Son Paylaşım

Bilməli lazım olduğumuz çox sadə 20 məlumat


Zamanla daşa-qayaya dəyərək öyrəndiyimiz məlumatlar bir müddət sonra bizim üçün əziz olur. Bu məlumatları sizinlə də bölüşmək istədim.

  1. Vizyonumuzu təyin etməmişiksə, hansı istiqamətdə getdiyimizin fərqi yoxdur.
  2. Vizyonumuz yoxdursa, bizə qoşulanlarla eyni yolda uzun müddət irəliləyə bilməyəcəyik, çünki onlar tam fərqli istiqamətdə gedəcəklər..
  3. Sabah nə iş görəcəyimizi bilirikmi? Bəs növbəti həftə? Bilmiriksə necə uğurlu olacağıq?
  4. Gördüyümüz işləri bizə qatacağı faydaya görə prioritetləşdirmiriksə heç bir zaman istədiyimiz effektiv nəticəni əldə edə bilməyəcəyik,
  5. Davamlı performans ölçümləri etmiriksə, hansı nöqtədən hansı nöqtəyə inkişaf etdiyimizi görə bilməyəcyik,
  6. Öz potensial rəqiblərimizdən seçilmək üçün lazım olan bilik və bacarıqları əldə etmiriksə, hər zaman ümumi kütlədən biri olacağıq. Seçilənlərdən olmayacağıq.
  7. Hər gün yeni faydalı məlumat əldə etdiyimiz zaman inkişaf edirik.
  8. Komandamıza KPI-lar təyin etmiriksə onların effektiv nəticə əldə etməsi xəyaldan başqa bir şey deyil,
  9. Əgər daxili və xarici proseslərin standartlarını təyin etməmişiksə, hər zaman xırda detalların arxası ilə özümüz qaçacağıq. İşlərimizi avtomatlaşdıra bilməyəcəyik,
  10. Rəqibdən yaxşı olmaq? Bəs bunun üçün heç rəqbilərimizi detallı araşdırmışıq? Rəqibin zəif və üstün tərəflərini aşkarlamışıq? Qiymət, məhsul və şirkət strategiyasını bilirik?
  11. Heç özümüzə və şirkətimizə fərqli bucaqdan baxmışıqmı? Özümüzü müştəri gözündən, rəqib gözündən dəyərləndirdikdə heç bir zaman aşkarlamadığımız tərəflərimizi aşkarlayacağıq.
  12.  Qlobal marka olmaq istəyirik? Nə qədər qlobal markada çalışan şəxslərlə fikir mübadilələri etmişik, nə qədər araşdırma və analiz etmişik?
  13. Sağlamlığımız hər bir şeydən vacibdir. Odur ki, tərəddüt etmədən sağlamlığımıza ziyan vuran, sağlam qalmağımıza maneə olan bütün faktorları qırağa ataq.
  14. Həyatdan nə istədiyimizi və həyata nə verəcəyimizi yaxşı bilməliyik.
  15. Bizi ən çox nə xoşbəxt edir? O xoşbəxtlik üçün hansı addımları atırıq?
  16. İşimizin, özümüzün inkişafı üçün ətrafımızdakı insanlar bizdən daha bacarıqlı, bilikli və iradəli olmalıdır.
  17. Görülən işlərdən nəticə çıxarmaq lazımdır. Bu bizi daha peşəkar düşünməyə vadar edəcək.
  18. Çox işləmək yox, effektiv işləmək uğurlu nəticələr verir.
  19. Hər gün özümüz və şirkətimizin inkişafı üçün düşünməyə zaman ayıraq.  
  20. Xoşbəxt olmadığımız yerdə uzun müddət olduğumuz üçün gec-tez peşman olacağımızı bilməliyik.


Dostumuz Səbuhi Rüstəmov, yuxarıda qeyd olunan məlumatlardan əlavə maraqlı punktlar paylaşıb bizimlə.


  • Hər həftə bir yenilik etmək lazımdır.Dəyişməliyik! Fanatik xiristianlar,yevreylər və s.dəyişikliyi dayandırmaq istəyirlər.Heçkim dayandıra bilməz.Biraz zəiflədə bilərlər amma mümkün deyil dayandırmaq.

  • Dəyişirəmsə nə etməliyəm? İnteqrasiya,daxili birlik lazımdır. Dəyişiklik dizentaqrasiyaya səbəb olur. Birlik nədir? Sağlamlıq,ruhən sağlam olmaq.


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok