Son Paylaşım

Plan B

Heç bir zaman plan qeyd etməyən, özü üçün hədəfləri olmayan və haradadır hara getmək istədiyini bilməyən insanlar əgər bunu oxuduqdan sonra hələ də hərəkətə keçmirsə, o insanlar öz xüsusiyyətlərindən çəkinməli və ona maneə olan çətinlikləri qısa bir zamanda aradan qaldırmalıdırlar. Əks halda nəticə əldə etmək mümkünsüzdür.
Bilirəm bu mövzuya toxunmaq bəlkə də çoxları üçün tez ola bilər. Lakin düşünürəm ki, bu mözvu özü özlüyündə oxuyuculara bəzi məqamları aydınlaşdırmaqda yardımçı olacaq və qısa zamanda problemlər, bizə maneə olan gözə görünməyən detallar aydınlaşaraq həll olacaq və inkişaf 1-ə 5 artacaqdır.

B planı - Nəticəyə zamanında çatmağa yardımçı olan faktor

Ətrafımda görüdüyüm şəxslərin, şirkətlərin, təşkilatların, qurumların, layihələrin ilkin planı yoxdur. Soruşduqda isə planın olduğunu deyirlər. Göstərə bilərsinizmi soruşanda deyirlər beynimizdədir. Ona uyğun addımlayırıq. Lakin bu gün əminliklə anladığım bir məsələ oldur ki, "yazılmamış və üzərində analiz olunmamış plan" plan deyil. Onunla uğurla çatmaq sadecə şans amilidir.
Qayıdaq məsələyə. Son zamanlar bütün işlərimdə maksimum test etməyə çalışdığım bir qaydanı sizin ilə paylaşıram. "B planı" qaydası.
İşlərinizlə bağlı, şəxsi karyeranızla bağlı, şəxsi həyatınızla bağlı, idman ilə bağlı, layihə görürsünüzə onunla bağlı, biznesinizlə bağlı, hətta biraz daha detallara düşsək səfərləriniz ilə bağlı, əyləncəniz ilə bağlı və s. B planlarını düşünmək və onları davamlı olaraq diqqət altında saxlamaq sizi qisa zamanda uğura aparacaqdır.
Bunu necə əsaslandırıram?
Həyatımızı dəyərli edən keçirdiyimiz dəyərli zamandır. Bəzən həyatımızda düşdüyümüz və keçirdiyimiz gözlənilməyən faktorlar qarşısında çox zaman itirmiş oluruq və B planımız olmadığına görə də özümüzə gələ bilməyimiz və vəziyyəti yenidən düzəltmək üçün çox vaxt sərf edirik.
Misal üçün aşağıda bunu daha dəqiq izah etməyə çalışacağam.
Özümüə hədəflər təyin edirik və bunlar üçün planlar qururuq. Bu hədəflərə çatmaq üçün bizə nələr lazımdır. İşləmək, şəxsi inkişafımızla məşğul olmaq, idman etmək, istirahət etmək və digər başqa faktorlar. Lakin gözlənilməyən halda işdən ayrılsanız bu sizin digər gördüyünüz fəaliyyətlərə təsir göstərəcək. Eyni zamanda çox vaxt itkisinə səbəb olacaq və özünüzə gəlməyiniz zaman alacaq. Nəticədə bizim üçün çox dəyərli olan zamanı uğursuz istifadə etmiş olacağıq.
Bunun üçün nə etmək lazımdır.
Hər zaman bir B planı tərtib etmək lazımdır. Misal üçün, idman ilə məşğul olub 5 aya 10 kq arıqlamaq istəyirəm. Bunun üçün idman zalına gedirəm. Əgər bir müddətdən sonra hansısa problem ilə üzləşsəm və idman zalına getməsəm nə etməliyəm. Bunun üçün bir proqram yükləyə bilər və o proqramı evdə tərtib edə bilərəm.
Və yaxud özümü inkişaf üçün fransız dili öyrənmək istəyirəm və bununla bağlı 12 ay qarşıma məqsəd qoyaraq müəllim ilə çalışıram. Hansısa səbəbdən müəllim ilə alınmasa nə edəcəyəm. Bunun cavabında isə bir saytın olduğunu və orada eyni ilə online kursun olduğunu aşkarlaya bilər və bunu özünüz üçün B planı kimi qeyd edə bilərsiniz.
Bu kimi planları sizi hədəflərinizə aparan bütün əsas faktorların qarşısında təyin etməlisiniz ki, hədəflərinizə öncədən qeyd etdiyiniz zamanda çata biləsiniz. 
Bunun üçün də elə indi hərəkətə keçərək əvvəlcə planlarınızı qeyd edin, bununla kifayətlənməyin B planınızı qeyd edin, inkişaf edin, nəticə əldə edin!  Çox sadə deyilmi? Harada olduğunuzu aşkarlayın. Nə etmək istədyinizi aşkarlayın. Hansı yollarla edəcəyinizi aşkarlayın. Bu yollar üçün fəaliyyətlər yazın və o fəaliyyətlər üçün də B planları hazırlayın.
Uğurlar dostlar!

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok