Son Paylaşım

İş görmə qabiliyyətini maksimuma qaldırmaq üçün çox vacib bilgilər

Zaman keçdikçə, yaş artdıqca iş görmə qabiliyyətini düzgün idarə etmədikdə adı çəkilən qabiliyyət sürətlə aşağı düşməyə başlayır. Bunun müəyyən səbəbləri var. Problemlərin çoxalması, ailəyə daha çox vaxtın ayrılması, özmüzə daha çox vaxt ayırmaq istəyimiz, daha çox istirahət etmək istəyimiz, həyatımıza daxil olan xarici təsir edici qüvvələrin çoxalması və s. kimi faktorlar var ki, uğurlu işləri ərsəyə gətirə bilməyimizi əngəlləyir və potensialımızı aşağı salır. Lakin bunun qarşısını almaq və iş görmə qabiliyyətini artırmaq mümkündür. Bunun üçün bəzi fəaliyyətlər vardır ki, bunları etdiyimiz zaman daha effektiv nəticələr əldə edə bilərik və iş görmə potensialımızı günü gündən yüksəldə bilərik. 

İŞ GÖRMƏ QABİLİYYƏTİNİ MAKSİMUMA QALDIRMAQ ÜÇÜN ÇOX VACİB BİLGİLƏR


İşləri planlamaq
Nə olursa olsun, bizim hər zaman həftəlik bütün istiqamətlər üçün görəcəyimiz əsas işlərin planı və atılacaq addımların siyahısı olmalıdır. Birinci ağır işlər olmaqla bu görüləcək işlər sıralanmalı və günlər üzrə bölünməlidir. Həftənin birinci günündə enerjimizin çox olduğunu nəzərə alsaq ağır işləri rahatlıqla yerinə yetirəcəyik, həftə sonuna doğru isə yerdə qalan asan və əyləncəli işləri səhmana salacağıq.


Düzgün yuxu sistemi
Hər kəsin yuxudan doyma saatları fərqlidir. Kimlərsə 4 saat yataraq kifayət qədər yuxu aldığını sayır, kimlərdəsə bu 7, 8 saatdır. Lakin 7,8 saatdan çox yatmaq iş görmə qabiliyyərini artırmaq istəyən insan üçün uyğun deyil və bizə mənfi təsir edəcəkdir. Ona görə də yuxu sistemini hər kəs özünə uyğun tənzimləməlidir. Əgər mümkün olursa, mütləq günorta saatlarında yarım saatlıq bir yuxu sizi gün sonuna kimi gümrah və çox enerjili edəcəkdir.


Hər gün səhər rutini..
Bədəni açmaq, bütün hüceyrələri günə hazırlamaq üçün səhər idmanı etmək çox vacibdir. İnsan özünü çox gümrah hiss edir və hər bir işin üstəsindən gələcəyinin fərqində olur. Çox yeməmək, əsasən şəkərsiz və çörəksiz səhər yeməyi etmək vacibdir. Çox yaxşı olar ki, quru meyvələrdən istifadə olunsun. Üzün sərin suyla yuyulması, əgər alınırsa çimmək çox yaxşı olar və dişlərin yuyulması, saçın daranması mütləqdir.

Səliqəli olmaq
Özümüzü bütün gün effektiv hiss edə bilməyimiz üçün geyimimizin səliqəli olması ən önəmlilərdəndir. Ayaqqabını təmiz və geyimi isə qırışsız, təmiz geyinmək lazımdır. Mütləq yumuşaq ayaqqabı geyinmək lazımdır ki, gün ərzində bizi yormasın. İnsanı gün ərzində fiziki və mənəvi yoran faktorlardan biri də ayaqqabının ağır olması, geyimin isə bizi sıxması ola bilir. Ona görə də rahat geyim mütləqdir.

Hər gün səhər 1 stəkan meyvə suyu və gün ərzində bol su içmək
Hər gün səhər yaxşı olar ki, bir stəkan təzə çəkilmiş meyvə suyu içəsiniz. Əgər evinizdə meyvə suyu çəkən varsa əla. Əgər meyvə suyu çəkən evinizdə yoxdursa iş yeriniz Bravo hipermarketlərdən keçirsə mütləq 5 dəqiqə avtomobili saxlayın və meyvə suyu alaraq yolunuza davam edin. Gün ərzində bol su istifadə etmək lazımdır. Bu sizə inanılmaz enerji verəcəkdir.

Şirniyyatdan, yağlı yeməklərdən və çox yeməkdən uzaq durun. Bunun əvəzinə...
Əslində bizi haldan salan bəzi fəaliyyətlər sırasında öndə gələnlər arasında çox yemək, yağlı yeməklər yemək, şirniyyat yeməkdir ki, bunları etməmək lazımdır.  Çətindir. Amma uğurlu iş həyatı üçün, iş qabiliyyətini artırmaq üçün bu vacibdir. Bunun əvəzinə hər gün quru meyvələr yemək və yaxud banan, alma, mandarin kimi meyvələr yemək lazımdır. 

Gördüyünüz işdən zövq almaq
Maksimum potensialımızı göstərə bilməyimiz üçün hansı işi görürüksə o işdən zövq almalıyıq. İşə maksimum həvəslə getməli və işin ən xırda detallarını belə öyrənməliyik. Bu halda həm işimizdə peşəkar, həm də qısa zamanda inkişaf etmiş olacağıq. İşdən zövq almaq iş görmə potensialımızı maksimuma qaldıracaqdır.

Davamlı yüksək motivasiya
İş görmə qabiliyyətimizi davamlı olaraq yüksək həddə saxlaya bilməyimiz üçün motivasiyamız daima yüksək olmalıdır. Bunun üçün vizyonumuz olmalı və bu vizyon üçün mücadilə aparmalıyıq. Lakin vizyon heç bir zaman kiçik bir hədəf olmamalıdır. Neqativ və pessimist insanlardan uzaq olmaq, daima iş görən, həvəsli və motivasiyalı insanlala görüşlər keçirmək lazımdır. Motivasiya videolarını dinləmək və bunun doğrultusunda enerjimizi düzgün işlərə paylamaq lazımdır.

Yaxşı işlər görmək, fərqlənmək və uğurlu nəticələr göstərmək üçün nələrisə qurban vermək lazımdır. Bizim qurban verməli olduğumuz fəaliyyətlər bizə yalnız faydasız olanlardır. Faydasız olan fəaliyyətləri həyatımızdan çıxarsaq nəticəni görməyə, hiss etməyə başlayacağıq. Bu isə bizi özü uğurdan uğura aparacaqdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok