Bunlardan bəzilərini bölüşmək istəyirəm. Şirkətin daxili bölmələri arasında düzgün koordinasiyanın olması və yaxud ümumiyyətlə olmaması, müştəri məmnuniyyətinin üzərində çalışılmaması, ERP sisteminin CRM sisteminin olmaması, İnsan resursları menecmentinin düzgün tənzimlənməməsi və biznesin və sektorun özünə xas olan maliyyə modullarının olmaması kimi 10-larla problemlər aşkarlayırıq. Bu problemlər inanın ki, bir-bir aradan qalxdıqca şirkətin bazarda imuniteti, reputasiyası və satış həcmləri güclənir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok