Son Paylaşım

Dəyişən mühitdə yeni strategiyalar


Günümüzdə şirkətlərdə, xüsusilə də orta və böyük həcmli şirkətlərdə marketinq, çox önəmli bir funksiya daşımaqdadır. Marketinq, şirkətin rəqabətə tab gətirməsinə və gələcəkdə inkişaf etməsinə birbaşa təsir göstərir. Marketinqin olmadığı bir şirkətdə inkişaf da istənilən səviyyədə olmayacaqdır. Belə ki, günümüzdə texnologiyaya paralel olaraq qloballaşan dünyada rəqabət şərtləri olduqca çətin bir hal almışdır. Dünyanın hər hansı bir bölgəsində istehsal edilən bir məhsul, yenə dünyanın başqa bir bölgəsində olan insan tərəfindən internet və ya başqa üsullarla çox rahat bir şəkildə satın alına bilinməkdədir. 

Dəyişən mühitdə yeni strategiyalar


Onsuz da rəqabətin çox olduğu bir zamanda buna əlavə olaraq qlobal rəqabət də işin içinə daxil olduğu zaman işlər şirkətlər üçün çox çətin və qarmaşıq bir hal almaqdadır. Belə çətin rəqabət şərtlərində şirkətlər, varlıqlarını davam etdirə bilmək, böyüyə bilmək və davamlılığı yarada bilmək üçün hədəf bazardan özünə pay ala bilmə qayğısı ilə marketinq fəaliyyətlərini icra etməkdədirlər. Bütün sadaladığımız amillərə cavab olaraq marketinqin idarə edilməsində bir sıra kritik məsələlər ortaya çıxır.
Bu gün, uğurlu olmuş şirkətlərin bir çoxu klassik marketinqdən müasir marketinq anlayışına keçidi tamamlamış, müştəri profilli bir strategiyanın davamı prinsipində olan uzun müddətli müştəri münasibətlərini əsas götürən marketinq strategiyalarını mənimsəmişlərdir. Lakin bu o demək deyil ki, həddən artıq mürəkkəb marketinq fəaliyyəti aparmalı və qəliz struktura malik marketinq departamenti yaratmalıdır. Hər şeydən vacib olani – müştəriyə yaxın olmaq, onun ehtiyac və təlabatlarını başa düşmək, müştəri üçün yüksək dəyərliliyin yaradılmasına resurslarını, aktivlərini və qabiliyyətlərini yönəltməkdir.
Keçmişdən günümüzə qədər marketinq çalışmalarındakı əsas hədəf, müştərilərin yeni bir şey satın almalarını təmin etmək üçün, qarşılarına müəyyən səbəblər qoymaq olmuşdur. 2000-ci illərdə isə başlayan marketinq dönüşümü ilə əsas hədəf, müştərilərin marka haqqında müsbət mənada danışmaları üçün səbəblər ortaya qoyulmaya başlanılmışdır. Bugün, markaların ünsiyyət strategiyaları inkişaf etmiş, tək tərəfli marketinq metodlarından iki tərəfli marketinq metodlarına keçmişdir. Bununla da ünsiyyət kanalları daha da inkişaf etmiş və çeşidlənmişdir.
Aşağıda günümüzdə firmaların istifadə etdiyi bəzi yeni marketinq trendlərini aşağıdakı formada sadala bilərik:
  • Yaşıl Marketinq (Green Marketing)
  • Gerilla Marketinqi (Geuarilla Marketing)
  • Məlumat Bazası Marketinqi (Data Base Marketing)
  • İnteraktiv Marketinq (Viral Marketing)
  • Ağızdan-ağıza Marletinq (Word of Mouth Marketing)
  • İnternet Marketinqi (İnternet Marketing)

Yuxarıda saydığımız yeni marketinq trendləri 2000-ci illərdən başlayaraq günümüzə qədər gəlmiş və davam etməkdədir. İndi də bir çox firma yeni marketinq strategiyalarını tətbiq etməkdədirlər.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok