Son Paylaşım

Marka tanınırlığın önəmi - Hyundai Azerbaijan uğuru


Markalaşmağın ən əsas faktorlarından biri də marka tanınırlığının artırılmasıdır. Bəzi markalar əllərində olan yaxşı sərmayədən istifadə edərək, bəzi markalar innovasiyadan çox düzgün istifadə edərək, bəzi markalar isə illərlə yığdıqları təcrübəyə və uzun illərin markası olduqlarına görə marka tanınırlığı əldə edirlər. Bütün markalar çalışırlar və xüsusi ilə də bunun üzərində işləyirlər ki, onların marka tanınırlığı rəqiblərindən daha yüksək olsun.

Marka tanınırlığın önəmi - Hyundai Azerbaijan uğuru

2017 ili yeni daxil olduqda bizim qarşımıza qoyulan əsas tapşırıqlardan biri də Hyundia markasının tanınırlığını Azərbaycanda rəqiblərindən öndə etmək idi. 2017 ilinin sonuna gəldikdə isə nəticələr möhtəşəm idi və “Hyundai Motor Company” bunu nəzərdən qaçırmamışdı. Regional araşdırma və yerli bazarın araşdırmasında “Hyundai Azerbaijan”-ın nətciləri Azərbaycanda öz rəqiblərindən, CIS və şərqi Avropada Hyundai distributorları arasında 1-ci yeri tutmuşdu. Elə fotodakı mükafat da buna görədir.

Marka tanınırlığın vacibliyi

Hədəf kütləmizin bizim məhsul ilə bağlı bir ehtiyacı yarananda ağlına 10-larla çeşid marka gəlir. Ekspertlərin rəylərinə görə hər bir insan hansısa bir ehtiyacını qarşılamaq istədiyi zaman 7 marka ağlına gəlir. Əgər bunlardan ən birincisi sizin markadırsa deməli sizin marka marka tanınrlığına görə ilk sıradadır. Əgər 2-ci və 3-cü sıradadırsa bu da pis deyil. Yox əgər ümumiyyətlə müştəri məhsulu alarkən ağlına sizin marka gəlmirsə deməli sizin markanın heç bir marka tanınırlığı yoxdur. Marka tanınırlığın əsas vacibliyi satışları və markaya olan ehtiyacı artırmasındadır. Yəni məhsulunuz nə qədər tanınırsa müştəri tərəfindən o qədər ehtiyac duyulur və satışı gərçəkləşir.

Marka tanınırlığını necə artırmaq olar?

Marka tanınırlığı artırmaq üçün 3 mərhələdə işlər görmək lazımdır.

1. Fərqlilik yaratmaq
  • Markanızın brendinqini düzgün və uğurlu etmək, (Logo, sloqan, ad, paketləmə, rəng seçimi, etiket və s.)
  • Sizin mağazaları tanıtdıracaq reklam konstruksiyaları qoymaq,
  • Ferqli və kreativ reklamlar hazırlamaq,


2. Marka tanınırlığı artırmaq
  • TV və Radio reklamlardan intensiv istifadə, (Məhsula və büdcəyə görə dəyişir)
  • Sosial medianı düzgün istifadə etmək, Kreativ yöümlü fəaliyyət, müştəri yönümlü istifadə,
  • Sayt hazırlamaq və bunu rəqiblərin saytından çox fərqli və daha cəlbedici etmək,
  • Kataloq, broşura və s. çap materiallarının hazırlanması,
  • Fərqli və çox izlənilən proqramlarda, tədbirlərdə sponsor olmaq
  • OOH reklamları intensivləşdirmək, (Çöl reklamlarını intensivləşdirmək)


3. Markalaşmaq
  • Marka standartları təyin etmək,
  • Korporativləşməni təmin etmək,
  • ERP sisteminin qurulması,
  • Müştərilərlə əlaqənin qurulması, (CRM)
  • Sistematikliyin qurulması,
  • Departament standartlarının qurulması,


Marka tanınırlığı necə ölçülməlidir?

Marka tanınırlığı ölçülə bilinən faktordur və bu xidməti arşadırma şirkətləri verir. Çox şirkətlər il sonunda bu araşdırmanı edərək öz marka tanınırlığını və rəqiblərin tanınırlığını ölçə bilirlər. Eyni zamanda il ərzində etdikləri marketinq fəaliyyətlərin effektivliyini də ölçə bilirlər. Bu araşdırma bahalı araşdırma olmayıb hədəf kütlə seçilərək və 4,5 sual soruşularaq edilə bilinən arşadırmadır.

Aşağıda marka tanınırlığı araşdırması ilə bağlı bir nümunəni paylaşıram. Suallar belə ola bilər.
  1. Süd məhsullarından ilk ağlınıza gələn 5 markanın adını söyləyin.
  2. Aşağıdakı süd məhsullarından hansını tanıyırsınız. Ən yaxşı tanıdığınız ilk 5 ədədi seçin (10 marka adı verilir, sizin də məhsulunuz orada olur)
  3. “X” markasının dadına baxdınızmı? (Markanızın adı olur)
  4. “X” markasını içdiniz mi? Bəyənmənizi 10 xal üzərindən qiymətləndirin.

Beləliklə də siz markanızın sektorda necə tanınırlığa malik olduğunu ölçə bilər və tanınırlığı daha da artırmaq üçün lazımı addımları ata bilərsiniz.



About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok