Son Paylaşım

Kənd təsərrüfatı sektorunda olan problem və həll yolları - (Rəylər - Nəticə)

Yaxın günlərdə rayona getmişdim. Maraqlı günün sonunda dostlarla süfra arxasında müzakirə edirdik. Son zamanlarda kənd təsərrüfatında ən çox investisiya olunan sahələri, yeni biznes imkanlarını soruşduqda maraqlı bir problemin olduğunu mənim ilə paylaşdırlar.

Kənd təsərrüfatı sektorunda olan problem və həll yolları - (Rəylər - Nəticə)


---------------------------------------------------------------------------------
Şübhəsiz ki, inkişafda olan ölkələr (Azərbaycan da olmaqla) üçün ən önəmli sahələrdən biri də Kənd təsərrüfatı sahəsidir.

Tələb-təklif məsələlərinə görə fərqli illərdə fərqli məhsullar var ki, bazar qiyməti çox yüksək olub və ya olur.

Misal üçün 2015-ci ildə sarimsağın kilosu bazar dəyərinə görə 8-10 manat arası, 2016-cı ildə 6-7 manat, 2017-ci ildə 5-6 manat idi.

Digər məhsul noxud 2015-ci ildə kilosu 4-5 manat, 2016 və 2017-ci ildə isə 3-4 manat idi.

Bunun kimi isə 10-larla məhsul saymaq olar.

Bu qiymətləri görən kənd camahatı, əlində olanları verərək bu məhsulların əkini ilə məşğul olur və ciddi vaxt ayırır. Bəziləri isə ciddi investisiyalar edir. Misal üçün 20.000-50.000 AZN investiya edənlər var.

Nəticə olaraq hamı bu məhsulun əkini ilə məşğul olduğuna görə bazarda təklif artır və qiymət minimuma enir.
Belə olan halda isə bu qədər əziyyət bu qədər zaman puç olur gedir və heç bir qazanc əldə olunmur. (Misal üçün bu il sarımsağın kilosu 0.7-1 manat, noxudun kilosu isə 1 manatdır)

Əslində bu bir ölkənin aqrar sənayesinin niyə inkişaf etməməsi sualının cavablarından biridir.

---------------------------------------------------------------------------------

Bu problemə sosial mediada (Linkedin və Facebook) olan dostlardan maraqlı fikirlər gəldi.















 


















---------------------------------------------------------------------------------

Bu sahədə ekspert olmadığım üçün tam olaraq öz fikirlərimə dayanaraq bu yazını yekunlaşdırmaq istəmədim. Sosial mediada hə iş adamları, həm də bu sahədə ciddi addım atmış şəxslərin də şərhlərini aldıqdan sonra nəticə olaraq aşağıdakı punktları çıxara bilərik.

1. Dövlət aqro sektorda şəxslərin, əkinçilərin, investorların mariflənməsi üçün konsultasiya və bu sahəni çiyinlərinə götürüb aparacaq bir qurum yaratmalıdır.

2. Regionlarda konsultasiya mərkəzləri qurulmalı, seminarlar və forumlar keçirilməlidir.

3. Aqro sektorda olanların davamlı olaraq girib mariflənə biləcəyi bir platforma yaradılmalıdır.

4. Xarici bazarlar araşdırılmalıdır,

5. Sorğular və yerli araşdırmalar edilməlidir,

6. Hər bir sahəyə xüsusi yanaşılmalıdır.


Çox sevindirici haldır ki, artıq bu istiqamətdə "Dövlət Aqrar Ticarət Şirkəti" yaradılıb və fəaliyyətini tam sürətlə davam etdirir. Əminəm ki, ən yaxın gələcəkdə kənd təsərrüfatı sektorunda çox müsbət yönümlü dəyişikliklər olacaqdır.


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok