Son Paylaşım

Həyatın yelkənini idarə et


Bizi hansısa layihələrdə, bizneslərlərdə, şəxsi həyatımızda və s. uğura aparan və yaxud məğlubiyyətə düçar edən elə özümüzük. Verdiyimiz qərarlar və atdığımız addımlar bizi formalaşdırır. Hansısa düzgün vizyonun təyin olunması, bu yöndə atılan addımlar, özümüz üçün qurduğumuz planlar, həyata baxış bucağımız nə qədər düzgün və yerindədirsə həqiqətən də biz işlərimizdə də uğurlu olmağı bacarırıq. Uğur sözünün mənasını analiz etməli olsaq görərik ki, əslində uğur anlayışı hər kəs üçün fərqlidir və kimi milyonçu olmağı uğur bildiyi halda, kimi dünya ölkələrini tam səyahət etməyi uğur olaraq görə bilər. Əslində uğurlar hədəflərimizə nə qədər çatıb çatmamağımızla bağlıdır.

Həyatın yelkənini idarə et


Əslində isə uğurlar, strategiyalar, vizyon, həyat fəlsəfəsi, dünya görüşünü cəm etmək onları koordinasiya edə bilməyimiz üçün biz həyat yelkəninin idarəetməsini bərk-bərk saxlaya bilməli və özümüz idarə edə bilməliyik.
Nədir həyatın yelkəni? Nə üçün bu qədər diqqət etməliyik? Bu qədər mücərrəd bir varlığı daima nəzərdə saxlamaq üçün bizi nə vadar edir? Əslində həyatın yelkəni özümüzü dərk etməyimizdir. Özümüzü anlamağımız və həqiqətən nəyi istəməyimizdir. Ətrafımda gördüyüm yüzlərlə şəxslər var ki, fərqli şirkətlərdə, fərqli bizneslərdə çalışırlar. Lakin hələ də nə istədiklərini, tam olaraq həyatdan gözləntilərinin nə oluqlarını tam olaraq bilmirlər. Nədəsə boşluqların olduğunu söyləyirlər amma, nədir bu boşluqlar onu bilmirlər. Elə bu boşluqlara görə də əsas hədəfdən yayınırlar.

Həyatın yelkəni, özümüzü tam dərk edərək, həyat fəlsəfəmizi formalaşdıraraq həyatda hansı vizyonun arxası ilə gedəcəyimizi təyin etmək və bunun üçün hədəflər yaratmaq və hədəflər doğrultusunda hansı  addımları atacağımızı  planlı formada təyin edən mücərrəd anlayışdır.

Əgər hələ də sizin həyatınıza təsir edən faktorlar çoxdursa, sizi biznesinizdə böyüməyə qoymayan şəxslər, inkişafdan saxlayan faktorlar varsa bunları dəf etməli və öz həyatınızın yelkəninin idarəetməsini öz əlinizə almalısınız. Əks təqdirdə kiçik bir yalnış istiqamət sizi istədiyiniz hədəfən çox fərqli nöqtələrə apara bilər.
Yaxşı bəs həyatın yelkənini tam ələ ala bilməyimiz üçün, idarəetməyə sahib ola bilməyimiz üçün hansı addımları atmalıyıq?
  • Bunun üçün ilk öncə durmalı və hansı nöqtədə olduğumuzu dərk etməliyik. Özümüzü, ətrafımızı, əlimizdə olanları, üstün və zəif tərəflərimizi təyin etməliyik. Həyata nə üçün gəldiyimizi, həyatdan gözləntimizi analiz etməliyik. Həyat fəlsəfəmizin nə olduğunu və əslində nə olmasını istədiyimizi təyin etməliyik.
  • Vizyonumuzu başa düşməli və bu istiqamətdə hədəflər yaratmalıyıq.
  • Bu hədəflərə çata bilməyimiz üçün planlar hazırlamalıyıq və bu planı günlərə, həfətələrə, aylara bölməliyik.
  • Bu plana təsir edə biləcək mənfi və müsbət faktorları aşkarlamalyıq. Onları yazmalı və mənfi faktoralrı ümumiyyətlə həyatımızdan çıxarlamalı, müsbət faktorları isə çoxaltmalı və onlardan düzgün istifadə etməliyik.

Dostlar, öz həyat yelkənimizin idarəetməsini heç kimə həvalə etməməliyik. Güclü olun və həyatdan zövq ala bilməyimiz üçün bu idarəetməni tam öz əlinizə alın.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok