Son Paylaşım

Sizə bir yaxşı xəbərim bir də pis xəbərim var!

Bu postda sizin bildiyiniz lakin xatırlatmaq istədiyim iki məsələni paylaşmaq istədim. Başlığı isə pis xəbər və yaxşı xəbər etdim ki, diqqətinizi çəksin. Əgər bunu oxuyursunuzsa sona qədər oxumağınızı və sonda fikriləşməyinizi rica edirəm. Çünki bir neçə ildir bunu edərək faydasını görən bir şəxs kimi bu iki vacib məsələni sizin diqqətinizə çatdırıram.
Qarşıdan 31 Dekabr 2018 tarixi yaxınlaşır. Bu geridə qalan 1 il və yaxud 365 günün bitməsi deməkdir. Bu çox pis xəbərdir. Hansı addımları atdıq? Nə əldə etdik? Keçən ilə nisbətən nə qədər öndəyik? kimi sualları verməyin tam zamanıdır. Düşünə bilirsiniz mi? Çox dəyərli həyatımızdan, zamanımızdan 365 gün getdi və əgər biz bu günlər ərzində hədəflərimizə doğru biraz olsun belə addımlar ata bilməmişiksə, ötən ilə nisbətən daha yaxşı nəticələr əldə etməmişiksə bu həqiqətən də bizim üçün çox pis xəbərdir.  Lakin 365 gün ərzində öz bir illik hədəflərinə çatmış və o istiqamətdə ciddi addımlar atmış şəxslər özünü qalib saya bilər.


Sizə bir yaxşı xəbərim bir də pis xəbərim var!


Ancaq şad xəbər odur ki, həyat hələ qarşıdadır və bizim 2019-da yeni 365 günlük bir maratonumuz var. Hədəflərimizi, planlarımızı və bütün fəaliyyətlərimizi təkminləşdirmək üçün əla fürsətdir.  Bunun üçün sadecə bir neçə saat və yaxud bir neçə gün ayırmaq və bir illik bu işlərin planlanmasına fokuslanmaq gərəklidir. Sadecə həyatınızı robotik hala gətirməyin, monotonlaşdırmayın, hər şeyi müddətlərə ayıracağam deyə də bir şey yoxdur. Bu zaman daha da motivasiyadan düşmüş olacaqsınız. Sadecə əsas planlar və hədəflər təyin edin. Planlar yazın və icra edin.
İstər biznesinizlə bağlı, istər şəxsi həyatınızla bağlı, idman, istirahət, daha çox pul qazanmaq və s. ilə bağlı fərqli yoxdur. Sadecə görmək istədiyiniz bütün fəaliyyətləri planlayın və tətbiq etməyə çalışın. 
Bunun üçün 4 addım sizə kifayət edəcəkdir.
1. Gözünüzün qarşısında olacaq bir plan hazırlayın. (Bunu hansısa tətbiqetmələrlə də edə bilərsiniz)
2. Bu nəticələri əldə etmək üçün çox çalışın.
3. Nəticəyə doğru addımladıqca planınızı və hədəflərinizi yeniliklərə uyğunlaşdırın,
4. Ölçümləri aparın və nəticə əldə edin

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok