Son Paylaşım

Azərbaycanda qadın sahibkarlıq inkişafı


Son zamanlarda ən çox diqqətimi çəkən nüanslardan biri də ölkəmizdə xanım sahibkarların sayının günü-gündən artmasıdır. #Biznesplan ilə bağlı daxil olan təxminən hər 3 sorğudan 1-i qadın sahibkarlar tərəfindən daxil olur ki, bu bizneslər arasında turizmdən-istehsala qədər biznes nümunləri var. Düşünürəm mikro sahibkarlığın yeni trendlərdən ilham alaraq sürətli inkişafı xanımların gələcəkdə daha çox biznesə maraqlı olmağına gətirib çıxaracaqdır. Bu isə ölkədəki ümumi binzes anlayışını sürətləndirəcək və gələcəkdə uğurlu sayıla bilinəcək markaların qadın sahibkarlar tərəfindən idarə olunduğunun şahidi ola biləcəyik.



Niyə olmasın? Fərqli sektorlarda çox yaxşı, yaradıcı və xüsusi təkliflər hazırlayır və o bazar üçün məhsul halına gətirə bilirlər. Sadecə düşünürəm ki, istər dövlət, istər təşkilatlar istərsə də özəl qurumlar tərəfindən qadın sahibkarlığının inkişafına bir başa təsir edə biləcək faydalar yaradılmalıdır.
- Regionlarda seminarlar təşkil etmək olar, yadıma gəlir Rəşad Əliyev və digər yoldaşlar bir vaxtlar bu işlə məşğul olur və regionlarda xanımların satış etmə, biznes qurma imkanlarını genişləndirmək üçün seminarlar təşkil edirdilər.
-Qız uşaqlarında yaradıcılıq, idarəetmə, biznes biliklərinin artırılması. Bu mövzu ilə bağlı Unicef Azerbaijan-ın maraqlı bir sloqanı yadıma düşdü. #QızlarBacarır və #GirlsCan . Həqiqətən də bizlər qız uşaqlarına güvənsək və onların biznes üçün inkişafını təmin edə bilsək, əminəm ki, vaxt yetişdikdə ölkədə ən aparıcı iş adamları arasında xanımların sayının da çox olduğunu görəcəyik.
-Dövlət tərəfindən qadın sahibkarlığa dəstək. KOB Azərbaycan / SMB Azerbaijan inanıram ki, bu istiqamətdə təkliflər hazırlayır.
-Xüsusi marifləndirici və istiqamətləndirici təşkilatlar. Bu istiqamətdə WoWoman Azerbaijan Azərbaycanda minlərlər qadın sahibkarı bir araya toplayan və onların bizneslərinə dəstək göstərən təşkilatlardan biridir.
O qədər sektorlar və sektorlardakı fərqli biznes istiqamətləri öz sahibkarlarını gözləyiriki. Hələ kəşf olunmamış, hələ həll yolları tapılmamış.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok