Son Paylaşım

Microsoft Project - Öyrən və tətbiq et

Eyni anda bir neçə layihə üzərində çalışırsınızsa və yaxud hal hazırda gördüyünüz layihənin detalları çoxdursa demək ki, sizə bu fəaliyyətlərin addımlı planını davamlı olaraq izləyə bilməyiniz üçün bir proqrama gərək var. Hansı ki, bu proqram vasitəsi ilə siz həm fəaliyyətlərin bütününü, müddətini, kimlərin görəcəyini, neçə faizinin görülüb neçə faizinin qaldığını və bu fəaliyyətlərin "Gantt chart", "pie chart" tablolarını və s. rahatlıqla görə biləsiniz.

Microsoft Project - Öyrən və tətbiq et

Sözü çox uzatmaq istəmirəm bu çoxlarının öz işində istifadə etmədiyi "Microsoft Project" proqramıdır. Şirkət idarəçilərinə, şirkət rəhbərlərinə, direktor müavininə, marketinq komandasına, proyekt menecerlərə, satış direktoruna, təchizat direktoruna, şəxsi bizneslə məşğul olan şəxslərə və layihələrini addımlı formada yazmaq istəyən hər kəsə yararlı ola biləcək bu proqramı xatırlatmaq istədim.
Microsoft Project Microsoftun proqramı olsa da, Excell, Word, Powerpoint və s. kimi çox yayılmamışdır. Digərləri demək olar ki, çox komputerdə olduğu halda Microsoft Project proqramı istəyə görə komputerə yüklənilir və istifadə olunur.
İstifadəsi çox çox rahat olan bu proqramı daha dərindən və mükəmməl öyrənə bilməyiniz üçün sizin ilə aşağıda 18 dərslik bir video list paylaşıram. Bu videoları tam izlədikdən sonra bu proqramı çox rahat və professional istifadə edə biləcəksiniz.

Microsoft Project - Öyrən və tətbiq et

Videolar üçün link: https://bit.ly/2PwyagB

Bu proqram sayəsində aşağıdakı üstünlükləri əldə edəcəksiniz.

  • Layihənizi addım-addım izləyə biləcəksiniz,
  • Gecikmənin harada olduğunu görəcək və onu qısa zamanda aradan qaldıracaqsınız,
  • Bütün addımları bir siyahıda görə biləcəksiniz,
  • Hansı layihəni kim icra edir onu görə biləcəksiniz,
  • Layihəni excel formasında yaddaşa qeyd etmək və başqa həmkarlarla paylaşmaq mümkündür, 
  • Analizlər apara biləcək və əsas hesabat hazırlaya biləcəksiniz.
  • Layihəni və ya görüləcək fəaliyyəti vaxtında tamamlaya biləcəksiniz.

Digər proqramlardan, tapşırıq platformalarından professionallığı ilə seçilən bu proqramı hamıya öz professional iş həyatında istifadə etmələrini tövsiyyə edirəm.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok