Son Paylaşım

İş həyatına yeni başlayanlara xitabən..

Bu yaxınlarda Resume.az saytına verdiyim müsahibədən bəzi sorğu-sualı sizinlə paylaşıram.

Yerli iş bazarında tələbolunan namizəd olmaq üçün nə etməli?
Hər şeydən əvvəl sahəsindən və peşəsindən asılı olmayaraq bütün şəxslər anlamalıdırlar ki, böyük bir rəqabətin içindədirlər. Bu rəqabətdə digərlərindən seçilə bilmək üçün və eyni zamanda tələb olunan namizəd ola bilmək üçün bəzi nüanslara diqqət etməlidirlər.

İş həyatına yeni başlayanlara xitabən..


Fərdi bacarıqları inkişaf etdirməlidirlər.
Yaxşı analiz etmək və sürətli qərar vermək bacarığı,
İdarəetmə bacarığı, satış etmə bacarığı,
Gərgin rejimdə işləyə bilmək bacarığı,
Natiqlik, bədən dili bacarıqları və fikirləri daha düzgün ifadə etmək bacarığı,

Olduğu sahəni mükəmməl öyrənməlidirlər
Çox kitab oxumalı, seminar və təlimlərdə iştirak etməlidirlər. Eyni zamanda davamlı təcrübələrini inkişaf etdirə biləcək yerlərdə çalışmalıdırlar və öz sektorlarının önəmli şəxsləri ilə məsləhətləşməlidirlər.

Geyimə diqqət etməli və özünə baxımlı olmalıdır
Bütün mühitlərdə qısa zamanda önə çıxa bilmək və seçilən ola bilmək üçün olan digər bir faktor isə geyim və özünə baxımlılıqla bağlıdır. Toplantılar zamanı, görüşlər zamanı diqqət edilən ən önəmli faktorlardan biri geyim və səliqəlilikdir. Buna görə də bacarıqları və biliyi inkişaf etdirməklə paralel olaraq mütləq geyimə və səliqəliliyə diqqət etmək lazımdır.

İş tapmaqda əlaqələrin (networking) rolu nədir?
Əlaqələr iş mühitində ən önəmlilərdəndir. Sürətli inkişaf, yeni mərhələlərə qədəm qoymaq və yeni iş fürsətlərinin yaranması üçün əlaqələrin gücü çox vacibdir. Sizin biliyiniz, bacarıqlarınız və eyni zamanda digər üstün tərəfləriniz olsa belə sizi qısa zamanda yaxşı pozisiyalara daşıya biləcək və referans verəcək dostlarınız və tanıdığınız şəxslər olmalıdır.

Hazırda hansı bacarıq və səriştələr daha çox tələb olunur?

Əslində bu sahəyə görə dəyişməkdədir. Lakin mütləq birinci sualda da qeyd etdiyim kimi şəxsi bacarıqları inkişaf etdirmək gərəklidir. Bu bacarıqları sıralayacaq olsaq sırası ilə belə edə bilərik.
  1. Analiz etmək bacarığı, qərar vermə bacarığı və satış etmə bacarığı,
  2. Öz sahəmizlə bağlı olan bacarıqlar. Yazı yazmaq, təqdimat, proqramlar, çox dildə danışıq bacarığı və s.
  3. İdarəetmə bacarıqları,
  4. Natiqlik və ünsiyyət bacarığı,
  5. Vaxtı idarə etmək və planlama bacarıqları.

Hər bir kəsin uğur yolu onun əlindədir və yaxşı nəticələr üçün qeyd olunan faktorlara diqqətli yanaşmalıdırlar.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok