Son Paylaşım

Biznes planın 6 qızıl qaydası

Əvvəlki illərə nisbətən bizneslərin daha rahatlıqla investisiya aldığının şahidi oluram. Maraqlı və uğurlu biznes ideyalar hər zaman diqqət mərkəzindədir və iş adamları, biznesmenlər və investorlar hər zaman uğurlu və gəlirli biznes ideyalar axtarışındadırlar.
Elə buna görədir ki, son zamanlarda təşəbüskarlar, biznes ideyasına investisiya cəlb etmək istəyən və yaxud biznesini böyütmək istəyən şəxslər biznes plan hazırlayır və ətrafında olan iş adamlarına, şirkətlərə investor qruplara müraciət edirlər.
Biznes planın uğurlu ola bilməsi üçün vacib 6 qızıl qayda var ki, bunlara aşağıdakı punktlarda toxunacağam.

BİZNES PLANIN 6 QIZIL QAYDASI


Biznesin ideyasını, vizionunu və hədəflərini qısa və tam aydın yazmaq lazımdır.
Bir investor hər zaman biznesin ideyası, vizionu və hədəfləri ilə tanış olduqdan sonra bu ideyanın və yaxud biznesin nə qədər tutarlı ola biləcəyinə qiymət verir. Çünki nəticə etibarilə ideya və yaxud biznes investoru həyəcanlandırmasa digər punktlara belə keçməyəcəkdir.

Dəqiq maliyyə analizləri olmalıdır
İlkin, lakin eyni zamanda reallığa yaxın maliyyə analizləri ilə investor qarşısına çıxmaq lazımdır. Bu maliyyə analizlərini bundan öncə qurulmuş bizneslərdən və yaxud rəqiblərdən qaynaqlanaraq hesablamaq olar və bazar araşdırması edərək dəqiq rəqəmlərdən formalaşan hesabatlar şəklində etmək olar. Əlbəttə burada götürüləcək məhsul, xidmət, satış rəqəmləri maksimum reala yaxın olmalıdır. Biznes ideyasnın MPV, PV analiz modulları, EBITA, EBIT, ROI və Payback period dəyərlərini isə yazmağınız sizi ciddi, həqiqətən biznes anlayışı olan investorlar qarşısına çıxaracaqdır.

Araşdırma və analiz edilməlidir
Bazar, məhsul, rəqib araşdırmaları olunmalı və SWOT və PEST analizləri edilməlidir. Bu biznes planın ciddiliyini, effektivliyini və doğruluq payını artıracaqdır.

İnkişaf planları yazılmalıdır
Biznesin inkişaf planı, Marketinq, Satış, Planlama, Biznesin idarə edilməsi və s. bütün detallar öz əksini tapmalıdır. Detalları ilə işlənmiş biznes plan investorun tam marağına səbəb olacaqdır.

Konfedensiallıq qaydaları
Biznes plan yazıldıqdan sonra kiçik və daha az məlumatlı nüsxəsini də hazırlamalısınız. Bunu təqdimat halında da edə bilərsiniz. Əgər investora maraqlı olarsa NDA (Non-Disclosure Agreement) bağlandıqdan sonra tam versiyanı qarşı tərəfə təqdim etmək olar. Belə olan halda qarşı tərəf sizin ideyanıza, biznesinizin inkişaf planına daha hörmətlə yanaşar.

Biznes plan davamlı olaraq yenilənməlidir
İş dünyasında, texnologiyalarda davamlı olaraq yeniliklər ortaya çıxır. Bizim üçün isə bundan qabaq heç qarşılaşmadığımız yeni fürsətlər yaranır. Bu fürsətlərin bizim biznesə verə biləcəyi faydaları biznes planda qeyd etmək və daima biznes ideyanı canlı saxlamaq lazımdır. Bəzən isə biznesə başlayırıq və çalışırıq ki, hər şey bizim istədiyimizə uyğun, biznes planda qeyd olunan kimi getsin. Bir müddətdən sonra heç planlamadığımız hadisələr olur və biz kiçik dəyişikliklərə gedirik. Bu dəyişikliklər belə öz əskini biznes planda mütləq tapmalıdır. Bu olan halda siz hədəfinizə addım-addım gedəcək və nəticələr əldə edəcəksiniz. Biznes plan investisiya alınana kimi istifadə olunan bir məlumatlar toplusu deyil, sonrakı mərhələdə həqiqətən atılacaq addımların nələr olduğunu özündə əks etdirir.


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok