Son Paylaşım

Təmizlik xidməti biznesi


İşim ilə əlaqədar olaraq davamlı yeni bizneslər, maraqlı ideyalar axtarışında oluram. İllər boyu yazdığım bəzi biznes ideyalar haqqında məlumatlar paylaşacağam. Maraqlı olan şəxslər daha dərinləməsinə araşdıra bilər, biznes plan hazırlaya bilər və bəlkə də sərmayə yatıraraq bu biznesə yatırım edə bilərlər.

Bu yazı qətiyyən biznes plan, biznes plana dəstəkçi xarakter daşımır. Yazı sadecə təmizlik xidməti biznesi ilə bağlı müəyyən əsaslı fikirləri və qeydləri özündə birləşdirir.


Təmizlik xidməti biznesi



Təmizlik sektoru 120 ilə yaxın bir keçmişə sahibdir. Dünyada və Azərbaycanda xidmət sektorunun çox qədim tarixi olmasına baxmayaraq, təmizlik xidmətinin bir sektor olaraq formalaşması, Avropada 1900-cü illərin əvvəllərinə təsadüf edir. Almaniyada 1902-ci ildə başlayan təmizlik sektorunda ilk inkişaflar sürətlə irəliləmiş və vu sektorda ciddi rəqabət yaranmışdır. Lakin buna baxmayaraq bəzi ölkələrdə hələ də təmizlik sektoru kifayət qədər formalaşmayıb. Elə Azərbaycan da bu ölkələr siyahısındadır.

İş dünyasına yeni girənlər üçün bir çox yeni iş fikirləri mövcuddur. Şirkətlər yaranır, iş mühiti yeni trendlərə ayaq uyduraraq davamlı inkişaf edir. Buna əlavə olaraq son zamanlarda kişilərlə birlikdə qadınlar da iş həyatında fəal şəkildə iştirak etdiklərindən, təmizlik xidməti göstərən şirkətlərə, şəxslərə ehtiyac duyulmaqdadır. Nəticədə keçmişdə qadınlar ev və ofis təmizlik işləri ilə məşğul olar, kişilər isə pul qazanardı. Amma artıq vəziyyət bu şəkildə deyil. Çalışan cütlüklərin çoxu təmizlik mövzusunda kömək almadan işin üstəsindən gələ bilmirlər. Bu nöqtədə güvənə biləcəkləri birilərinə ehtiyac duyulduğu üçün təmizlik şirkətləri gələcək vəd edən bir sektor halına gəlməktədir.
Qısacası, təmizlik şirkəti açmaq fikriylə yola çıxacağınız, düzgün idarəetmə sistemi formalaşdıracağınız və peşəkar xidmət vermə prinsiplərinə ayaq uyduracağınız təqdirdə uğurlu bir şirkətin təməlini qoya bilərsiniz. Bu sektora girərkən əlbəttə həssas və dəqiq qərarlar verməlisiniz.
Azərbaycanda da kifayət qədər təmizlik şirkəti qurulmuşdur. Lakin liderlik uğrunda gedən amansız mübarizədə kimin qalib olduğunu aşkarlamaq çox çətindir. Bunun üçün ciddi bir araşdırmaya ehtiyac var. Bəlkə də, bu bizim gələcək yazılarımızdan birinin mövzusu ola bilər.

N
Şirkətin adı
Sayt ünvanı
1
Clean.az
2
Eco Cleaning Service
3
Azcargo Logistics and Management Services
4
Ecoman
5
Təmiz Ev
6
Real Cleaning
7
Best Cleaning Service
8
Clean House
9
Şeh
10
Təmiz Pro
11
Evrostar
12
Etalon Cleaning Service
13
Tərtəmiz
14
Alfa-SS


TƏMİZLİK ŞİRKƏTİ AÇARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

İnkişaf edən və inkişafda olan ölkələrdə təmizlik xidməti önəmli bir sektor olmağa başlayır. Qadınların da işləməsi ilə ev təmizliyinə ciddi ehtiyaclar yaranır ki, təmizlik xidmətinə artan təlabat dünyada və ayrı-ayrılıqda hər bir ölkədə artmaqdadır.
Bunun ayrı bir səbəbi də insanların getdikcə daha da rahatlıq istəməsi və əgər əziyyət çəkmədən alterantiv yollar varsa o alternativdən istifadə etməyə yönəlməkdir.
Sizi maddi baxımdan çox cətin bir vəziyyətə salmayacaq bir sərmayə ilə qura biləcəyiniz təmizlik şirkətindən pul qazanmaq üçün həyata keçirməniz gərəkən ilk addımlar bunlardır.

TƏMİZLİK ŞİRKƏTİ QURMAQ ÜÇÜN NƏLƏR LAZIMDIR?

1. Hansı sahədə fəalliyət göstərəcəyinizi seçin. Əsas olan 3 təmizlik şirkət növü vardır:
- Ev təmizliyi: Əsas hədəfləri ev təmizliyi ilə məşğul olan şirkətlərdir.
- Ofis sahəsi təmizliyi: Əsasən böyük və orta şirkətlərin
- Xüsusi təmizlik: xüsusi sahələrin, evlərin və ofislərin təmizliyi üçün nəzərdə tutulur.
Siz bunlardan biri və yaxud bir neçəsi ilə eyni anda məşğul ola bilərsiniz. Lakin yaxşı olar ki, həm biznesi stabilləşdirmək, həm sektoru yaxşı tanımaq üçün həm də standartları təmin etmək üçün bir sahə ilə başlayasınız.
2. Daima araşdırın. Araşdırma etmək hansı sahədə təmizlik işini edəcəyinizə qərar vermək baxımından çox önəmlidir. Bazar araşdırması etmək qiymətlərinizi müəyyənləşdirmək baxımından önəmlidir. Peşəkar görsənməyə çalışın və qiymətlərinizin digər təmizlik firmaları ilə rəqabət apara biləcəyinizdən əmin olun.
3. İş modelinizə qərar verin. Franşiza bir seçim ola bilər. Təmizlik şirkəti açarkən özünüzə güvəniniz yoxdursa sizə köməkçi olacaq bir çox seçim mövcuddur. Bunlardan biri olan franşiza modelini diqqətə ala bilərsiniz. Bu mövzuda xidmət verən bir çox təmizlik firması ilə əlaqə saxlaya bilərsiniz. Bu zaman sadəcə hazır bir şirkəti idarə etmək üçün sizə göstərilən addımları izləməniz yetərli olacaqdır. Franşizanın ödəniş şərtləri isə şirkətdən şirkətə fərqlilik daşıyır.
4. Təmizlik vasitələri ala bilmək üçün büdcəniz olmalıdır. Təmizlik vasitələrinin qiymətləri çox dəyişkəndir. Sizə bəzi avadanlıqlar və davamlı olaraq məhsulların alınması lazım olacaq. Bunun üçün bir təchizat işlərini də görə biləcək bir ofis menecerinə ehtiyacınız vardır.
  • Nəqliyyat vasitəsi,
  • Peşəkar tozsoranlar,
  • Fırçalar,
  • Zibil torbaları,
  • Əlcəklər,
  • SƏTƏM (iş təhlükəsizliyi) vəsaitləri,
  • Tozlar, sabunlar, / Pas, kir, ləkə çıxardıcılar, / Parladıcılar, / Qoxu təmizləyicisi, / Dezinfeksiya məhsulları / Tekstil təmizləmə məhsulları.

Gələcəkdə isə işlər inkişaf etdikcə daha yeni avadanlıqlar əldə edə bilərsiniz. (Xalça yuma və qurutma, peşəkar paltaryuyanlar və s.)
Önəmli olan göstərdiyiniz xidmətin keyfiyyətini maksimum yüksək tutmağa çalışmaqdır. Şirkətiniz hansı növdə xidmət göstərirsə göstərsin müştəri məmnuniyyəti bir nömrəli hədəf olmalıdır.
5. Plan hazırlamaq. Təmizlik şirkəti açmaq asan bir biznes deyil. Çünki şirkətin yaxşı inkişaf etməsi üçün bir plan daxilində işləməsi vacibdir. Plansız başlayan çox az bizneslər uğurlu ola bilirlər. O da bir yerə qədər.

6. Güclü bir marka yaradın və marka dəyərinizi artırmaya çalışın. Hər şirkətin markalaşma müddətində mütləq özünə keyfiyyətli və ağılda qalan bir ad tapması lazımdır. Marka olacaq bir ad həm sizi həm də göstərdiyiniz xidməti əks etdirməli və qısa müddətdə tanınacaq bir ad olmalıdır. Markalaşma müddətində sadəcə ad seçmək də kifatət etmir. Əlavə olaraq uğurlu marketinq plan ilə markanızın tanınırlığını, dəyərini və satışını planlı formada artıra biləcəksiniz.
7. Qiymətlərinizi və standartlarınızı müəyyənləşdirin. Göstərilən hər xidmətin bir qarşılığı olmalıdır. Bu səbəblə göstərdiyiniz xidmətlərdən alacağınız ödənişləri və işçilərinizə verəcəyiniz ödənişləri müəyyənləşdirin. Edəcəyiniz digər xərcləri də əlavə edərək qiymət, endirim və bonus siyasətinizi müəyyənləşdirin. Hər bir məhsul üçün prosedurları və standartları təyin edin.
9. İşçilər tapın. Verəcəyiniz xidmət üçün sizin çox peşəkar və düzgün seçilmiş işçilərə ehtiyacınız olacaqdır. Güvənilən işçilər tapmağa çalışın. Siz bir məhul yox, xidmət satırsınız. Ona görə işçi seçiminizi yaxşı etməlisiniz.
10. CRM bazası formalaşdırın
Müştəriləri davamlı diqqətdə saxlamaq, onları məmnun etmək və hər bir müştəri ilə indevidual işləmək üçün CRM bazasını formalaşdırmaq mütləqdir. Belə olduğu təqdirdə sizdə bir müddətdən sonra geniş müştəri bazası formalaşacaqdır.

PUL QAZANMAQ ÜÇÜN HANSI ÜSULLAR HƏYATA KEÇİRİLMƏLİDİR?

Əlbəttə zəngləri qəbul etmək, tapşırıqları verə bilmək, komanda görüşlərini, toplantıları, yeni yatırımları müzakirə edə bilmək üçün mütləq bir ofisin götürülməsi vacibdir. İlkin mərhələdə çox əməkdaşa ehtiyac yoxdur. Bəzi işləri özünüz görməli və yeni əməkdaşlar cəlb etmək üçün büdcə formalaşdırmalısınız.
Evlərin təmizliyi üçün təmizlik edən şəxslərə ödənən ən aşağı qiymət 30-60 manat arasıda dəyişir və bu məbləğ evlərin ölçüsünə görə dəyişir.
Təmizlik şirkəti qurmaq fikriniz varsa və bu işdən qazanc əldə etmək istəyirsənizsə bəzi nöqtələrə diqqət etməniz lazım olacaqdır.
  • Ətraflı bir araşdırma ilə bu işə başlayın (işin riskləri, rəqibləri, müştəri tələbini, lazımi avadanlıqları, ala biləcəyiniz dəstəklər, lazımi sənədlər və s.).
  • Bazar, müştəri, özünüz və eyni sektorda xidmət göstərəcəyiniz rəqiblərinizi analiz edin (öz gücünüzü, rəqiblərin gücünü, şirkəti quracağınız bölgə və s.).
  • Biznes plan hazırlayın və bütün detalları diqqətə alın,
  • Vizyon və uğurlu biznes strategiyası təyin edin, biznesin inkişafını, marketinq və satış strategiyasını düzgün müəyyən edin. (Güvən faktoruna vurğu edən kampaniyalara diqqət yetirin).
  • Maliyyə modullarını yaradın, maliyyə analizlərini və planlamasını öncədən hazırlayın. (Gələcəyi düzgün planlamaq üçün maliyyə planlaması və anlaizləri mütləqdir.)


Bu əlbəttə ölkədən ölkəyə dəyişməkdədir.  Təlabat və ölkə əhalisinin yaşam səviyyəsi sizin nə qədər daha çox qazanc əldə edəcəyinizi təyin ədən ən əsas faktorlardan ikisidir. Digər faktorlar isə əlbəttə sizin peşəkarlıq səviyyəniz, xidmət sahəsində olan təcrübəniz, sektoru yaxşı analiz etmə və s. faktorlardır.
Qazanc ilə bağlı əldə araşdırmalar olmadığından tam bir söz ifadə etmək çətindir. Azərbaycanda evlərin və şirkətlərin dəqiq sayını bilməklə və edəcəyimiz “Bazara giriş strategiyası” ilə bazardan nə qədər pay götürə biləcəyimizi təxmin edə bilərik.
Bunu daha dəqiq öyrənə bilmək üçün bazar araşdırması etmək və biznes plan hazırlamaq gərəklidir.
Burada edəcəyiniz uğurlu bir sayt platforması yaratmaq, peşəkar təmizlik əməkdaşlarınızı tapmaq və yaxşı təlimləndirmək, sifarişləri əldə etmək və təmzilik əməkdaşlarını təmizlik ünvanlarına vaxtında və düzgün yönləndirməkdir. Arada əldə edəcəyiniz faiz dərəcəsi ilə uğurlu bir biznesin əsasını qura bilərsiniz.
Digər vacib olan nüans isə təmizlik əməkdaşlarının qiymətləndirilməsini apara bilməkdir ki, hansı əməkdaşın sizə uyğun olub olmadığını təsbit edə bilərsiniz.

Türkiyədə Bir Təmizlik Şirkəti – Mutlubiev
Mutlubiev, 2014 ilinin avqust ayında qurulmuş olan, ev və ofislərə təmizlik xidməti axtaranlar üçün həftənin yeddi günü onlayn olaraq xidmət göstərən bir platformadır. Burada işçilər internet üzərindən qeydiyyatdan keçərək, fırma adı altında xidmət göstərə bilirlər. Təmizlik mövzüsunda təcrübəli 100-dən çox işçi, gələn tələblərə görə müştərilərin evlərinə və ya ofislərinə yönləndirilirlər.
Mutlubiev firmasının ənənəvi təmizlik xidmətlərindən fərqi, yaratdığı dəyərdə gizlidir. Mutlubiev, internet saytı üzərindən təmin elədiyi texnoloji infrastuktur ilə həm müştərilərinə, həm də öz işçilərinə rahat imkan yaradır. Mutlubiev, internet saytı vasitəsilə topladığı yüzlərlə təmizlik işçisi ilə problemsiz, əlavə maliyyət olmadan çalışmaqda və müştəriyə uyğun xidmət göstərməkdədir. Keçmişində hər hansı bir problemi olmayan, daima olaraq bu işin təhsilini alan, referanslı təmizlik əməkdaşları ilə çalışan Mutlubiev, təmizlik xidmətini ola biləcək ən etibarlı hala gətirməkdədir. Eyni zamanda Mutlubiev, Axa siğorta ilə razılaşdırmalarında xidmət vaxtı evlərdə və ya iş yerlərində meydana gələ biləcək qəzalara qarşı, 100 min türk lirəsinə qədər siğortalanma prosesi həyata keçirir.
Mutlubiev qiymət mövzusunda da qurulduğu gündən müştərilərə ən dürüst şəkildə xitab edir. Fəsildən fəsilə dəyişiklik göstərən və ya yaşadığı bölgəyə görə fərqlilik göstərən qiymət sistemi yerinə, evlərin böyüklüyünə görə əvvəlcədən müəyyənləşdirilmiş təmizlik haqqı qiymətlərinə görə xidmət göstərilməkdədir. Peşəkar olaraq verilən bu xidmətin kredit kartı və ya hesab faktura ilə ödəmə imkanının yanında davamlı olaraq sifariş etmə imkanının olması, Mutlubievi təmizlik xidməti göstərən onlayn bir platform olmasından əlavə, eyni zamanda müştərilərin sevdiyi, öyrəşdiyi və davamlı olaraq istifadə etmək istədiyi bir platforma halına gətirməkdədir. Həmçinin, dostunu gətir endirim qazan kampaniyası, davamlı olaraq verilən sifariş xidmətlərində həyata keçirilən endirimlər vasitəsi ilə müştəri üzvlərini hər keçən gün artdırmaqdadır.
Qurulduğü gündən 100 minə yaxın müştəriyə xidmət göstərən Mutlubiev, aylıq 60 %-lıq bir performans ilə böyüməyə davam edir. Müştərilərin 70 %-inin uzun müddətli müştərilər olduğunu diqqətə alsaq, müştəri məmnuniyyətinin yüksək olduğunu anlayarıq. İstanbul, İzmir və Ankara-dan sonra Bodrumda da xidmət verməyi hədəfləyən şirkət, yaxın gələcəkdə Türkiyənin fərqli şəhərlərinə yayılıb, milli bir marka olmağı hədəfləyir. Təmizlik sektoru sahəsində fərqli ölkələrin ehtiyacları da diqqətə alındığında, gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsrail kimi ölkələrə yayılmaq, şirkətin uzun müddətli planları arasında yer almaqdadır. Mutlubiev, qısa müddət ərzində əldə etdiyi böyümə performansı ilə sahibkarların və investorların da diqqətini çəkmiş vəziyyətdədir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok