Son Paylaşım

Uğurlu şəxsdən məsləhətlər


Türkiyədə təhsil alarkən bir seminara qatıldım. Spikerlərin hər birinin adının qarşısında böyük şirkətlər var idi və şəxslər o böyük şirkətlərin aparıcı nümayəndələri idi.  Seminar müddətində 10 önəmli şəxsin çıxışını dinlədim, lakin onlardan birinin çıxışı mənim yaddaşımda iz qoya bildi. 20 dəqiqəlik bir çıxış ilə yaddaşlarda qalmağı bacaran şəxslər, niyə də uğurlu olmasınlar ki?!

Uğurlu şəxsdən məsləhələr


Bu şəxs, bir neçə ay bundan öncə Azərbaycana gəlmiş Ataman Özbay idi.  Bu arada Ataman bəyin Azərbaycana gəlməsinə böyük rolu olmuş dostumuz Eyyub Hüseynzadə-yə təşəkkür edirəm. İş, karyera və biznesdən daha çox insani dəyərlər ilə bağlı fikirlərini məsləhət kimi bölüşməyi çox xoşuma gəlmişdi. Düşünürəm bu dəyərlər onun uğurlu olmasında böyük paya sahibdir. Nitqi, hərəkətləri və söylədiyi məsləhətlər belə çox səmimi gəlirdi mənə. Düşünürəm bu yazını qələmə almağımın səbəbi də budur.
Qısa şəkildə Ataman Özbay haqqında məlumat verim, sonra isə onun fikirlərini bölüşəcəyəm.
Şelale Pera Max-Limoni, Uni, Uni Mad, Uni Baby Yeni Doğan ve 50-nin üstündə markanın qurucusudur. Onun markaları 17 il ərzində heç bir reklam etmədən 8 ölkədə öz sektorunda lider olmuşdur. 65 ölkəyə məhsullarını ixrac edən zavodunu 2012 ilində Eczacıbaşına satmışdır. Ləqəbi " Yaş dəsmal ixtiraçısı" (Yaş mendil mucidi) olaraq tanınır.
Ataman bəy haqqında daha çox məlumatı öz şəxsi saytından əldə edə bilərsiniz: http://www.atamanozbay.net/
Uşaqlıqda çox kasıb ailədən olan və tək başına bu qədər yol qət etmiş liderdən qeydə aldığım məsləhətləri sizinlə bölüşürəm.
·         Heç kim anidən böyük və dahi şəxs ola bilmir. Əlbətdəki nə qədər tez uğurlu olmağınız sizdən aslıdır. Liderlik vaxt və təcrübələr sonrası ortaya çıxır. İlk öncə sürətli şəkildə bu təcrübəni əldə etməyə səy göstərmək lazımdır.
·         Liderlik üçün davamlı yeniliklər etmək, hər zaman yeni təkliflər vermək və bu təklifləri edə biləcək idarəyə malik olmalısınız.
·         Nə işlə məşğul olmağınızdan aslı olmayaraq iş sevginiz olmalıdır.
·         Bir görüşə getmədən öncə mütləq gedəcəyiniz yer və görüşəcəyiniz adam haqqında məlumatlar toplayın. Bununla siz bir görüşdən qazana biləcəyiniz ən böyük faydanı əldə edəcəksiniz.
·         Bacardığınız qədər kitab oxuyun. Hər kitabdan sizə lazımlı ola biləcək qeydləri götürün.
Dünyadakı ən böyük qazancın dürüstlük olduğunu söyləyən Ataman bəy bu yerlərə gəlib çıxmasında dürüst olmağının böyük rol oynadığını söylədi və davam etdi.
·         Tədbirlərə, sərgilərə, seminarlara qatılmaq hər zaman bir şəxsə fayda verməkdədir. Çünki uğurlu olmaq istəyənlər hər şeyi fərqli istiqamətdən izləməyi bacarır və görür. Davamlı axtarışda olurlar.
·         Nə olursa olsun mübarizə aparın, gec-tez istədiyinizə nail olacaqsınız. Lakin bunu planlı şəkildə edin.
·         Sizə edilən yaxşılıqları heç vaxt unutmayın. Gələcəkdə böyük işlər qursanız, bu yerlərə o yaxşılıqlar sayəsində gəldəyiniz həmişə ağlınızda olsun.
·         Olduğunuz qruplar içərisində seçilməyə çalışın və yaxşı bacarığlarınızı ortaya qoyaraq ətrafınızın yaddaşlarında qalın.
·         Fərqli işlərdə iş təcrübəsinin olması, həm dünya görüşünüzü artırar həm də uğurlu iş və biznes qurmaq yolunda sizi daha da sürətləndirər.
Dəyərli insandan dəyərli fikirləri sizin ilə paylaşmaq mənə xoş oldu. Siz də bu fikirləri paylaşaraq daha çox şəxsin oxumasında yardımçı ola bilərsiniz.
Diqqətiniz üçün təşəkkür edirəm.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok