Son Paylaşım

Böhran (COVID-19 pandemiyası) dönəmində bizneslər və iqtisadiyyat - ARB 24

Əvvəla dayanmadan, yorulmadan insanları, iş dünyasını virusa qarşı məlumatlandırdığınız üçün və eyni zamanda onları daha diqqətli olmağa səslədiyiniz üçün sizə və bütün mediada çalışanlara çox böyük bir təşəkkür düşür və inanıram ki, sizlərin böyük əməyi olmaqla biz bu ümumi dünya iqtisadiyyatı üçün çətin günləri geridə qoyacağıq.

Böhran (COVID-19 pandemiyası) dönəmində bizneslər və iqtisadiyyat - ARB 24


Sual 1. İlk olaraq ümumi götürsək Azərbaycanda şirkətlərin böhrana hazırlığı nə yerdədir?

Son baş verənlər və korona virusun sürətli yayılması onu göstərdi ki, nəinki Azərbaycanda ümumi dünyadakı şikrətlərin böyük əksəriyyəti bu virusa qarşı hazırlıqsız idilər. Bir neçə gün bundan öncə oxuduğum araşdırmada dünyadakı şirkətlərin 70%-dən çoxunun bu virusa hazırlıqsız olduğu qeyd olunmuşdu. Bunu mən normal olaraq qarşılayıram. Çünki bəzən fors major risklər elə yerdən formalaşır ki, onu öncədən heç bir formada planlamaq mümkün olmur. Bu böyük iqtisadiyyatlara və şirkətlərə zərər vurduğu üçün artıq kiçik iqtisadiyyatlar və kiçik şirkəltər də bundan təsirlənirlər.

Eləcə də Azərbaycanda şirkətlərin çox böyük hissəsi hazırlıqsız halda bu böhrana daxil oldurlar və demək olar ki, bütün fəaliyyələtlərini dayandırmış formada bu böhranın bitməsini gözləyən şirkətlərimiz həddindən artıq çoxdur və sizi əmin edə bilərəm ki, hələ də bu vəziyyətlə bağlı hansı addımların atılması lazım olduğunu planlaşdırmayan şirkətlər var.

Sual 2. Maddi çatışmazlıqları yalnız koronavirusun üzərinə yıxmaq olarmı?

Əslində maddi çatışmamazlığın böyük bir hissəsini koronavirus ilə bağlaya bilərik. Çünki bu dəyişdirilə biləcək bir durum deyil və həqiqətən də bunu qeyd emək lazımdır ki, bəzi şirkətləri çıxmaq şərti ilə demək olar ki, bütün şirkətlər bu vəziyyətdən çox böyük sıxıntılara düşüblər. Lakin mövcud vəziyyətə vaxtında və yaxud indi uyğunlaşmamaqla şirkətlər özlərini daha da maddi çətinliklərə salmağa başlayır və özləri üçün qarşıdakı daha da çətin günlərini formalaşdırırlar.

Sual 3. Sahibkarlar indi nələri etməlidir ki, biznesi ən yaxşı halda itkilərə getməsin?

Şirkətlər üçün, sahibkarlar üçün və ümumi bizneslər üçün çox yaxşı fürsətlər yaranıb və bu fürsətləri çox yaxşı dəyərləndirməliridirlər düşünürəm. İlk mərhələdə bütün sahibkarlar şirkətlərinin boşluqlarını yaxşı bilirlər. ERP, CRM sistemlərinin olmaması, satış və marketinq strategiyaların olmaması, biznes idarəetmə modelinin olmaması, maliyyə modullarının olmaması və s. kimi boşluqları bu müddət ərzində aradan qaldıraraq böhrandan sonrakı mərhələyə daha yaxşı hazırlaşa bilərlər. Bu işin çox faydalı yanlarından biridir.
Lakin eyni zamanda itkilər etməmək üçün isə bəzi addımları atmalıdırlar.


1.    Qısa zamanda toparlanmalıdırlar,
2.    Onlayn toplantıları artırmaq,
3.    Xərcləri optimallaşdırmaq,
4.    Nağd siyasətinə keçməlidirlər – realizasiyadan qaçınmalıdırlar,
5.    Çox uzun müddətli hədəflərdən yayınmaq.
6.    Durğunluq dönəminə uyğun məhsullar düşünmək,
7.    Rəqəmsallaşmaq,
8.    Müştərilərin yanında olmaq.





Sual 4. İqtisadi sferada baş verən proseslərin müxtəlif qütbləri var, birinə sərf edir, digərinə isə yox. Koronavirus və ardinca gətirdiyi izoliyasiya tədbirləri hansı tip şirkətlərə, hansı işlə məşğul olanlara daha çox sərf edir?

Bəli düz buyurursunuz, bu müddət ərzində şirkətlərin bəziləri qazanclı bəziləri isə çox böyük itkilər əldə edir. Bu dönəmdə ən yaxşı nəticələr əldə edənlər qısa zamanda özlərini bu durğunluğa adptasiya edə bilən və həll yolları aşkarlaa bilənlərdir. Əhalinin böyüük əksəriyyəti izoliyasiya olunub. Şirkətlər isə öz məhsullarını bu şəxslərə çatdıra və aldıra bilmirlər. Ən böyük qazanc edənlər məhsulları şirkətdə  müştəriyə ötürə bilən şirkətlərdir. Misal üçün kuryer şirkətləri, video proqramlar və onlayn fəaliyyət göstərən şirkətlər. Eyni zamanda bu müddət ilə bağlı hər bir şirkətin şansı var ki, uyğun məhsul çıxarsın və müştəriyə təqdim etsin. Misal üçün daha uyğun büdcəli məhsullar istehsal etmək olar, daha həll yolu təklif edən məhsullar istehsal etmək mümkündür. Eyni zamanda dərman, tibbi tekstil və pərakəndə sektorunda olan şirkətlərin əksəriyyəti bu koronavirus pandemiyasından uğurla çıxdılar.

Sual 5. Sahibkarların biznes planlara marağı və biznes planda fövqəladə hallarin nəzərə alınmasını necə qiymətləndirirsiniz?

Çox maraqlı haldır ki, bizə daxil olan sorğuların sayı artmaqdadır və iş adamlarının biznes plana marağı artmaqdadır. Burada iki önəmli səbəb var. 1) Bizneslərin bundn sonrakı mərhələdə daha dəqiq olmaq istəmələri. 2) Dövlət tərəfindən göstəriləcək yardımlardan yararlana bilmək. Əfsuslar olsun ki, bundan öncəki mərhələlərdə bizneslər risklər üçün o qədər də diqqətli olmurdurlar. Amma əminəm ki, bundan sonrakı mərhələrlər üçün əksər şirkətlər daha həssas yanaşacaqlar və biznesi qurmamışdan öncə, layihəyə başlamaşıdan əvvəl risklərin analizini daha düzgün aparacaqlar.

Sual 6. Nə qədər qəribə olsa da indiki vəziyyət eksperimentlər üçün platformadır. Elektron sistemlər və digər xidmətlərə təlabatın artması irəlidə bizdə hansı sahələri gücləndirə bilər?

Ümumiyyətlə mən deyərdim ki, bütün sahələrə təsirini göstərəcək. Rəqəmsallaşma nəinki bizdə bütün dünyada biraz daha sürətlənəcək. Dronlar, rəqəmsal satış, ağıllı evlər, daha ağıllı telefonlar, robotexnika, elektrik avtomobillərin dönəmi başlayacaq. Satışların sürətli formada rəqəmsala keçməsi gözlənilir və eyni zamanda qloballaşma və rəqabətlilik daha da artacaqdır. Əlavə olaraq onu qeyd etmək istərdim ki, ölkələrdəki daxili turzimlər güclənəcək. Təhsil sistemi sürətlə enektronlaşacaq və kimlər buna ayaq uydura bilməyəcəksə uduzacaqdır.


Sual 7. Böhrandan sonrakı vəziyyət necə olacaq?
Əslində mənim gözləntim böhrandan sonrakı mərhələnin çox yaxşı olmasıdır. Uzun müddət durğunluqdan sonra biznes patlaması olacaq. İnsanlar alış verişə, restoranlara və gəzintilərə axışacaqlar. Eyni zamanda iqtisadiayyat əvvəlki illərə nisbətən daha sürəltə inkişaf tempi yaşayacaqdır. Lakin sornada öz qaydasına qayıdacaqdır. Lakin bunlarla paralel olaraq qeyd etdiklərimiz yəni rəqəmsallaşma və yeni ağıllı evlər, avtomobillər, telefonalar və robotexnika erası da sürətlə həyatımıza inteqrasiya olacaqdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok