Son Paylaşım

Biznes plandan böyük investisiyalara - Önəmli məlumat


Maraqlı və həqiqətən uğurlu ola biləcək ideyaların çox olduğu, lakin onlardan çox kiçik hissəsinin investisiya aldığı bir dönəmdə yaşayırıq. Böyük əksəriyyətinin investisiya almamasının arxasında çox səbəblər durur. Düzgün təqdimat hazırlanmaması, düzgün biznes planın hazırlanmaması, sona qədər ideyanın arxası ilə gedilməməsi, düzgün yerdə investor axtarmama və bunun kimi 10-larla səbələr vardır ki, şəxslər öz biznes ideyalarına investor cəlb edə bilmirlər.
Biznes planda hansı məlumatlar olmalıdır və biznes planı effektiv edən 3 xüsusiyyət haqqında yazılara bundan öncə toxunduğum üçün bu yazıda daha maraqlı mövzuya toxunmaq istəyirəm.


Yazığım 15-ə yaxın biznes planda müxtəlif iş adamları ilə, layihə sahibləri ilə və investorlarla görüşlərim olub. Günün bu günündə də demək olar ki, hər gün yeni iş adamları ilə tanış oluram və hər gün yeni məlumatlar əldə edirəm.
Çox maraqlı bir nüans ondadır ki, ideya sahibləri investor axtarışında olarkən, ciddi investisiyaya malik olan şəxslərlə öz ideyalarını davam etdirmək istəyirlər. 1 və yaxud 2 layihəyə investisiya edə biləcək gücdə olan investorlar ilə işləməyi o qədər də üstün bilmirlər. Bunun əslində çox normal açıqlanması var.
Düşünün sizin “X” ideyanız var və bu ideyanın gerçəkləşməsi üçün sizə 50.000 AZN pul gərəklidir. Siz bu ideyanı kiçik investisiyaya yəni yalnız sizin ideyaya investisiya edəcək gücə malik investorla başlayırsınız.
Nəticə etibarı ilə hansı risklər yarana bilir?

  1. Proses zamanı sizdən davamlı olaraq nəticə istəyir,
  2. Vaxtından əvvəl nəticə istəyir çünki zamanla daha çox tədirgin olmağa başlayır,
  3. Tez fikrindən daşına bilir və investisiyanı geri çəkir,
  4. 1000 ölçür və bəzən heç biçmir,

Əlbəttəki bu hər bir investorda olmur. Kiçik büdcəli investorların yuxarıdakı sadalananları etməsi ehtimalı çoxdur.

Lakin investor axtararkən çox yaxşı olarki, böyük büdcəyə malik şəxslərlə işə başlanılsın. Bu insanlarla işləmək sizi böyük investisiyalara apara bilər.
Yenə 50.000 AZN investisiya tələb edən “X” ideyamızın olduğunu düşünək. Bu ideyanı reallaşdırmağa böyük büdcəyə malik investorla başladığımızı düşünək.
Əgər bu ideyanız uğurlu olarsa, siz növbəti ideyanıza 200.000-500.000 AZN arasında da bir investisiya ala bilərsiniz. Çünki artıq özünüzü təsdiq etmisiniz. Bu investisiya isə sizi həqiqətən böyük yerlərə və böyük hədəflərə apara bilər.
Bunun üçün də investisiya cəlb edərkən işin bütün detalları ilə bərabər investorun büdcəsinin çox olması faktorunu da nəzərdən qaçırmayın. Bu faktor sizi böyük investisiyalara aparacaqdır.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok