Son Paylaşım

Gənclər günümüz mübarək - Cavid Abasov

Məni əvvəldən tanıyanlar yaxşı bilirlər. Məktəb vaxtı dərslərim heç yaxşı deyildi. Evdən bəzi səbəblərdən çox da maraqlana bilməmələri, məktəbimizin "Papanin" ərazisinə düşməsi kifayət edirdi ki, dərslərə fokus olmaq və yaxud oxumaq eşqi hər zaman minimumda olsun.

Gənclər günümüz mübarək - Cavid Abasov


Tələbə vaxtı da istədiyim kimi dərslərə fokus ola bilməmişəm və bəzən isə dərslərə az-az hallarda girmişəm. Lakin içimdə hər zaman dəli fikirlər, istəklər və fərqli olmaq istəyi var idi.
Türkiyəyə "Magistr" pilləsinə qəbul olduqdan sonra özümə ayırmağa daha çox vaxtım qaldı və zamanın necə sürətlə getdiyini, rəqabətin çox böyük olduğunun fərqində olmağa başladım. Planlar cızdım və hər günümü planlamağa və həftəlik hədəflər qoymağa başladım. Yadımdadı yazılı planı da gözümün önündə olsun deyə otağımdakı şkafın yan tərəfinə yapışdırırdım.
İlk bloqumu paylaşarkən çox sıxılırdım və utanırdım ki, ətrafdakı insanlar, dostluğumda olanlar mənə nə söyləyər. İndi baxıram ki, 330-a yaxın yazı paylaşılıb. İlk 1 il ərzində marketinq, satış, karyera, motivasiya və liderlik istiqamətində 250-dən çox kitab oxudum. Çoxlu seminar, forum və təlimlərə qatıldım ki, sayını özüm də yaddan çıxardım. O gündən bu günə hər günümü planlayır və özüm üçün illik planlar yazıram. Nəticələr hər dəfəsində gözlədiyimizdən daha yaxşı olur.
Şəki forumu zamanı forumdan çıxdıqdan sonra forum zamanı diqqətimi çəkən iki məktəblini foyedə tapdım. 11-ci sinifdə oxuyurdular və əsgərliyə hazırlaşırdılar. Bu iki dost forum zamanı arxada ən çox gülən və bəzi sözləri eşitməməzlikdən gələn yoldşalar idi. Yaxınlaşdım və onlara vaxtlarının necə qiymətli olduğunu, özlərinə ən faydalı ola biləcək dönəmlərində olduqlarını izah etdim. Düz deyirsiniz, çox təşəkkür edirik dedilər. Biraz ayrıldım, yenə gülüşməyə başladılar. Onların bu hərəkəti məni heç bir şəkildə təəccübləndirmirdi. Çünki öz məktəbli illərim yadıma düşürdü..
Lakin özümə söz verdiyim ən vacib amillərdən biri də nə olursa olsun hər zaman, həyatımın hər bir pilləsində faydalı olmağa çalışacağamdır. Çünki bu ölkənin, bu millətin gələcəyinin bizlərdən asılı olduğunu anlayır, bizlər də bir şey etməsək vəziyyətin nə qədər pisləşəcəyini başa düşürəm.
Qarşıdan isə #TUF2020 yaxınlaşır. 1000-1500 nəfər şəxs qarşısında çıxış olacaq. Buna çox diqqətli hazırlaşacağam ki, maksmimum faydalı ola bilim.
Nə çoxdur bu ölkədə faydalı olmaq üçün əlini daşın altına qoyan şəxslər. Hər birinə öz minnətdarlığımı bildirirəm.
Gənclər günümüz mübarək dostlar!

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok