Son Paylaşım

İnvestisiya cəlb edərkən diqqət edilməli məqamlar


Çox təəssüf olsun ki, ölkədən və fəaliyyət göstərilən sahədən asılı olmayaraq biznesi böyütmək üçün investisiya cəlb olunarkən bəzi problemlər yaranır. Bu problemlər öncədən təsbit edilməyəndə və qarşısı alınması üçün tədbirlər görülməyəndə biznesi, startup layihəni təhlükə altında qoya bilirik. Mövzunun ağırlığını anlaya bilirsinizmi? Yəni investisiya cəlb etmək istədiyimiz halda bütün biznesinin sirrlərini qarşı tərəfə vermiş ola bilərik.

İnvestisiya cəlb edərkən diqqət edilməli məqamlar

Bunun üçün də investor ilə görüşməmişdən mütləq bəzi məsələlərə diqqət etmək lazımdır.  
  1. Biznes planı mərhələli formada təqdim etmək lazımdır. Birinci biznes və yaxud ideya ilə bağlı kiçik məlumat xarakterli təqdimat vermək lazımdır. Bu təqdimatda ideya və onun əsaslandırması və sadecə hədəflənən qazanclar qeyd olunmalıdır. Əgər investor maraqlı olarsa onunla konfedensiallıq razılaşdırılılması müqaviləsi ( Non-disclosure agreement (NDA) ) imzalanmalıdır. Bundan sonra tam biznes plan təqdim olunmalı və detalları ilə qarşı tərəfə izah olunmalıdır.
  2. Lakin bu mərhələdə də ehtiyat ilə davranmaq lazımdır. Bəzən konfedensiallıq razılaşdırılması olsa belə yenə də qarşı  tərəf etik davranmır və 3-cü tərəflərin əli ilə ideyanı biraz dəyişərək layihəni reallaşdırmağa çalışırlar. Bunun üçün də yenə də biznesin əsas sirrlərini qətiyyən qarşı tərəfə verməyin.
  3. Çalışın yalnız ilkin mərhəldə deyil, növbəti mərhələlərdə layihənin inkişafına büdcə ayıra biləcək investor ilə görüşlər keçirəsiniz. Əgər investor olmaq istəyən şəxs yalnı bir “atımlı barıt” təklif edirsə və bu sizi yalnız kiçik zamanda motivasiya edəcəksə mütləq o investor ilə iş birliyinə getməyə çalışmayın. Çünki hər kiçik problemdə sizdən hesab soruşmağa çalışacaq və siizn də motivasiyanızı aşağı salacaqdır.
  4. Bir investor ilə danışarkən maksimum peşəkar görsənmək üçün bir biznesdən danışmağa çalışın. Birdən artıq biznesdən danışsanız qarşı tərəf sizi peşəkar saymayacaq və sizin fikirlərinizin qarışıq olduğunu düşünəcəkdir.
  5. Layihənizi, biznesinizi və özünüzü investor qarşısında dəyərsizləşdirməyin. İnvestisiya cəlb edə bilmək üçün investorun dediyi bütün şərtlərə getsəniz, bütün dediklərini etməyə çalışsanız qarşı tərəfin gözündə siz daha da cılızlaşacaqsınız və qarşı tərəf artıq öz hökmünü irəli çəkəcəkdir. Beləliklə də öz layihənizdə, biznesinizdə başqasından asılı olacaqsınız. Bunun baş verməməsi üçün mütləq öz şərtlərinizi öncədən bildirin və bu işin peşəkarı siz olduğunuzu ortaya qoyun. İnvestor bu məsələdə sadecə investisiyanı edən şəxsdir. İdeyanı və yaxud biznesi bəyəndisə, bütün planlarla tanış olub təsdiqlədisə, yatırımını edərək qazancını əldə etməyi gözləməlidir.
  6. Bütün şərtləri öncədən yazılı formada razılaşdırın. Hansı müdətdən bir investora hesabat təqdim olunacaq, investorun hansı məsələlərdə qərar verməyə təsiri var, hansı hallarda əməkdaşlıq pozulacaq və s. öz əksini müqavilədə tapmalıdır.
  7. Ümumilikdə hər zaman biznesi hansısa B planı (Bankdan kredit əldə edərək, Borc pul götürərək) ilə qaldırmaq kimi bir imkanızınız varsa investisiya cəlb etməyə tələsməmək və investoru şirkətə şərik etməmək lazımdır. Yaxud da investisiyanı marka dəyərinə, biznesə görə almamaq lazımdır. Sadecə müəyyən qədər müddətə investora qazanc vəd etmək ilə də investisiya cəlb etmək mümkündür. Misal üçün 400.000 AZN cəlb edib 5 il ərzində hər ay 10.000 AZN pul investora veriləcəkdir. Və sonda da Büdcə geri qaytarılacaqdır. Nəticədə investor həm 400.000 AZN-i əlində saxlamış olacaq həm də 5 il ərizndə əlavə 600.000 AZN qazanacaqdır. İnvestisiyanı cəlb edən də 5 il ərzində əgər hər ay 10.000 AZN qazanıbsa, 5 ilin sonunda 600.000 AZN qazanmış olacaq və hər hansısa markanın sahibi olacaqdır.

İnvestor və təşəbbüskar arasında bütün əlaqələr səmimi, biznes etikası və biznes qaydaları əsasında qurulmalıdır. Bu olduğu halda Azərbaycanda da uğurlu bizneslər və startup-lar yaranacaq, iş dünyası inkişaf edəcəkdir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok