Son Paylaşım

Zamanın dəyəri



Zamanın dəyəri insan üçün artdıqca daha sürətli keçməyə başlayır. Dünən yeni il daxil oldu bu gün isə artıq 3-cü ayı ortalayırıq. İşlər çoxaldıqca və öhdəliklər artdıqca zamanı daha da düzgün idarə etmək istəyir insan. Maksimum yararlanmaq istəyir hər dəqiqədən. Özünə və cəmiyyətə faydalı işlər ilə məşğul olmaq istəyir.



Rəqabətdə üstünlüyün ən vacib nüanslarından biridir zamanı idarə etmək.
Bəzi elə şeylərə vaxt itiririk ki, mənim hər zaman buna çox hayıfım gəlir. Necəsə bunlara alternativlər tapmaq gərəklidir.
- nəqliyyatda və yaxud yolda itirdiyimiz vaxt - günlük 2 saat.
- sosial mediada itirdiyimiz vaxt - günlük 2-3 saat.
- əlavə yuxuya itirdiyimiz vax - günlük 1-3 saat.
- bizə fayda verməyən rutin işlər - günlük 2-3 saat.

Topladıqda bu saatların cəmi ortalama minimum günlük 6 saat edir və illik 87-90 gün zaman itkisidir. Yəni 1 ilimizin 1/4-ü.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok