Son Paylaşım

Bizneslərə inanılmaz cığırlar açan alət - CRM

Bir məhəllədə 2,3 meyvə tərəvəz dükanı var və bunlardan birinin dükanı axşam saat 18:00 olmamış bağlanır və həmin mağaza sahibini çox nadir hallarda axşam saatlarda orada tapmaq mümkün olar. O mağazanı çox yaxın zamanda tanımışam və oranı işlədənin müştərilərlə qurduğu kommunikasiya və atdığı addımlar bir çox özü kimi və hətta daha böyük bizneslərə örnək ola bilər.



Deməli yoldaş əvvəla çalışır ki, bütün müştərilərilə elə ilk gündən xoş və əsasən səmimi münasibət yaratsın. Bunu çox yaxşı bacarır. Əlavə bu yolla qarşı tərəfdən şəxsi məlumatlar əldə edir və eyni zamanda ikinci və üçüncü ora gedişdən sonra sənin nömrən onda olur və onun nömrəsi də səndə olur. Mağazanı işlədənin bu addımlardan sonra etdiyi iki yanaşma çox maraqldır. Birinci yanaşmada o nə zaman bazara gedərsə oradan müştərilərinin bəzilərinə zəng vurur və bazarda hal hazırda o müşəriyə lazım ola biləcək x,y və z. kimi məhsulların olduğunu, endirimdə və tam istənilən olduğunu çatdırır. Bu əladır. Kim yox deyə bilər ki? Bir düşün ki, səmimiyyətin əladır və adam hələ sənin əvəzindən bazardadır və sənin əvəzinə ən uyğun qiymətə keyfiyyətli məhsullar da tapıb. Hələ hər şey qırağa səni düşünüb sənə zəng edib. Hər kəs müəyyən sifarişlər verir.
İkinci yanaşma isə, hər dəfə bazardan mağazaya məhsul gətirdikdən sonra özünə görə təyin etdiyi müştərilərinə zəng edir və onalara çox əla məhsulların gəldiyini və sürətlə qurtardığını bildirir. Yəni bildiyiniz dayday özü üçün  ilkin CRM-ini qurub və CRM strategiyalarını da özünə görə təyin edib. Əlbəttəki, CRM-in nə olduğunu bilməyərək.
Bunun kimi onlarla şirkətlər, restoranlar və s. xidmət və mal satan qurumlar bu pandemiya dönəmində uğurlu gedişlər edə bildilər.
CRM inanılmaz cığırlar açır və ağıllı qurulmuş sistemlərlə bir neçə il sonra isə bizneslərə elə fürsətlər yaradır ki, gözləniləndən də yaxşı. Yetər ki, biznesə lazım olan bu və bunun kimi 10-larla funksiyaları sahibkar özünü biraz tərpədərək öz biznesinə tətbiq etsin.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok