Son Paylaşım

Gələcəyin marketinqi

Günümüzdə hər şey çox sürətli bir şəkildə dəyişməkdədir. Yaşanan bütün bu dəyişmələr ən çox marketinqə təsir göstərməkdədir. Çünki, marketinq insanlar ilə bir başa çalışan fəaliyyət bütünüdür. Buna görə də  insanlarda baş verən hər hansı bir dəyişiklik, marketinqdə inqilabi yeniliklərə səbəb ola bilməkdədir. Daim dəyişən marketinq dünyasında müştəriyə çatmağın ən yaxşı yolunu tapmaq, həmişə asan olmur. Hədəf kütlələrinin istək və ehtiyaclarını başa düşdükləri zamanda, yeni bir texnologiyanın, yeni bir vərdişin və hətta yeni bir hədəf kütlənin yaranması ilə hər şey dərhal dəyişə bilməkdədir. Bu da şirkətlərin işinin gün keçdikcə çətinləşməsinə səbəb olur. Baş verən bu dəyişikliklərə zamanında uyğunlaşa bilən şirkətlər, rəqibləri qarşısında bir neçə addım öndə olurlar.



Bu yazımda sizlərlə gələcəkdə marketinqin hansı istiqamətdə dəyişəcəyindən danışmağa çalışacam.
İnternetin yayılması ilə birlikdə marketinqdə o qədər fundamental dəyişikliklər oldu ki, hamımız marketinqi yenidən müəyyənləşdirməli və öyrənməli olduq. Ancaq bu dəyişikliklərə baxmayaraq, yaxın zamanda baş verənləri nümunə götürərək önümüzdəki illərdə marketinq sahəsində nəyin baş verəcəyini proqnozlaşdırmaq imkansız deyildir. Gələcək illərdə marketinqin necə dəyişiklik göstərə biləcəyini gəlin birlikdə incələməyə çalışaq.

Reklamlarınızı şəxslərə özəl olaraq hazırlayın
Bugünə qədər şirkətlər əvvəlcə hər kəslə əlaqə qurmağa, sonra isə qazanc gətirən müştəriləri gətirməyənlərdən ayırmağa çalışırdılar. Günümüzdə marketinq strategiyaları, bütün kütlələr ilə əlaqə qurmaq əvəzinə, hədəf kütlələri daha yaxşı süzgəcləndirərək, şəxsə özəl reklam fəaliyyətlərini həyata keçirəcək şəkildə edilməlidir. Yalnızca məhsulunuzla maraqlana biləcək müştərilər üçün reklam etmək, təkcə daha əlverişli deyil, eyni zamanda daha davamlıdır və daha az xərc tələb edir. Bundan əlavə olaraq, müştərilər reklam bombardımanına məruz qalmaqdan daha çox, onlarla səmimi və güvən verici dialoqların qurulmasına üstünlük verirlər.

Video marketinqə önəm verin
Cəlbedici, orijinal və yaradıcı video məzmunu, getdikcə daha çox əhəmiyyət kəsb edir. Video marketinq, marketinqin ən dominant və effektiv formasıdır. Bunun üçün müəyyən qədər yaradıcılığın olması lazımdır. Videonuz birbaşa məhsulunuzu tanıtdırmaq məcburiyyətində deyil. Videonun məzmunu bir sosial məsuliyyət layihəsi də ola bilər. Məzmunun keyfiyyətinə və paylaşıldığı yerə diqqət yetirin. Abunə profili 13 yaş qrupu və bir neçə milyon izləyicisi olan YouTube kanallarında yuyucu vasitələrinin reklamının hər hansı bir faydası olmayacaqdır. Həm video məzmunu, həm də video reklam, hər keçən gün artmaqdadır. Buradakı imkanlar da olduqca genişdir.

Müştərilərə fokuslanın
Satış yönümlü olmaqdan çox, müştəri yönümlü olmağa çalışın. Müştərilərinizi müəyyənləşdirin və satış hədəflərinizi yerinə yetirmək üçün, onların ehtiyaclarını qarşılamağa çalışın. Bu da müştəriləriniz ilə tanış olmağa və onların maraqlarını cəlb edəcək məhsullar hazırlamanıza köməkçi olacaqdır.

Brendinizi tanıtdırın
Bir marka yaratmaq, məhsula şəxsiyyət vermək kimidir. İnsanlar markanız haqqında düşünəndə, yaxşı təcrübələr, müəyyən bir stil, rahatlıq və səmimiyyət kimi anlayışları yadda saxlasınlar. Müştərilərinizə məhsuldan çox daha artığını aldıqlarını hiss etdiriin. Hər nə qədər texnologiyadan istifadə etsək də, nəticədə insanlara satış edirik.

Metodunuzu sınayın
Yaxşı bir marketinq strategiyası planlaşdırılmış olandır. Rəqib nə edərsə biz də onu edək, kiminlə çalışırsa biz də onunla çalışaq məntiqi ilə marketinq strategiyası hazırlasanız, rəqibi izləməkdən başqa heç bir yerə çata bilməyəcəksiniz. Etdiklərinizi və ya edəcəklərinizi sınayın. Nəticə olaraq səhvlərinizi və ya mənfi tərəflərinizi görüb, qarşısını ala bilərsiniz.

Texnologiyanı hədəf kütlənizə görə istifadə edin
Məhsulunuzu dünya miqyasında satmağı planlayırsınızsa, hədəf kütlənizin istifadə etdiyi texnologiyalardan istifadə edərək onu tanıtdırmağa çalışın. Məsələn, dünyada sürətlə böyüyən səs texnologiyası var. Markanız bu mövzuda hər hansı bir çalışma həyata keçiribmi?
Yaxın zamanda edilən bir araşdırmaya görə istehlakçıların səsli axtarışları, musiqidə 70%, hava proqnozunda 64%, əyləncəli suallar soruşmada 53%, onlayn axtarışda 47%, xəbərlərdə 46%, əsas araşdırmalarda 35%, yol soruşmada 34% olaraq müəyyənləşdirilmişdir. Google çoxdan bütün bunları analiz etməyə yönəlib və hələ də inkişaf etdirməkdədir. Şirkətlər də, bütün bunları diqqətə almalı və texnologiyadan yüksək bir şəkildə faydalanmağa çalışmalıdırlar.
Ancaq bunu da qeyd etmək lazımdır ki, şirkətlər nə qədər gələcəyi görsələr də və nə qədər də doğru işlər həyata 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok