Bir şirkətin qarşısına qoyduğu məqsədə
çatmaq üçün önəmli nüanslardan biri, marketinq strategiyasının doğru bir şəkildə
planlanmasıdır. Biz marketinq strategiyasının hazırlanmasına 3 əsas səviyyədə
baxa bilərik:
- Baza strategiyasının yaradılması;
- Şirkətin rəqabətli mövqeləşdirilməsi,
- Straregiyanın tətbiqi;
Marketinq planı hazırlanmasındakı əsas
məqsəd, müəyyənləşdirdiyiniz hədəfləriniz istiqamətində məhsul və ya xidmətinizin
rəqabətə tab gətirməsini və satılmasını təmin etməkdir. Səmərəli bir marketinq
strategiyası hazırlayarkən aşağıdakı nüanslara diqqət etmək lazımdır:
- Müştərilər;
- Rəqiblər;
- Texnologiya;
- Sektorun mövcud vəziyyəti;
- Sektorun inkişaf potensialı;
- Dövlətin yeritdiyi siyasət;
- İqtisadi dəyişən faktorlar;
- Şirkət daxili faktorlar;
Marketinq strategiyası hazırlayarkən
hər şeydən əvvəl, şirkətin hal-hazırdaki vəziyyətini, müştəri bazanızı və
sektorun böyüklüyünü göstərən ümumi bir analiz edilməlidir. Bu analizin məqsədi,
məhsullarınızın sektorda hansı mövqədə olduğunu müəyyənləşdirmək və eyni
zamanda şirkətin performansına müsbət mənada təsir göstərəcək ən doğru
strategiyanı seçməkdir. Şirkətin daxili və xarici mühitini, müştəriləri, rəqibləri
və ümumi olaraq iş mühitini anlmaq üçün bir neçə analiz metodu istifadə olunur.
Bunlardan bəzilərini aşağıdakı şəkildə sadalamaq olar:
- 5C Analizi
- SWOT Analizi
- Porter’in 5 Güc Analizi
Ümumi olaraq götürdüyümüz zaman, analiz, 5 başlıq altında
hazırlanmalıdır:
1.Şirkət analizi – Şirkətin qısa və uzun müddətli məqsədlərini bilmək
üçün, əvvəlcə aşağıdakı nüanslar dəyərləndirilməlidir:
- Şirkətin missiası və vizyonu;
- Şirkət içi mühitin analiz edilməsi;
- Şirkətin güclü və zəif tərəfləri;
- Şirkətin təxmini bazar payı;
2. Müştəri
bazanızın böyüklüyünü təxmin edin:
- Müştəri bazanızın demoqrafik xüsusiyyətləri (yaş,cinsiyyət,sosial vəziyyəti və s.);
- Dəyər yaradan faktorlar (məhsul və ya xidmətləriniz müştəri bazanıza hansı dəyərləri təmin edir?);
- Müştəri məmnuniyyəti (hansı müştəriləriniz məmnundur, hansıları məmnun deyil, məmnuniyyətsizliyin əsas səbəbləri nələrdir, məmnuniyyəti artırmaq üçün hansı addımlar atılacaq);
3. Rəqib
analizi – Bazarda olan oyunçuların hamısı yaxşı analiz olunmalıdır:
- Rəqiblərin güclü tərəfləri (Rəqiblərin sizdən və ya digərlərindən üstün olduğu xüsusiyyətlər hansılardır?Niyə bu xüsusiyyətlərdə çox güclüdürlər?);
- Rəqiblərin zəif tərəfləri (Rəqiblərin sizdən və ya digərlərində zəif oldu xüsusiyyətlər hansılardır?Niyə bu xüsusiyyətlərdə belə zəifdirlər? Bu zəiflikləri necə fürsətə çevirib ən yaxşı şəkildə dəyərləndirmək olar);
- Bazar payları (Rəqiblərin sizin olduğunuz və ya sizin hələ olmadığınız bazarlardakı payları nə qədərdir);
4. Ümumi
mühit analizi:
- Siyası mühit (Məshulların satışı ilə əlaqəli hər hansı bir problem varmı?);
- İqtisadi mühit (Xarici və daxili bazardakı iqtisadi göstəricilər necədir?);
- İctimai və mədəni mühit (Marketinq strategiyaları hazırlayarkən giriləcək bazarda hədəflənən müştərilərin xüsusiyyətlərini bilmək çox önəmlidir. Bunun hər şeydən əvvəl kiçik nöqtəsinə qədər araşdırılması böyük əhəmiyyət daşıyır. Bunlardan ən önəmlisi, insanların nəyə daha çox dəyər verdiklərinin bilinməsidir. Yenə bu çərçivədən baxdığımızda insanların mədəni vərdişlərinin araşıdırlması və öyrənilməsi lazımdır);
- Texnologiya mühiti (Məhsullarımızda müasir texnologiyalar nə qədər istifadə olunur?Texnologiyanı ümumi bazara baxdığımız zaman, nə qədər effektiv istifadə edirik?);
5.SWOT analizi:
- Şirkətin güclü tərəfləri (Sizin rəqiblərinizə görə ən yaxşı olmağınızı təmin edən xüsusiyyətləriniz hansılardır?);
- Şirkətin zəif tərəfləri (Rəqiblərinizə görə sizi geridə saxlayan xüsusiyyətləriniz hansılardır?);
- Fürsətlər (Güclü tərəflərinizdən ən yaxşı bir şəkildə necə faydalana bilərsiniz? Nələri fürsətə çevirmək olar?);
- Təhlükələr (Diqqətli olmadğınınz halda, şirkətinizin yox ola bilməsinə səbəb olacaq potensial təhlükələr hansılardır? Hansı problemlər və ya problemlər sizi sektorda çox pis vəziyyətə sala bilər?);
Hazırlanan Marketinq strategiyasının hədəf və məqsələri
aşağıdakı şəkildə olmalıdır,
- Məqsədləriniz şirkətinizə uyğun və real olmalıdır;
- Məqsədləriniz şirkətə aid bütün resurslardan ən effektiv şəkildə istifadəni təmin etməlidir;
- Məqsədlərinizə çatmaq üçün göstərdiyiniz səylər, ölçülə bilən olmalıdır;
- Məqsədləriniz, şəxsi bacarıqlarınızı artırmalıdır;
- Məqsədləriniz sizi nəyi gözlədiyinizə qərar verməyinizə köməkçi olmalıdır;
- Məqsədləriniz çalışmaya başlamaq üçün sizi motivasiya etməlidir.
Marketinq strategiyasını dəstəkləyən faktorlar aşağıdakı
kimidir.
- Marketinq kommunikasiya siyasətini təmin etmək
- Marketinq araşdırmaları siyasətini təmin etmək,
- Müştəri məmnuniyyəti və müştərilərlə əlaqələr siyasətini təmin etmək.
Bu 3 istiqamətdən öz dəstəyini alan
marketinq strategiyası sizin şirkəti ciddi formada irəli aparacaqdır.