İlk öncə qeyd etmək istərdim ki, Azərbaycanda son zamanlar
biznesinlərin inkişafı özünü hər tərəfli göstərməkdədir. Elə bunun ən bariz
nümunəsi kimi bankların sahibkarlara kredit vermə marağının artmasını da göstərə
bilərik.
İstər bank ekspertlərin istərsə də sahibkarların biznes
krediti cəlb edərkən diqqət etməsi lazım olan vacib məqamlar var. Bu məqamlar ona
görədir ki, sahibkarlar rahatlıqla kredit cəlb edə bilsinlər, bank ekspertləri
isə biznes kreditini düzgün ünvana verdiklərini tam aydınlaşdırsınlar. Belə
olan halda risklər hər iki tərəf üçün minimumlaşacaqdır.
Bank ekspertləri əsasən biznes planı analiz edərkən bütün
istiqamətlərdə nə qədər dəqiq və vacib yazıldığına baxmalıdırlar. Bəzən biznes
planlar görürəm sadecə ideya və maliyyə hissəsindən ibarətdir və bəzi banklar
bu bizneslərə təsdiq verirlər. Bu yol verilməzdir. Və biznes kreditini risk altına
atır.
İlk öncə mütləq formada biznesin və yaxud ideyanın əsaslarına
baxmaq və potensialını analiz etmək lazımdır. Çünki ən vacib amillərdən biri
budur. İdeya və biznes nə qədər formalaşmış bazardadır? Biznesin üstün və fərqli
faydaları nələrdir?
Bazar analizinin nə qədər dolğun aparıldığına baxmaq
lazımdır. Rəqiblər, müştərilərin fikirləri, bazarın həcmi və s.
Marketinq, satış və biznesin inkişafı planları olmalıdır
bu biznes planın tərkibində. Heç biri əsassız olmamalıdır. Detallarla işlənilməli
və həqiqətən də həqiqi fəaliyyətlər olmalıdır.
Maliyyə planları olmalıdır. İnvestisiyanın geri dönüşü, Mənfəət
zərər hesbatı, EBIT, EBITA, PV və MPV dəyərləri hər biri biznes planda öz əksini
tapmalıdır. Çox yaxşı olar ki, maliyyə planında təxminlər 1 istiqamətli
olmasın. Minimum 3 təxmin olsun. Yəni minimum təxminlər də nəzərə alınsın. Deyək
ki müəyyən bank krediti cəlb edərək öz işimizə yatırım edəcəyik. Belə olan halda
bazardan nə qədər pay əldə edəcəyimizi 3 təxmin üzərindən verməyimiz çox
faydalı olacaqdır.
Riskləri görmək və onların sahibkar tərəfindən necə aradan
qaldırılacağı yolları analiz etmək çox vacib amillərdəndir. Risklərin idarə
olunması zamanı sahibkarın atacağı addımlar və s. detallar əslində sahibkarın bu
biznesə nə qədər ciddi yanaşdığını göstərən əsas amillərdəndir.