Son Paylaşım

Durğunluq (COVID-19) dönəmində şirkətlərin mütləq atması gərəkən addımlar

Durğunluq dönəmində şirkətlərin mütləq atması gərəkən addımlar.
Ölkə iqtisadiyyatları kimi bizneslər də hal hazırda durğunluq dövründən əziyyət çəkir və bu durğunluğun nə zamana kimi davam edəcəyi tam bəlli deyil. Lakin vəziyyətin analizi onu göstərir ki, yaxın günlərdə COVID-19 virusunun tam aradan qaldırılması üçün vahid həll yolu tapılmasa durğunluq dövrü davam edəcəkdir.

Durğunluq (COVID-19) dönəmində şirkətlərin mütləq atması gərəkən addımlar


Lakin əvvəlki dünya böhranlarına və virus yayılma dönəmlərinə baxdıqda günümüzdə dünyanın və ölkələrin istər səhiyyə istərsə də texnoloji baxımdan gücünün daha yaxşı olduğunu görə bilirik və bu onu göstərir ki, gec-tez bu problem aradan qalxacaqdır. Bəs bu durğunluq dönəmində şirkətlər hansı addımları atmalı və fürsətləri necə dəyərləndirməlidirlər?
1. Qısa zamanda toparlanma.
Mövcud vəziyyətə qısa zamanda adaptasiya ola bilmək, vəziyyətlə razılaşa bilmək, şirkət resurslarını vəziyyətə uyğunlaşdıra bilmək və eyni zamanda durum analizi edərək bütün istiqamətlərdə toparlana bilmək şirkəti ayıq saxlayacaq və sahibkarla birlikdə çalışanları da bu vəziyyətdən çıxış yolları axtarmağa sövq edəcəkdir.
2. Onlayn toplantıları artırmaq.
Həftə ərzində qərarvericilərin tez-tez toplantılar etməsi, dəyişən iqtisadi faktorların hal-hazırdakı biznesə nə kimi təsirlərinin olmasını təsbit etməsi və yaranan problemlərə həll yolları tapması biznes üçün həyati önəm daşıyır.
3. Xərcləri optimallaşdırmaq.
Bütün xərclərin optimallaşdırılmasını təmin etmək üçün maliyyə hesabatının yenidən gözdən keçirməsini təmin etmək.
4. Durğunluqdan sonrakı mərhələ üçün hazırlıqların aparılması.
Yeni satış kanallarının yaradılması, idarəetmə sisteminin qurulması, ERP və CRM sistemlərinin daha da təkminləşdirilməsi üçün addımların atılması, prosedurların avtomatlaşdırılması və durğunluqdan sonra daha çox iş yükü götürə bilmə qabiliyyətini inkişaf etdirmək biznesin immunitetini gücləndirəcək və rəqibdən daha öndə edəcəkdir.
5. Dərininizə analiz etmək imkanından faydalanmaq.
Vaxtın düzgün dəyərləndirilməsi ilə bərabər eyni zamanda bu günə kimi atılan addımların, səhvlərin və düzlərin analiz olunması üçün sahibkar və qərarvericilər tərəfindən dərininə analizlər edilməlidir. Bu halda daha aydın qərarvermə proseduru ilə növəti illərdəki fəaliyyətləri tənzimləmək mümkün olacaqdır.
6. Uzun müddətli hədəflərdən yayınmaq.
Daha qısa zamanda olan hədəflərə fokuslanmaq lazımdır. Durğunluğu əsasən də COVID-19 virusunu sovuşdurmaq üçün qısa zamanda net qazanclar əldə edə biləcək yeni, qısa müddətli hədəflər təyin etmək vacibdir.
7. Daha çevik, daha qısa zamanda uyğunlaşa bilmə bacarığı.
Mövcud vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil və qarşıda bizi daha hansı risklər və təhditlərin gözlədiyini bilmirik. Sektorda qala bilmək üçün və mübarizə apara bilmək üçün çevik və uyğunlaşa bilən idarəetmə sistemini formalaşdırmaq vacib şərtdir.
8. Durğunluq dönəminə uyğun məhsullar düşünmək.
Sizi ayaqda saxlayacaq və müştərinizin, potansial müştərinizin və yaxud müştəriniz olmayan şəxslərin (şirkətlərin) tələb nöqtəsi olan məhsullar düşünmək bu məhsulların satış prosedurunu formalaşdırmaq gərəkdir. Bu addım sizə və sizin şirkətinizə durğunluq dönəmindən minimum risklərlə ayrılmağa yardımçı olacaqdır.
9. Rəqəmsallaşmaq.
Bu durğunluq bizə rəqəmsallaşmanın vacibliyini göstərdi və yəqin ki, bundan sonrakı mərhələ şirkətlər üçün rəqəmsallaşmanın birbaşa inkişafını təmin edəcək. Hansı şirkətlər rəqəmsal dünyaya ayaq uydura biləcək və yaxud daha qısa müddətdə adaptasiya olacaqsa onlar daha sürətlə inkişaf etmək imkanı əldə edəcəklər. Video zənglərin artırılması, sorğuların əldə edilməsi və sorğu üçün şirkət tərəfindəncavabların elektronlaşması, onlayn mağaza sistemlərinin qurulması, rəqəmsal marketinqdən daha çox istifadə, ofisin rəqəmsal şəraitə uyğunlaşdırılması, ağıllı sistemlərlə çalışan ofis, əməkdaşların yeni rəqəmsal dünyaya ayaq uydura bilməsini təmin edə bilmək və s. kimi fəaliyyətlərə artıq indidən başlamaq gərəklidir.

10. Müştərilərin yanında olun.
Vəziyyətin nə olmasından asılı olmayaraq müştərilərinizin yanında olun və onlara dəstək göstərin! Bu vəziyyət hər zaman belə getməyəcək. Sizin onların bu çətin vəziyyətində yanında olduğunu görən müştərilər durğunluq dönəmindən sonra sizə daha çox loyal olacaq və uzunmüddətli müştərinizə çevriləcəkdir.



About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok