Son Paylaşım

Ölkədəki markalar öz hədəf kütlələrinin psixologiyasını nə dərəcədə bilir? - RƏYLƏR

Ölkəmizdə pərakəndə fəaliyyət göstərən kiçik bizneslər öz bazarlarını yerli və xarici markalara uduzmaqdadır. Yəni bazardakı ənənəvi metodlar sürətlə yerini yeni üsullara buraxır. Paralel olaraq son illər Azərbaycanda marketinq fəaliyyətlərində, xüsusilə də reklamlarda emosional elementləri tez-tez görürük.

Ölkədəki markalar öz hədəf kütlələrinin psixologiyasını nə dərəcədə bilir? - RƏYLƏR

Bəs dünyadakı trendlər bunu tətikləyir, yoxsa ölkədəki markalar öz hədəf kütlələrinin psixologiyasını daha yaxşı bilməyə başlayıblar? Bu trendin səbəbləri nələrdir?
Məsələni “Finans.az”a şərh edən satış və marketinq üzrə ekspert Famil Alməmmədov reklamlarda emosional elementlərin nəzərə çarpması və getdikcə də yayılmasını qlobal brendlərin təsirindən formalaşdığını deyir:
“Son illər ölkəmizin marketinq mühitində baş verən proseslər, keçirilən tədbirlər, kurslar, seminarlar onu göstərir ki, bu sahədə müsbətə doğru işlər gedir və təbii ki, bu proseslərin təsirindən bazarda mütəxəssislərin yetişməsi bazara təklif olunan məhsul və xidmətlərdə də özünü göstərir.
Satış və marketinq üzrə ekspert Famil Alməmmədov
"Pərakəndə bazarındakı kiçik bizneslər bir dirəniş nümayiş elətdirir. Yerli mütəxəssislərimiz bu istiqamətdə müəyyən addımlar atırlar və bunun təsiri ilə xarici markalardan bazar payı alırlar".

Reklamlarda emosional elementlərin nəzərə çarpması və getdikcə də yayılması qlobal brendlərin təsirindən formalaşmışdır. Bir-iki şirkət xaricində, sanmıram ki, yerli markalar öz hədəf kütlələrinin psixologiyasını və yaxud onların davranışlarını daha dərindən araşdırırlar. Hazırkı vəziyyət bundan ibarətdir.
Pərakəndə bazarındakı kiçik bizneslər bir dirəniş nümayiş elətdirir. Yerli mütəxəssislərimiz bu istiqamətdə müəyyən addımlar atırlar və bunun təsiri ilə xarici markalardan bazar payı alırlar. Burada yeni və fərqli marketinq və satış modelləri formalaşmışdır və təkmilləşməkdə də davam edir. Gənc nəslin bu proseslərə təsirləri faktdır. Bu istiqamətdə işlər görülməsə, gənc istehlakçılar yerli yox, əcnəbi markaları seçəcəklər. Hazırda yerli markalar hər iki seqmentə yönəlik işlər görür. Necə deyərlər, hər iki seqmentin nazını çəkirlər.
Təbii ki, markaların inkişafı üçün müəyyən araşdırmalar da aparılır. Əks halda, hədəf kütlələrin ehtiyaclarını bilməmək markanın işini çətinləşdirə bilər”.
“Sumqayıt Texnologiyaları Parkı”nın marketinq meneceri Cavid Abasova görə, reklamlarımızda emosional elementlərə tez-tez rast gəlinməsinin əslində dünya trendləri ilə bağlılığı yoxdur:
“Marketinqin təməlində dayanan əsas istiqamətlərdən biri “Müştəri davranışı”dır. Hansı ki, bu sahə sayəsində biz müştərilərimizi tanıyır və onlara nə təklif etmək lazım olduğunu daha yaxşı analiz edə bilirik. Müxtəlif ölkələrin, regionların reklamlara verdiyi reaksiyalar fərqlidir. Misal üçün siz eyni məhsulu Almaniyada, Yaponiyada, Amerikada və Türkiyədə istehlakçı davranışlarının fərqli olduğunu nəzərə alaraq fərqli formada bazara təqdim etməlisiniz. Buna bariz nümunə kimi Coca-Cola reklamlarını ələ ala bilərik. Yaponiyada Coca-Cola reklamları daha çox keyfiyyət və faydalılıq üzərindən edildiyi halda, Türkiyədə ailə, dəyərlər və milliyyətçilik üzərindən aparılmaqdadır.
“Sumqayıt Texnologiyaları Parkı”nın marketinq meneceri Cavid Abasov
“Azərbaycanda emosional, milli və ailə dəyərləri üzərindən reklamları bundan sonra daha çox görəcəyik”.

Azərbaycanın istehlaçkı davranışları Türkiyə istehlakçı davranışları ilə uyğunluq kəsb etdiyi üçün Azərbaycanda da emosional, həssas, ailə dəyərlərinə dayanan, milli dəyərlərə dayanan reklam metodologiyası çalışmaqda və müştərini özünə cəlb edə bilməkdədir. Düşünürəm ki, Azərbaycanda emosional, milli və ailə dəyərləri üzərindən reklamları bundan sonra daha çox görəcəyik.
Əslində bir neçə il bundan öncəyə baxdıqda marketinq sahəsində inkişafın çox yüksək olduğuna hər birimiz şahid oluruq. Burada təlimlərin, forum və seminarların böyük payı var. Həqiqətən, ölkədə keçirilən təlim, forum və seminarların əksəriyyəti satış, marketinq və biznes istiqamətindədir. Bu tendensiyanın yaxşı tərəflərinin olduğu kimi pis tərəfləri də vardır. İnsanlar artıq bu sahədən doymağa başlayır və biraz da çəkinirlər. Düşünürəm ki, bu tədbirlərin sayı azaldılmalı əvəzində isə keyfiyyəti artırılmalıdır.
Marketinqin ilk addımı marketinq strategiyasının qurulmasıdırsa, təəssüf ki, çox şirkətlər bunu tətbiq etmir. Mən bu gün çox rahatlıqla söyləyə bilirəm ki, ölkədəki əksər şirkətlərin marketinq strategiyası yoxdur. Strategiyası olmadan marketinq fəaliyyətləri aparılır. Bu, çox təhlükəli bir vəziyyətdir.
Ümumilkdə, son illərdə istər dövlət tərəfindən, istərsə də şirkətlərin özləri ölkədəki biznes mühitinin inkişafında bir başa rol oynamaqda maraqlıdırlar. Bu isə yaxın gələcəkdə Azərbaycanın biznes mühitinin daha da inkişaf edəcəyini özündə əks etdirir”

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok