Son Paylaşım

Qərarlar zamanı beynimizin manipulyasiyası.


Qərarlar zamanı beynimizin manipulyasiyası.
Son zamanlar diqqət etdiyim əsas məsələlərdən biri nələrisə satın alarkən düzgün qərarlar verə bilməməyimizdir. Faydalı olan bir məhsulu alarkən, tərəddüdlər içində qaldığımız halda, ona verdiyimiz büdcədən daha çoxunu lazımsız bir işə israf edə bilirik. Bunları nümunələr ilə izah etməyə çalışacağam.


Qərarlar zamanı beynimizin manipulyasiyası.


  • Bravoda bananın kq-sını öyrənirik ki, 2.2 AZN-dir. Lakin almaq yadımızdan çıxır. Məhəlləyə gəldikdə bunun 2.5 AZN olduğunu öyrənirik. Düşünürük ki, Bravoda 2.2 AZN idi və beləliklə qərar veririk ki, bunu almayaq. Bunu bal, quru meyvə və s. müxtəlif məhsullarda, istiqamətlərdə də edirik. Lakin növbəti gün, hər hansısa Mall-da KFC-nin yanından keçdikdə deyirik ki, mütləq nələrsə yeyək və 2 nəfərə kifayət qədər büdcə xərcləyirik. Lakin əslində əldə etdiyimiz faydalılıq, banan, bal və quru meyvənin faydalılığından daha azdır.
  • İnsanlara yardım edərkən tərəddüddə qalırıq. Kiminsə həqiqətən yaxşı vəziyyətdə olmadığını biləndə, xəstəlikdən əziyyət çəkdiyini biləndə ona 10, 20, 50  yaxşı halda 100 AZN kimi dəstək göstəririk. Lakin bunu edərkən belə tərəddüdlər olur. Bir neçə gün sonra isə bir iş görüşü zamanı o pulları rahatlıqla yemək üçün istifadə edirik və buna görə qətiyyən tərəddüd etmirik.

  • Pul israfından əlavə ən böyük problemlərdən biri də zaman israfıdır. Bəzən saatlarla lazımsız və bizə faydalı olmayan işlərə vaxt sərf edirik. Lakin daha vacib və bizə fayda gətirəcək işlərə isə zaman ayırmağımız qat-qat az olur. Faydalı işlərə zaman ayırarkən vaxtı hesablamağa başlayırıq ki, bu iş görüm nə qədər vaxtımı alır.

Bu siyahını siz uzada bilərsiniz. Hər bir verəcəyimiz qərarların nə qədər rasional olduğuna diqqət etməliyik dostlar. Zaman sürətlə gedir, hər gün bir əvvəlkindən daha yaxşı nəticə əldə etmək üçün buna ehtiyacımız var.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok